Ayrılacaq yollar

  • Sevgi

Onsuzda ayrılacaq yollar. Hərə öz həyatını yaşayacaq.

Ayrılacaq yollar, səssiz-səmirsiz, sualsız-cavabsız, heç kəsin rəyini bilmədən, soruşmadan, nəzərə almadan.

Ayrılacaq yollar, göz yaşlarını görmədən. Göz yaşları sarsılacaq etinasızlıqdan. Yandıracaq bir vaxt gülən yanaqları, kor edəcək xoşbəxtlikdən bir vaxt ulduz kimi parlayan gözləri.

Ayrılacaq yollar, bir -birimizdən necə uzaq düşdüyümüzü onda anlayacağıq. İndi bunu duymuruq. Hər gün səsimizi eşidir, bir - birimizi görür və xöşbəxtlik üçün bu kifayət edir bizə. Əslində münasibətimiz arzuya bənzəyir. Ümidi itirməmək arzusuna. Nə vaxtsa bir daha görüşməyəcəyik deyə düşünmək belə istəmirik. Çox qəribə arzudur. Amma insanı xöşbəxt edə biləcək qüvvəyə malikdir. Bu arzunu nəyə bənzətdiyimizdən asılı olmayaraq, onsuzda hər şey dəyişəcək. Hisslərimiz belə. Hisslərimiz haçalanacaq, istək və arzularımız da dəyişəcək , yeni arzular yaranacaq. Lakin bir arzu, şah arzu - xoşbəxt olmaq arzusu olduğu kimi qalacaq.

Ayrılacaq yollar, bəs niyə insan ağlayır,  nalə qoparır, fəryad edir. yoxsa unudulmaq qorxusu, adiləşmək , bütövlüklə yaddaşdan silinmək qorxusu üstün gəlir insana o anda?İnsan dərk etmək istəmir ki, olacağa çarə yoxdur. Bəlkə də dərk edər, amma ürək dərk etmir, anlamaq istəmir.

Ayrılacaq yollar, hansısa zaman kəsiyində yollar kəsişir, amma yenə də hər yol öz istiqaməti ilə davam edir, çünki hər yolun öz istiqaməti və sonu var.

Ayrılacaq yollar, bəs bununçünmü yaşayırıq? Hər şeyin ayrılması üçünmü? Yolların ayrılması üçünmü? Ürəyimizin köksümüzdən ayrılması üçün yaşayırıq yoxsa?!

12 mart 2003

Müəllif: Zeynalova V.M

 

 

 

7 şərh

ORIGINAL
Suppa,təşəkkürlər.Bu hissləri yaşan biri kimi mənə təsir elədi((
cahandar
Çox gözəl,təsirli......Bəli,olacaq olur,nə zamanı durdurmaq mümkün deyil nə də ki qisməti dəyişmək…
asel
cox tesir eledi.
Medikamentoz
Burası baya ormantikmiş :)
heyatin-ellerinde

cox gozeldi........zaten her weyin sonu ayriliqdi......ama hec kes tek ola bilmez her kesin heyatinda kimlerse var.ozu bilmese de

Medikamentoz
Bu qədər fəlsəfə Məni boğur…