Sevgini qoru

  • Sevgi

Çoxlarımızın hələ də qəbul etmək istəmədiyi şeylər var. Sevgi bütün insanların heç olmasa ömründə bir dəfə qarşısına çıxan bir hadisədir. Hər bir insanı həyatda yaşadan sevgidir. Sevgisiz insan tənha və qanadsız quşa bənzəyir. Amma asan nəsə olmadığı kimi sevgini də qoruyub,saxlamaq çox çətindir. Hər kəs sevib-sevilə bilər amma hər bir insan öz sevgisinə qovuşa bilməz. Əgər həqiqətən sevirsənsə ,sevgin uğrunda mübarizə apararaq onu qorumağa çalışmalısan. Əks halda sevginlə vidalaşarsan,bu isə əsl  sevən üçün dözülməzdir.Belə bir deyim var: zaman yaraları sağaldır və hər şeyi unutdurur,həqiqətdə isə bu belə deyil.

sevgi həyatı gözəlləşdirir,rəngləşdirir
Belə deməklə insanlar özlərinə təskinlik verir sadəcə.Çünki,zaman ötdükcə onlar qarşılarına çıxan nə varsa ona qane olurlar.Bu zaman hərşeyin düzəldiyini və unudulduğunu düşünürlər.Yalnız elə bir zaman gəlir ki,hərşey yenidən təkrarlanır,bax o zaman insan yanıldığını anlayır. Eləcə də sevgi heç bir zaman unudulmur. Bəzən insan nəyəsə,kiməsə görə öz həyatını və sevgisini qurban verir: O sevgini ki, heç vaxt unutmayacaq,o sevgini ki, daim onu xatırlayaraq qəlbi yanacaq.Bu zaman o,həm özünə həm də başqalarına əzab verəcək,haqsızlıq edəcək.Çünki o başqasının yanında olsa da öz sevdiyini düşünəcək,onu xatırlayacaq.Beləliklə haqsızlıqlar baş alıb gedəcək.

sevgi dəniz sahiliində qumların üstündədir,qəlbimizdədir
Çalışın, ülvi hiss olan sevginizi heç nəyə və heç kimə qurban verməyin.Əks halda siz də mənim kimi çarəsiz qalarsız,həm özünüzə, həm başqalarına əzab verərsiz.Təmiz,saf məhəbbətlə sevin.Çünki sevgi insanı yaşadır və ruhlandırır.Bəlkə də ölüm sevən biri üçün sevgisini tərk etməkdən yaxşı olardı,çünki sevdiyin birindən ayrılarkən cismən yaşayırsan,ruhun isə daim onunla olur.Bir düşünün, əgər başqa biriylə yaşarkən,sənin ürəyin sevdiyinin yanındadısa, sən necə yaşaya bilərsən,insan ürəksiz yaşaya bilərmi?Yox, bu mənim fikir və düşüncələrimdi.Bəlkə də yanılıram, amma bir şeyə əminəm ki,sevgi insanı yaşadır və sözlərimin çoxunda həqiqət var.Sevin-sevilin..Hər zaman xoşbəxt olun, amma çarəsiz olmayın.

Həmçinin bax: Sevmək və qovuşmaq, romantik anlar, sevgi hekayəsi

0 şərh