Mən itirdim,sən qazandın.....

  • Sevgi
Kaşki görsəm səni.Bitirə bilsəydim içimdəki həsrətini bu qədər çətin olmazdı hər şey.Necə olsa mən artıq öyrəşmişəm səni görməməyə.Məncə belə bacara bilərəm səni unutmağı...

"Əgər hiss etsən ki,həyatından çıxmışam,mənə sənə geri dönməməyim üçün şans dilə..."

Nələr yazmaq istəyirəm sənə bir bilsən.

Tək bacardığım yazmaq olduğu üçün yenə də yazıram.

Sənə bundan öncə də yazmışdım,bu dəfə də yazıram.Amma bu dəfə sonuncu yazımdı sənə.Bu yazdıqlarımla səni bitirirəm.Beynimdə,içimdə sənə son verirəm.Nə qədər davam edəcək bilmirəm amma səndən,sevgindən əl çəkmək istəyirəm.
Mən səni özümdən və səndən xəbərsiz sevdim.Sən mənim üçün bir dənə idin.Sən tayı bərabəri olmayan biri idin.Mükəmməl idin gözümdə.Halbuki,mükəmməl biri yoxdur.
Nə qədər gərçək,nə qədər yalansan...Və mən hər səfərində ən başdan başladım...Yenidən bir sondayam amma bu dəfə yenidən başlamağa gücüm yoxdu....
Artıq sənin də hamı kimi biri olmağını ya da heç kim olmağını istəyirəm.

Səsini eşidə bilmək üçün telefona sarılmaqdan əl çəkmək istəyirəm...

Adını eşitdiyimdə içim titrəyib,gözlərimin dolmasını istəmirəm artıq.Sənin mənim üçün adi bir insan olmağın bilirsən necə çətindir.Onsuzda mənim həyatımda asan olan nə var ki!?Səni içimdə öldürməyimlə sevməyim arasında bir fərq yoxdu.Çünki mən həmişə səninlə cəzalıyam.


Heç sonu olmayan bir yolda səninlə gəzmək...

Yeni çıxan bir filmi birlikdə izləmək...

Saatlarca sənə sarılmaq...

Sadəcə bir dəfə olsun sənə sarılıb yatmaq...

Bir sabah gözlərimi açdığımda səni yanımda görmək...

Sən sevgimlə utanmağımı yaşatdığın üçün gərçəkdən sən "bir dənəydin"
Bax buna görə imkansızlığına həmişə inandım!

Mən tək qalıb səni düşünərkən,sən mənim hər şeyim olduğunda mən sənin üçün heç yox idim...Bu üzdən yalnızlıqlarım,ağlamalarım,həsrətlərim canını heç yandırmadı!Mənim tərəfimdəm sevilmək bəlkədə həyatında önəm verəcəyin ən son şey idi....

Kaşki öz dünyamda bir zamanlar səni sevdiyimdən heç danışmasaydım.Sən məni heç sevmədin!

Və mən indi sənin həyatından gedirəm!
"Nə zaman yağış yağsa yolda səni gözləyəcəm.Nə zaman bir parfümeriya axtarsam sənin ətrini axtaracam.Nə zaman bir hovuz görsəm kənarında oturb səni gözləyəcəm demişdim"...Amma bacarmadım.

Mən itirdim...

Sən qazandın!

Gəlmədin! Gəlsən bəlkə də başqa olardı ...Amma artıq mən də gedirəm...

Əgər həyatından çıxdığımı hiss edərsən,mənə sənə geri dönməm üçün şans dilə...Və çox xahiş edirəm yağış yağdığında yolda dayanma..İslanma.Çünki mən çox islandım və necə acı olduğunu bilirəm...ƏLVİDA!

Bəzən itirdiklərimizin acısı o qədər ağır olur ki.Bacara bilməyəndə çox yanıram.Əslində nə çox itirdiyim var imiş.Dünəndə itirdim ondan qabaq da, hələ qarşıda itirəcəklərim məncə daha çoxdur.

Mənbə:Tac.az

loading...

12 şərh

Rene
Gözəl yazılıb. Paylaşım üçün təşəkkürlər…
məryam
Maraqlıdı. Teşekkürler.
Unknown
Teeccublendim desem yalan olar)) qarshiliqsiz sevgi bax belece romantik olur hemishe )
kocharli

Nasil uzakdaki yildiz parlak gelirse insana,uzakta oldugun icin asigim sana


hani en guzel asklar imkansiz gelirya insana,imkansiz oldugun icin asigim sana.


Cox gozel idi.Mene bu seir parcasini xatirlatdi.Tesekkur.

puma
Əlçatmaz həmişə şirin olur.Hələ bu sevgidirsə…
məryam
Sevgiyə şirin deməyin elədə düz olduğunu sanmıram.  O daha çox acıdı.
puma
Nə bilirsən? Elə onun şirinliyi verdiyi  «acılıq»larındadir da…
məryam
Sevdiyin adam şirin ola bilər. Sevgi yalnız xoş və acı hislər yaradır. Acılıqda şirinlik olsaydı, mən acı bibəri yeyərdim.
puma
Ay Məryəm, ay Məryəm deyirsən də...Nə isə, sağ ol,gecən xeyrə.
məryam
Nəyi doğru bilirəm, onu deyirəm. Sağol. Gecən xeyrə.
Kinosunas

Qaqam,super yazıdır.Lakin men itirmədim.


Məryam, 13 yaşım olanda «sevgi» haqqında iki cümlə soruşan olsa deməyə söz tapmazdım.Söz ehtiyatınızın zənginliyinə heyranam.


Puma sizlə razıyam.Əlçatmaz olan hər şey şirindi,hələ bu sevgisə

cahandar
Oxuduğunuz və qiymətləndirdiyiniz üçün mən təşəkkür edirəm.