Milyon ədəd qızılgül

  • Sevgi
Niko və anası kasıb bir daxmada yaşayırlarmış. Hər səhər Niko fırça, boya və kətan götürüb təbiətin qoynuna gedər, gözəl rəsmlər çəkərmiş. Onun getdiyi cığır knyazın evinin yanından keçərmiş. Knyazın ay parçası kimi bir qızı varmış. Eyvandakı qızılgüllərə qulluq edərmiş. Hər səhər onların baxışları toqquşardı. Aralarında dilsiz-ağızsız məhəbbət yaranmışdı… Bir gün Nikonun qoca anası şikayətləndi:
— Ay oğul, ürəyimə damıb ki, ölümüm yaxınlaşır. Bir halal süd əmmiş al, toyunuzda iştirak edim, sonra rahatca köç edə bilərəm…

Niko bunu gözləyirmiş kimi anasına ürəyinə açdı:
— Ana, gözaltım var. Günü bu gün elçiliyə gedə bilərsən. Anası sevindi. Ancaq qızın kim olduğunu biləndə gözlərinə kədər qondu.
— Oğul nə danışırsan. Knyaz biz kasıblara qız verməz.

Bununla belə, Niko anasını dilə tutdu ki, gedib knyazgilin qapısındakı elçi daşının üstündə otursun. Qadın çar- naçar getdi. Knyazın qulluqçuları cındırından cin hürkən qarını elçi daşının üstündə görəndə onun səhvə yol verdiyini zənn etdilər. Dedilər ki, sədəqə diləmək daşı deyil, sağdakıdır. Qarısa daşı düz seçdiyini, knyazın qızını oğlu Niko üçün istədiyini bildirdi. Bu xəbər knyaza çatanda, o, bərk əsəbiləşdi. Qadını ölüncə döyməyi əmr etdi. Döyülən qarı üç gündən sonra canını tapşırdı. Hadisədən bərk sarsılan Niko bir müddət evdən çıxmadı. Knyaz qızı onun yolunu gözləyə-gözləyə qaldı, bənizi saraldı, xəstə düşdü. Bir müddət də keçdi, Niko evini, bütün əşyalarını, çəkdiyi rəsmləri satıb puluna düz bir milyon ədəd qızılgül aldı. Gecə ikən barını aşıb həmin qızılgülləri knyazın həyətinə, knyaz qızının eyvanının qarşısına düzdü. Knyaz qızı tezdən eyvana çıxanda gözlərinə inanmadı. Bütün həyət qızılgülə bürünmüşdü.
Niko isə o gündən qeyb oldu. Öldüsü- qaldısı bilinmədi.

 
Mənbə: Varis- Sonuncu ölən ümidlərdir

14 şərh

2ral
Niko Pirosmani adlı gürcü rəssamı haqqında əvvəl çox məlumat verilmişdi:
Bu eşq əhvalatı, Andrey Voznesenskinin bir şeir və Alla Pugaçevanın söylədiyi bir mahnıyla məşhur bir əhvalata çevrilmişdir
Niko Pirosmani-1
Niko Pirosmani-2

Xrizoberil
«Sonuncu ölən ümidlərdir» — Əsər çox maraqlıdır…
SHATENKA407
Varis Yolciyevin butun eserleri maraqlidir zennimce
gulya1
tamimamile raziyam cox gozel romandir....Varisin butun eserlerini seve-seve oxuyuram 
bahar
çox sevirəm bu mahnını
BaKiNeC
Gözəl hekayə idi.Təşəkkürlər.
Shabnam_Ilham
Təşəkkürlər hamınızıa. Bəyəndiyinizə sevindim. Klip üçün də sağ olun :)
pascal
Mahnımı bu hekayədən yaranıb, bu hekayəmi mahnıdan yaranıb...bilmirəm. Amma, hər ikisi gözəldir. Ən çox sevdiyim mahnılardan biridir. Təşəkkür. +
seyidova
Olan yazıq qarıya olub.:((
reality_man
Niko elə ona görə qeyb olub da!
Həm də əslində 2 milyon gül almışdı, digər milyonu anasının qəbrinin üstünə düzübmüş, nəyə görəsə heç kim bu hissəsini demir. ))))
seyidova
Bu eslinde çox mentiqsiz hekayedi mene göre.Çünki oğlan bele olacaqnı bilmeliydi.yazıçınında bele hekaye yazmağı mentiqsiz gelir mene.Ne qeder deyilsede ki,sevgi olanda var-dövlet,ad-san boşdu amma boş olan bu fikirdi.
babayeva_sabina
videonu niyə açmır
JAVIER_ZANETTI
Salam Babayeva_Sabinə million gülünüz varsa saytin hesabina köçürün video açilsin sayənizdə məndə baxmiş olaram ))) (zarafat)hə yeri gəlmişkən şərhiniz hekayədəndə kədərli idi)))