Acizdən acizə sevgi məktubu

  • Sevgi
Mənim sənə yazığım gəlir.Necə də zavallı,necə də acizsən.Sən məni deyil,qəlbimi qazandın.Sevdirdin özünü.Afərin sənə.Səni elə sevdim ki,sənə elə aşiq oldum ki,bu sevgi məni məndən aldı.Çox bacarıqlısan.Sevməkdə,sevdirməkdə..........      Bəs bu "bacarığını" niyə axıradək nümayiş etdirə bilmədin?Niyə?Nişanlısan!!Səni başqasına nişanladılar.Sən...sənsə....sevgimiz uğrunda mübarizə apara bilmədin.Acizcəsinə valıdeyinlərinə tabe oldun.Yəni,sevginin gücü bura qədərmiş?....Nişanlandığından xəbər tutanda nələr çəkdiyimi düşündünmü?Nə acılar çəkdim,yuxusuzluq,göz yaşlarım......Hətta intihara əl atdım.Essensial içdim.......Ancaq məni xilas etdilər.Bir müddət sonra mən də nişanlandım. Sevmirəm onu...nişanlım çox gözəl insandı.Ancaq sevə bilmirəm onu.Sən acizi hələ də sevirəm.Sənə nifət etməyə çox çalışdım.Olmadı.....
Daha da çox sevdim.Çünki yalnız səni düşünürəm.Mən xoşbəxt deyiləm.Çünki,sən yoxsan yanımda.Sən də çox güman ki,xoşbəxt deyilsən.Çünki,mənsizsən.Özün seçdiyin mənsizlik.....Nişanlını sevmirsən,o da xoşbəxt olmayacaq.Lakin təsəllim budur ki,mənim nişanlım xoşbəxt hesab edir özünü.Çünki,məni çox sevir,və səni sevdiyimi bilmir.Onunla olduğum üçün çox sevinir.İstəməzdim o da bədbəxt olsun.Səni hələ də sevdiyim üçün özümə çox acıqlıyam.Sən aciz olduğun üçün də sənə acıqlıyam....
Məni əldə etməyə çalışmadın.Qovuşmağımız üçün mübarizə aparmadın.Hansı sevgidən danışırdın???Hansı sevgidən danışırsan???        
Bu gün sənin toyundur.Ağ gəlinlikdə yanında addımlayan mən deyil,bir başqasıdır.Bu səhnəni görmək kaş mənə nəsib olmayaydı.Təəssüf ki,oldu.....        
Sizə baxıram.Qəhər gözlərimi boğduğundan,çox çətin görürəm.Artıq başım gicəllənir və  gözlərim qaralır.Daha görmürəm...Başımın üstündə həkimlər,qohumlarım,nişanlım və hönkür-hönkür ağlayan  sən!!!!Məni xilas edə bilməyəcəklər.Çünki,bu dəfə içdiyim essensial deyil,zəhərdir.Mən bu cür yaşaya bilməzdim.Səni birdəfəlik itirməkdənsə həyatdan həmişəlik getməyi üstün bildim.Sən acizsən,mənsə sənə olan sevgimlə bərabər ölməyi üstün bildim...Buna layiq olmasanda..Əlimdə nişanlıma yazdığım məktub: __ 
"Əzizim,bağışla.Bağışla məni.Bilirəm,mən indi həyatda yoxam.Sənə böyük əzab verib gedirəm.Səni çox sevirəm,hörmətim sonsuzdur.Ancaq,sevmirəm..Sevgiyə layiqsən,sadəcə qəlbim bütünlüklə başqasına aiddir.Çox çalışdım onu unudam səni,tək səni sevəm.Olmadı.O  "aciz" həyat qarşısında,mənsə sevgim qarşısında aciz idim.Səni də yarı yolda buraxdım ki,həyatına tamamilə girib səni bədbəxt etməyim.Bağışla məni,qəlbini incitdiyim üçün bağışla.Səndən sonda ricam var.O acizə bu sözlərimi çatdır: " Sevgi insanda mənlik istər,mərdlik,sədaqət istər.Aciz insan itirir və peşman olur.Sonrakı peşmançılıq isə fayda vermir.Qoy xoşbəxt olsun.Övladına adımı qoyar.O anda da acizlik etməzsə.Hər zaman övladını çağırdıqda məni xatırlar." Sənə də təşəkkür edirəm.Bilirəm mən də acizəm.Hisslərim,sevgim qarşısında.Nə isə.....Allah keçsin günahımdan......."

Imza:ACİZ!!!!!!!!

Müəllif: Cahandar Həsənli. Mənbə:Bu yazı internet aləmində ilk dəfə yayımlanır.müəllifin imzası olmadan yayımlamaq qadağandır.

loading...

8 şərh

ayxansevda
yazı maraqlıdır, amma düşünürəm ki, həyatını istədiyin səmtə yönəldə bilər insan, əvəzolunmaz insan yoxdur. övladların olunca onlardan dəyərli və vacib ikinci birisi ola bilməz məncə. bu mənim subyektiv fikrimdir. həyatın mənası yalnız onlardır. bu acizlik əlamətidir güclü insan belə etməzdi, özündə güc tapıb xoşbəxtliyini bir də axtarardı, yaxşı ad qoyulub — acizdən acizə məktub bəlkə acizdən vəfasıza məktub? :)
cahandar
şərhinizə görə təşəkkür edirəm.belələri çoxdur yəni sevgi əsil sevgidən gedirsə söhbət elə bir məfhumdur ki,insan hətta intihara belə əl atır.hər kəsi güclü olmağa çağırıram!!!
cahandar
Bu hadisə həyatda olub ucqar rayonlarımızdan birində.Fantaziya yoxdur sadəcə qələmə almışam.1996-cı ildə.
ayxansevda
belə şey ancaq ucqar rayonlarda ola bilər onda inandım. səbəb saflıq ancaq orda qalıb şəhərdə yüz insan var hamı bir-birini aldadır fırıldaq gəlir üzlü insanlar n qədərdir ona görə çəhər insanları heç kimə inanmır qalsın əsl sevgi nə bilim nə. burda hər şey pul gücünə həll olunur hələ bizdə nə var gör amerika avropada nələr olur lap biabırçılıqdı. ucqar kəndə dünyadan bixəbər adam ancaq belə hərəkət edərdi. bilmirəm, amma mən intihara heç cür haqq qazandıra bilmirəm. ilk baxışdan faciəvi gələn bir şey zamanla unudula bilər heç izi da qalmaya bilər həyatda hər şey mümkündür. məs vegetariantlar bizlərə vəhşi adamyeyən kimi baxır, bu onlar üçün faciədir heyvan əti yemək bizim üçün normal bir iki dəfə kabab yesə onun üçün də adiləşər. xaricdə xoşuma gələn bir məsələ var biri depressiyada olanda səyahətə gedir ki, fikrini dağıtsın məncə əla üsuldur sən gedirsən həm gəzirsən həm də görürsən ki, sənin dərdindən də böyük dərdlər var bu dünyada dünya ancaq sənin başın ətrafında fırlanmır
bahar
Qadın sevmədiyi kişiylə bir yastığa baş qoya bilir, amma bu kişilərdə fərqli olur
ElcinHesenov
Həqiqətən də çox təsirli bir hekayədir.
Rene
ayxansevda ilə razıyam.  İntihara bəraət yoxdur Allah qatında, qaldı ki saxta aşiqə olan sevgi uğrunda cana qıymaq. Gedib getsin, cəhənnəmə kimi yolu var :)) Pis olarsan, dərd çəkərsən, ağlayarsan, sızlayarsan, amma keçəcək. Dünyanın sonu deyil bu. İstəkdi bu sadəcə. Əldə edilməyəndə isə insana daha şirin görünür. Bir növ kaprizə dönür. Adını qoyurlar sevgi. Hansı sevgidən danışırıq ki, bizim bu gün hiss etdiyimzlə sabah hiss etdiyimiz eynidir məgər? Məcnun Leylinin dərdindən çöllərə düşdü, amma sonra Leyli gələndə ona: Mən artıq əsl Leylimi tapmışam" dedi. Əsl Sevgili Allahdır. Həyat davam edir, nə bilirsən təzədən sevməyəcəksən ay aciz? Səna acizsən amma Allah deyil. Unutmayaq ki, qəlblər Allahın əlindədir.