Məhəbbət...

  • Sevgi
Məhəbbət digər duyğularla yanaşı, müstəqil mövcud olan sadə duyğu kimi. Altıncı duyğu! 
Məhəbbət - qəlb yarımçıqlığından doğan bir hiss, - tamamlanmaya ehtiyac...
Məhəbbət - yarımçığın bütövləşmək əzmi!

Məhəbbət - hissənin tama, yarımçığın bütövə doğru hərəkəti!
Məhəbbət - vahidin əzəmətinə, bütövün gözəlliyinə, tamın harmoniyasına heyranlıq!
Məhəbbət - potensial duyğu kimi, sev­mək əzmi kimi!... Və məhəbbət iki tərəf ara­sında münasi­bət kimi; ünvanını tapmış, kon­kretləşmiş mənəvi-estetik proses kimi!  
Bütövə daxil olaraq bütövləşmək, va­hiddə itərək vahidləşmək! Tamın harmoniya­sına daxil olmaq, harmonik aləmin sakini ol­maq. İki yarımçığın birləşərək bütövləşməsi üçün yarımçıqların əslində nə vaxtsa bütövün iki parçası olması haqqında əsatirə inam (Pla­ton versiyası).

Mənbə: "Məhəbbət və intellekt" kitabı

6 şərh

bahar

Məhəbbət- qəlb yarımçıqlığından doğan bir hiss, -tamamlamaya ehtiyac............


super

Ferbara
Bəlkə də oxuduğum izahlardan ən müfəssəlidir. Təşəkkürlər.
Ferbara
Amma məhəbbət iki yarımla birləşmədən də mövcud və ülvi ola bilər.
cahandar

Məhəbbət-Göz yaşları,yarımçıq qalan həyat


Məhəbbət-Vəfasızlıq,qəlb çırpıntıları.


Məhəbbət-zəmanədə pul,var dövlət,


Məhəbbət-həm gözəldir,həmdə acı bir həyat!


 


Ülvi sevgi hər zaman göz yaşları ilə qarşılaşır.Əsil sevənlər ya qovuşmur ya da çox çətin yollarla qovuşar və hər zaman onların yolunda maneələr insan cildində şeytanlar durar.Məhəbbət o qədər saf təmiz əsil olmalıdır ki,bu çətinliklərə sinə gəlsin.

ayxansevda
qovuşarlarsa da evləndikdən sonra dolanmazlar :) inanın belə də olur
Ferbara
Evləndikdən sonra məhəbbətin yerini hörmət, dostluq alır. Amma bu hər ailədə olmur.