Sevgilinin intiqamı

  • Sevgi
BAĞIŞLAMAQ VƏ UNUTMAQ YAXŞI İNSANLARIN İNTİQAMIDIR - ŞİLLER
Unudulmaq nə qədər əzab verər insana yəqinki düşünə bilərsiniz. Bir insana edilə biləcək ən böyük pislikdir. Budur Şiller bir cümlə ilə intiqam duyğusunu belə ifadə etmişdir. Bir insandan intiqam almaq istəyirsinizsə onu unudun. Yox mən mütləq intiqam almaq istəyirəm deyirsinizsə... Bunu qol qüvvəsi istifadə etmədən ağıl yolu ilə edə bilərsiniz. Buna nümünə olaraq bir hekayə;
"Bir zamanlar bir- birini sevən iki gənc varmış. Çox sevərlərmiş bir-birlərini. Bir müddətdən sonra gənc oğlan əsgərə getmiş. Hekayənin məğzidə budur, gənc oğlan əsgərdəykən qız başqa birinə aşiq olur. Bunu məktubla izah etmək məcburiyyətində qalır və yazır;
- Sən əsgərdəykən mən başqa birinə aşiq oldum. Nə olar qüsuruma baxma. Səndə olan şəkilimi də zəhmət olmasa mənə göndər.
Əsgər oxumuş məktubu... İntiqam almaq istədiyindən oradakı əsgərlərdən nə qədər qız rəsmi varsa hamısını toplamışdır. Şəkilləri zərfə qoyur və bir də məktub yazır qıza;
- Səndə mənim qüsuruma baxma, xatırlaya bilmədim, sən bunların içindən hansı idin?! Sən öz şəkilini götür, digərlərini isə geri göndər.
 

4 şərh

bahar
Əgər bir insana pislik etmisənsə və ya qəlbini qırmısansa və o insan səninlə heç nə olmamış kimi rəftar edirsə.bu intiqamların ən dəhşətlisidi.
ayxansevda
oğlan əsəbdən belə edir bu 100%, soyuqqanlılıqdan yox. Birdə ki, həyatda xəyanətdən ağır insanı yaralayan heç nə ola bilməz. unutsan da izi qalır. vaxtaşırı sancı da verir bu yara. ola bilməz ki, tam unudasan bu mümkün deyil. 
bahar
1/10 kişi ola bilər ki,xəyanəti bağışlasın.Qadınlar bağışlayırlar,lakin unutmurlar.
Fianda
Hə,heç nə unudulmur,sadəcə özünü unutmuş kimi göstərmək olur.Olanları yox,olanların verdiyi acını unutmaq lazımdır.