Sevgi və nifrət

  • Sevgi
  • İnsan sevərkən hər zaman sevdiyinin yanında olmasını istər,ömür boyu o insanla yaşamaq istər.
  • Həyat çox qısadır,onun üçün də bu həyatı yaşayanda gərək xoşbəxt və mənalı yaşayasan.
  • Sevirsən,sevilirsən amma elə bir zaman olur ki,sevginin acısını çəkirsən.
  • Bəzən düşünmədən addımlar atırsan,bəzənsə düşünərək atdığın addımlar səni uçuruma aparır.Düşünmədən nə isə edəndə onun əziyyətini çəkəndə,fikirləşmədən etdim, cəzamdı çəkirəm deyirsən.
  • Bəs görəsən insan sevərkən düşünüb sevir?Əlbətdə ki,yox...
  • Sevgi insan qəlbinə xəbər vermədən yol tapır,düşünmək üçün isə imkanın olmur.Birlikdə sevginin əzablı yollarından keçirsən,onun səni sevdiyini düşünərək gözlərində sevinc və xoşbəxtlik qığılcımları parlayır.
  • Bəs görəsən o,səni həqiqətən sevirmi? Bu sualı eşidəndə mübahisə edəcəksən,bəlkə də qarşındakına güləcəksən,bəlkə də onu paxıl adlandıracaqsan.Mənə qarşı yalnış hərəkət etməyib,əlbətdə sevir deyəcəksən.Amma birüzə verməsən belə ürəyinin dərinliklərində bəzi şübhələrin olduğunu hiss edəcəksən.
  • Bəlkə o həqiqətən məni aldadır deyə düşünəcəksən.Amma yox sən belə düşünə bilmərsən bu inamsızlıqdı.Axı sən ona inanıb onu sevirsən.
  • Fikirləşirsən, əgər o məni həqiqətən aldatsa mən nə edəcəm,onsuz necə yaşayaram? Amma sən sevgidən nifrətə bir addım olduğunu düşünmürsən daha.Və elə bir gün gəlir ki,o sənə həyatda ən son duymaq istədiyin sözü deyir...Ağlayırsan,əsəbləşirsən,ona hirslənirsən...Sakitləşəndə isə onu düşünüb ürəyinin ona qarşı sevgi ilə deyil nifrətlə döyündüyünü görürsən və gülürsən.
  • "Həqiqətən sevgidən nifrətə bir addım imiş"deyirsən.Bu da sənin bitməsini təssəvvür edə bilməyəcəyin sevgin və düşünmədən etibar etdiyin biri.Sevgi insan qəlbində nə qədər dərin yer salsa da, edilən kiçik bir səhv onu nifrətə çevirir.Onun üçün də sevgi olan yerdə nifrət,nifrət olan yerdə sevgi var.Bu həyatda hər şey bərabər paylanıb...

15 şərh

Rene
İnsan sevdiyi birinə necə nifrət edə bilər axı? Mən bunu başa düşə bilmirəm. Sevgi sonradan nifrətə çevrilibsə demək o əsl sevgi olmayıb.
soni_memmedzade
isan urekden sevirse sevdiyi de ona ne vaxtsa xeyanet edirse bu sevgi nifrete cevrile biler.sevgi ile nifret,xeyirle ser ekizdirler.insan umdugundan kuser.sevmediyimiz insandan xosumuz gelmeye biler sohbet nifretden gedirse nifret sevgideki xeyanetden yaranir.men hec kime qelbinde nifret dasimagi arzulamiram.qoy vaxtimizi nifret etmeye deyil,bize deyer verenleri sevmeye serf edek…
ElcinHesenov
İkisidə bir- birlərinə yaxındırlar
soni_memmedzade
elinde nifrete sevgiden cox inaniram nifretin saxtasi olmaz!!!
məryam
Axrıncını lap əla dedin. Nifrətin saxtası yoxdu. Amma indiki zamanda hər şeyin saxtası var(
ElcinHesenov
insanlar saxdalaşdıqca həyatda saxtalaşır
məryam
Sevgidən nifrət bir addım-bu sözü çox eşidirəm. amma mənasını annamıram. bəlki zamanla annayacam. bir neçə ay və mən bunun mənasını biləcəm. Əminəm) Amma bilmirəm necə. Əgər həqiqətəndə çox sevirsənsə, ona nifrət etmək çətindi. Şahidi olmuşam. sinifyoldaşımı sevən oğlanı o sevmirdi. Nə qədər elədik, başına oyun açdıq, yenədə sevgisi azalmadı. Baxır, hansı sevgidə.
ElcinHesenov
heç nəsib olmasın sizlərə nifrət etmək
alexandra
Elə bir an da olur ki sevdiyimiz üçün nifrət etdiyimiz insanı bağışlayırıq
Munise
sevdiyimiz üçün nifrət etdiyimiz nə deməkdir alexandra ya sevgi nifrətə dönür ya da nifrət etdiyini sevirsən sonra ikisi eyni anda olmur cümləni düzgün qurmamisiniz
jaguar
Sev ki..sevən mərd olar. ;)
Medikamentoz
Ormantikləşmək lazım deyil.
azadmamedov90
sevmeye ehtiyac yoxdur,cunki her zaman 1terefli olur onsuzda,ona gore de, en yaxsisi 1terfli qarsiliqsiz nifret elemekdir,belke de sever,ama qarsiliqli mutleq nifret olacaq…
seyidova
Sevgiden nifrete doğurdanda bir addım var.Bir söz,bir hereket bes edir canını vereceyin adama nifret etmeyin üçün.Amma nifretden sevgiye yol yoxdu.