Tac-Mahal: sevgi abidəsi

  • Sevgi
Tac Mahal məbədi-dünyanın möcüzəsi


Tac - Mahal abidəsi Hindistanın və bəlkə də dünyanın ən gözəl arxitektur abidəsidir. Onun hündürlüyü 75 metrdir və Yamina çayının vadisində ucaldılmışdır. Ağ mərmərdən hazırlanmış və qadın formasını xatırladan 1 böyük 4 kiçik minarə göylərə ucalır. Milyonlarla turisti cəlb edən yalnız Tac-Mahalın xarici gözəlliyi deyil, eyni zamanda onun çox kövrək sevgi hekayəsidir. Bu Məbəd deyilənlərə görə çox saf sevginin nəticəsində yaranmışıdır. Bu movzoley boyuk Monqol şahı, müsəlman Cahan Şah tərəfindən həyat yoldaşı, gözəllər-gözəli olan Mumtaz Mahala olan sevgisinin sübutudur. XVII əsrin əvvəllərində Cahan ŞAh Mumtazla evlənir, baxmayar ki, onun da bütün şərq hökmdarları kimi hərəmxanası var idi, o yalnız Mumtazı sevirdi, onlar arasında zərif sevgi yaşayırdı. Şahın isə cəmi 19 yaşı var idi. 

Taj Mahal (Agra city) islamic monument

Mumtaz Sultan öz hökmdarına 8 oğul, 6 qız övladı bəxş etmişdi, lakin 14- cü uşaq düynaya gəldikən az sonrao vəfat etmişdir. Bu hadisədən sonra ŞAh uzun müddət özünə gələ bilməmiş birdən-birə saçları tamamilə ağarmışdı. O ölkədə iki illik matəm elan edir- oxumaq oynamaq bayram etmək qəti qadağan idi. Sonradan Monqol xanlığının o zamankı paytaxtı Aqrada Cahan Şahın  sevgilisinin gözəlliyini əks etdirə biləck sarayın inşasına başlanır. Öz ölçüsünə və gözəlliyinə görə dövrünün bütün saraylarından fərqlənən bu sarayın tikintisi düz 20 il çəkmişdir. onun tikintisində 20mindən çox insan işləmiş, o cümlədən Türkiyə, Hindistan, Səmərqənd və Misirdən ən bacarıqlı memar və arxitektorlar cəlb edilmişdir. Tac - Mahal üzərində müxtəli ərəb yazıları və Qurani- Kərimdən bir neçə ayə də yazılmışıdr. ONUn ətrafında isə ümumi sahəsi 18 hektar olan gözəl parklar salınmışdır.Şah Cahan düşünürdü ki, Tac-Mahalla düz üzbəüz Qara mərmərdən eyni Tac-Mahal kimi daha bir abidə ucaltsın və burada özü dəfn edilsin. İki Saray bir-biri ilə Körpü ilə birləşsin. Lakin Onun ömrü buna vəfa etmədi. 

Hindistan gözəllikləri- Tac Mahal abidəsi


Həyatın hökmü ilə Şah bir andaca hər şeyini itirir, zəncirlənir və zindana atılır.Bir zaman dunyana sahib olan Cahan Şah artıq heç kim idi. Tezliklə Şah da dünyasını dəyişir və öz sevgilisinin yanında Tac-Mahalda dəfn edilir.

Taj Mahal monument interier

Əsl Sevgi...
P.S - Bəyənələrdən xahiş olunur səs versinlər və fikirlərini şərhlərində bildirsinilər.
 

8 şərh

ILGAR

heyfik reytinqim yoxdu ses vere bilmirem(((((((((((eladi olduqca superrrr


 

lala_askerova
heyif(((((( her halda teüekkur men ele hesab edirem ki sizden artiq 10 ses gelib:) Təşəkkürlər:)
istorik_c
Hamısını yazmısız amma Tac-Mahalın əsas sirrini qeyd etməmisiz
Someone
maraqlıdır görəsən Tac Mahalın əsas sirri nədi, qey etsəniz öyrənmiş olardıq
istorik_c
Diqqət Tac-Mahalın sirrini mən təsadüfən bir mütəxəssisdən bilmişəm.Ancaq onun dedikləri həqiqətə uyğun idi.Cahanşah sevimli arvadınının xatirəsinə Tac-Mahalı memar İsa əfəndiyə tikdirərkən ondan abidədə qeyri-adi nə isə yaratmağı tələb etmişdir.Memar orta günbəzin alt hissəsində sonuncu daşın yerinə Hindistanda çox yayılmış iri bir almaz daşı yerləşdirmişdir.Gozlə baxdıqda həmin daş görsənmir.Çünki üstündə suvaq var.Tarixi mənbələrə görə mavzoleyin açılışında şah da daxil olmaqla saray əyanları möcüzə gözləyirdi.Bu vaxt günbəzin altından müəyyən vaxt intervalında su damcılanmağa başladı.Həmin dövrdə bir çoxları bu hadisənin sirrini başa düşmədikləri üçün bəzi əfsanəvi rəvayətlərin yaranmasına yol açmışlar.Əslində damcının yaranmasının səbəbi budur.Almaz yeganə maddədir ki onu yüksək temperaturda qızdırdıqda və soyutduqda daxilindəki temperatur həmişə sabit(20 dərəcə) qalır.Hindistan təbiəti daim isti olduğu üçün(40 dərəcədən yuxarı) mavzoleyin daxilindəki havanın rütubəti yalnız nisbətən sərin almazın üzərinə yığılır və damcıya çevrilir.
pascal
Tac Mahal haqqında oxuduqlarım qədərilə bunu bilirəm ki, onun divarlarında minlərlə əqiq, zümrüd, sədəf, yüzlərlə yaqut, brilliant və başqa qiymətli daşlar işlənmişdir. Burda da qeyd olunduğu kimi, bu möhtəşəm tikilini, Cahan şah öz xanımının xatirəsinə tikdirmişdir. Nəsə bir sirr olduğu yoxdur axı. Varsa da, mən bilmirəm. 
Frngz
Çox sağolun, maraqlı idi. 
ayxansevda
hindistan məhəbbəti