Frida Kahlo-İmtina etdim

  • Sevgi

Pis günümdə yanımda olmadığın zaman imtina etdim.
Kədərini  mənimlə paylaşmadığını,  düşüncələrini pis olsam da açıq söyləmədiyini  anladığım zaman imtina etdim.
Mənə yalan söylədiyini hiss etdiyim zaman  imtina etdim.
Gözlərimə baxdığında qəlbinlə  baxmadığını və mənə hələ söyləmədiyin şeylər olduğunu hiss edərkən imtina  etdim.
Hər  səhər mənimlə oyanmaq istəmədiyini anladığımda,
Ağrılarımı dindirəcək isti sevgini mənə vermədiyində imtina etdim.
Ancaq öz xoşbəxtliyini və gələcəyini düşünərək məni heçə saydığın üçün imtina etdim.
Tablolarımda artıq özümü xoşbəxt çizmədiyim və tək səbəb sən olduğun üçün imtina etdim.
Özünü sevdiyin üçün imtina etdim.
Bunlardan yalnız bir dənəsi imtina etməyim üçün yetərli deyildi,çünki sevgim böyük idi.Amma hamısını düşünərkən sənin məndən çoxdan imtina etdiyini anladım.
Buna görə mən də səndən imtina etdim...

*Frida Kahlo

Tərcümə etdi:Musalı Azər 

P.S.Qeyd edim ki,dünyaca məhşur rəssam olan Frida Kahlonun 2002-ci ildə həyatından bəhs edən "Frida" adlı film də çəkilmişdir və iki Oskar mükafatına layiq görülmüşdür.

4 şərh

Aysel218
bu yazi ucun tesekkurler… o filme baxmisam… heyati cox maraqlidi menimcun bu ressamin
Gülnar
Həmin filmdə ən sevdiyim mahnı: la llorona
DiplomatkA
Sizinle eyni fikirdeyem xanim Frida Kahlo ) Men de imtina etdim (
məryam
Teşekkürler. Maraqlıdır.