Bu hekayənin qəhrəmanı siz olsaydınız nə edərdiniz…?

  • Sevgi
ağıllı qız,səbirli insan və qoca qadınOturdugu skamyadan qalxdı, üzərindəki dənizçi formasını düzəltdi və şehərin böyük qatar stansiyasındakı insanları incələməyə başladı. Gözləri o qızı axtarırdı, ürəyini çox yaxşı bildiyi, amma üzünü heç görmedigi, yaxasında gül olan o qızı... Ona olan marağı bundan on üç ay əvvəl Floridada bir kitabxanada başlamışdı. Rəflərdən aldığı bir kitabın içindəki yazıdan çox təsirlənmişdi. Kitabdan deyil, səhifələrdən birinin kənarında qəlemle yazılmış kiçik qeydlərdən.. Yumuşak əl yazısı düşüncəli bir ruhu və insanın içinə işleyen bir xarakteri əks etdirirdi. Kitabın baş səhifəsində, o kitabı ən son oxuyan şəxsin adını gördü: Bayan Hollis Maynell. Bir az zaman və səy sonunda ünvanını da tapdı. Bayan Maynell New Yorkda yaşayırdı. Blanchard ona özünü tanıdan və məktub dostu olmağı təklif edən bir məktub yazdı. Sabahısı gün də Ikinci Dünya Müharibəsinə qatılmaq üçün Avropaya doğru yola çıxdı. Daha sonrakı bir il bir ay boyunca bir-birlərini məktublarla tanıdılar. Hər məktub ürəklərinə düşen bir sevgi toxumu idi sanki. Bir romantizm başlayırdı. Blanchard qızdan bir şəklini istəmişdi, amma qız rədd etdi. Özünə həqiqətən əhəmiyyət verirsə necə göründüyünün nə əhəmiyyəti var idi? Nəhayət Blanchardın Avropadan dönüş günü gəldi çatdı. Ilk görşlərini təyin etdilər. New York Qatar stansiyasında axşam saat düz 7′də. "Məni taniman üçün"- deyə yazmışdı qız məktubunda, "Pencəyimin yaxasında qırmızı bir gül taxılı olacaq". Budur saat düz 7 idi və Blanchard üzünü daha əvvəl heç görmedigi, amma ürəyini sevdigi o qırmızı güllü qızı axtarırdı. Hekayənin gerisini Blancharddan dinləyək:"
Birdən gənc bir qızın mənə doğru gəldiyini gördüm. Ince və uzun boylu, dalğalı sarı saçları o gözəl qulaqlarının önündən çiyinlərinə düşmüşdü. Çiçək rəngi mavi gözlü. Dodaqlarının və çənəsinin müntəzəm qıvrımları və açıq yaşıl geyimiylə insana sanki baharın geldigini müjdələyən bir qızdı. Mən də ona doğru getməyə basladim. O qədər təsirlənmişdim ki, yaxasında gül olub olmadığına baxmaq ağılıma belə gəlmədi. Ona yaxınlaşanda, dodaqlarında yüngül bir gülümsəməklə mənə: 'Mənimlə eyni istiqamətəmi gedirsən, dənizçi?' deyə fısıldadı. Necəsə idarəsiz bir şekilde ona doğru bir adim daha atdım, və o anda Hollis Mayneli gördüm. Qızın tam arxasında dayanırdı. 40-nı çoxdan geçmis, ağarmağa başlamış saçlarını şapkasının altında toplamışdı. Kök sayılan, qısa boylu, qalın biləkli ayaqları topuqsuz ayaqqabılara gömülmüşdü. Başmı çevirdim, yaşıl geyimli qız sürətlə uzaqlaşıdı. Özümü ikiyə bölünmüş hiss etdim; arzularım qızı izləməmi, ta içimdən gələn bir istək isə ruhu bir ildir mənə yoldaşlıq edən qadınla qalmamı söyləyirdi. orada eləcə dayanırdı. Solğun, qırışıq sifəti nəzakətli və duyğulu,
boz gözləri mehriban idi. Çəkinmədim. Məni tanıması üçün mavi dəri cildli kitabı ona doğru tutdum. Bu eşq ola bilməzdi, amma, mütləq dəyərli, bəlkə eşqdən də gözəl, çoxdan bəri minnətdar olduğum və olacağım bir dostluq kimi bir
şey ola bilərdi. Qadını salamladım, hər nə qədər gizləməyə çalışdımsa da elədə bacara bilmədiyim xəyal qırıqlığımı müəyyən edən səsimlə: 'Mən Kapitan John Blanchard, siz də Bayan Maynell olmalısınız. Sizinlə görüşə bildiyim üçün çox xoşbəxtəm. Sizi yeməyə apara bilərəmmi?' -deyə soruşdum. Qadının üzünə bir gülümsəmə yayıldı: 'Nədən bəhs etdiyini bilmirəm cavan oğlan' dedi, amma o, az əvvəl buradan keçən yaşıll paltarlı qız bu qırmızı gülü yaxama taxmamı xahiş etdi məndən, və eger siz məni yeməyə dəvət edəcək olsanız özünün sizi küçənin qarşısındakı böyük restoranda gözlədiyini söyləməyimi istədi. Dediyine görə bu bir növ imtahandır ...

8 şərh

bahar

Əla yazıdı.Çox ağıllı qadın imiş.

ayxansevda

mən belə bir filmə baxmışdım. qehreman olsaydım heç vaxt gözelliye aldanmazdım. şablon sözler olsa da eslinde daxili gözellik önemlidir. yoxsa insan uduzur. amma əla imtahan idi. super


 

Muza
Bu gözəl hekayənin müəllifi Sulamith Ish-kishor adlı amerikan yazıçısı olub. Onun adını yazıda axırda qeyd etməyinizi xahiş edirəm.
Xrizoberil
artıq siz qeyd etdiniz :)
rokfeller
Yazının əsl müəllifi Max Lucado adlı adamdır. And the Angels Were Silent əsərin orijinal adıdır.
sirius
COOX MARAQLİ İDİ...OZUNE HEQİQETEN EHEMİYYET VERİRDİSE ,NECE GORUNDUYUNUN NE EHEMİYYETİ VARDİKİ?...ESAS DUZGUN DEYERLENDİRİLMEDİ…
MASON
yaxşı hekayədi, xoşum gəldi.Amma tərcümədə bir az qüsurlar var, onlar olmasa idi, daha super olardı
Samir012
maraqlıdır, mövzunun adı da gözəl qoyulub. Yazı müəyyən olunmuş qaydada abzaslara bölünsəydi daha yaxşı olardı