Toy üzüyü barmağının ovsunlayıcı hekayəsi

  • Sevgi
Toy üzüyünü niyə dördüncü barmağımıza taxmalıyıq?
Bunun, çox gözəl və inandırıcı bir şərhi var...
Baş barmaq; Ana-atanızı,
İşarə barmağı; Qardaş- bacınızı,
Orta barmaq, Sizi,
Dördüncü barmaq (yəni üzük barmağı); Həyat yoldaşınızı,
Və kiçik barmaq; Uşaqlarınızı təmsil edir.
Əvvəlcə ovuclarınızı bir-birinə baxacaq şəkildə açın.
adsız barmaq sevgi rəmzidir
Orta barmaqları bükün və kürək kürəyə birləşdirin. Daha sonra qalan dörd barmağınızı da açıb, uc uca gətirin. İndi, ana- atanızı təmsil edən baş barmaqlarınızı ayırmağa çalışın... Açılacaq, çünki ana atanız sizinlə birlikdə ömür boyu yaşamayacaq. Tez ya da keç onlardan ayrılmaq məcburiyyətindəsiniz. Baş barmaqlarınızı əvvəlki kimi birləşdirib, qardaş-bacınızı təmsil edən işarə barmaqlarınızı ayırın. Onlar da ayrılacaq, çünki qardaş-bacılarınız öz ailələrini qurub, ayrı bir həyat seçəcəklər. İşarə barmaqlarınızı birləşdirib, uşaqlarınızı təmsil edən kiçik barmaqlarınızı ayırın. Onlar da ayrılıcak, çünki uşaqlar da evlənib və bir gün öz həyatlarını qurur. Son olaraq kiçik barmaqlarınızı birləşdirib, yoldaşlarınızı təmsil edən üzük barmaqlarınızı ayırmağa çalışın. Ayıra bilmədiyinizi görüncə çaşacaqsınız.
Çünki ər-arvadlar həyat boyu bir yerdə yaşayarlar...
Yaxşı gündə də və pis gündə də...

P.S. Mən ayırmağa çalışdım, həqiqətən də alınmadı, siz də sınayın :)

UPD. Ən yaxşısı videodakı kimi sinamaqdır:



12 şərh

bahar
Əla versiyadı.Məndə də aralanmadı.
Zeynal
Gərək yoxlayım.Alınar sizcə?
Xrizoberil
yoxla.heçnə itirməzsən:)
Cavid
Mən də yoxladım düz çıxdı ancaq bəlkədə bu sadəcə bir təsadüfdür. Bir onu deyə bilərəm ki, indiden oturub gələcək üçün planlar qurmaq elədə uğurlu bir metod deyil, bunun üçün əlindən gələni et, that's all.
Xrizoberil
ola bilər bəlkədə təsadüfdür..amma bu sadəcə bir hekayədir belə yozublar.
burla xatun
Dəhşət bir şey.
mammad
MAraqli ve uygundur…
Samir012
Alinmağa alınır ancaq əsas xoşbəxt olmaqdır üzüzyün hanı barmağa girməyi elədə fərq etməz, şəxsi fikrimdir)
Dream
:) maraqlidi menim barmaqlarimin hamisi aralanir
məryam
Nə qədər elədim alınmadı. Canımı acıtdı. Teşekkürler.
Ferbara
Barmaq və əl əzələləri üçün maraqlı nağıldı. :)