Karantin zamanı romantikanı qorumağın yolları

  • Sevgi
Aranızda olan romantizm evdə daha çox zaman keçirdiyinizə görə itməməlidir. Əksinə sadə və təsirli üsullar ilə aranızdakı romantizmi daha da canlandıra və özünüzü təkmilləşdirə bilərsiniz.
Birlikdə pizza hazırlamaq sevinci
Əyləncəli, oynaq musiqi sədaları altında birlikdə pizza hazırlamaq olar. Ənənəvi pizzalardan sıxılmış olsanız, yeni baget formalı pizzalar hazırlaya, film seyr  edə-edə müxtəlif ərzaqları birlikdə doğraya bilərsiniz. Hətta sizə bir sirr verə bilərəm ki, şirin bir qırmızı şərabı bu hazırlıq prosesində açıb, pizza hazırlığını daha dadlı və zövqlü bir hala gətirə bilərsiniz.
Karaoke
Həyat yoldaşınıza əyləncə dolu bir karaoke oyunu üçün iddiaya girin. Ən sevdiyiniz mahnıları birlikdə oxumaq ruhunuzu gücləndirəcək.
Ehtiras dolu Tanqo
Zövqünüzə və əhvalınıza uyğun bir rəqs növü seçin. Sonra əsas addımları izah edən bir video izləyin. Birlikdə hərəkətləri təkrarlayaraq, rəqs edin. Bir çox cütlüklər ən azı toy günləri üçün rəqs dərslərinə qatılırlar. İndi həmin rəqsi yenidən təkrar canlandırmaq olar. Ya da indidən bunu bir hazırlıq kimi dəyərləndirin.
Karantin zamanı romantikanı qorumağın yolları
Eşq və məşq
Sevdiyiniz şəxs ilə birlikdə idman edin, bir-birinizi həvəsləndirib, həm partnyor, həm də məşqçi olun. Birlikdə isinmə hərəkətləri, geyinib-soyunma və idman. Eşqi bundan daha güclü nə alovlandıra bilər ki?
Puzzle
Hər ikiniz bu çətin tapmacanı tamamlamaqdan məmnuniyyət hissi duyacaqsınız. Bir-birinizi tamamlamaq hissi sizi hər zaman romantik düşüncələrə qərq edəcək.
Şip-şirin eşq
Birlikdə asan başa gələn şirniyyatlar hazırlamaq istəsəniz müxtəlif peçenye reseptləri sınamaq olar. Həmçinin milli mətbəximizdə olan, asanlıqla ərsəyə gələn şirniyyatlar hazırlamaq olar. Hətta uşaqları da bu prosesə daxil etmək olar.
Sevginizi kətana tökün
Bir-birinizin və ya sevdiyiniz digər bir cismin rəsmini birlikdə çəkə bilərsiniz. Bütün sənət əsərlərinin yaranma səbəbi eşqdir və əksinə, eşqin ən gözəl ifadə vasitəsi incəsənətdir.
SPA günü
Evinizdə bir SPA guşəsi yaratmamaq üçün heç bir səbəb yoxdur. İsti bir hamamdan sonra rahatladıcı kremlər, ətir saçan esensiyalar, sakitləşdirici üz maskaları sizi həm yeniləyəcək, həm də bərabər keçirdiyiniz zamana həyəcan qatacaq. Bir-birinə sevgi ilə qulluq etməkdən əyləncəli daha nə ola bilər ki?
Birlikdə anı yaşayın
Birlikdə meditasiya edin, yaşadığınız andan zövq almağa çalışın, cütlüklər üçün yoqa pozisiyalarını sınayın. Zamanın və yaşadığınız anın yalnız sizə aid olduğunu hiss edin.
Masaüstü oyunlar
TV-yə fasilə verib, masa üstü oyunlar ilə başınızı qatın. Bir-birinizin bilmədiyi tərəflərini kəşf edin. Müxtəlif qutu oyunlarını yoxlaya bilərsiniz. Ünsiyyət, gülüş və əyləncə üçün ideal fürsətdir.
Eşq etirafları
Müxtəlif eşq romanlarından bir-birinizə sevgi etirafları oxuyun, ən maraqlı tanışlıq, etiraf və ya sevgi səhnələrini bir-biriniz ilə paylaşın. Öz sözləriniz ilə ifadə edə bilmədiyiniz hisləri klassiklərin bədii dili ilə qarşı tərəfə bir daha çatdırmış olun.
 
 
Mənbə: 1lady.az


0 şərh