Sevgi

  • Sevgi
Döndü gözlərimdə, yaşa bu sevgi.
Getmədi sonacan, başa bu sevgi.
Mən öldüm desə də, yaşa bu sevgi.
Yollar, aramiza hasar çəkdilər.

 

Çəkmədiyim ağrı, acı qalmadı.

Unutdu, yar məni yada salmadı.

Görəsən, niyə biz deyən olmadı?
Kimlər aramıza, tikan əkdilər?

 

 

Yorulub silməmiş, alnımin tərin,

Payın gətirdilər, ovsunun, şərin.

Rəhimli düzməmiş naxişin, zərin,

Yığışıb bu eşqə kəfən tikdilər

 

 

Müəllif:Aygün Rəhimli

2 şərh

Kinosunas
İlk bəndi daha yaxşıdır. ALLAH kimsəyə çəkdirməsin bu acını, nə olduğunu bilməyək.  Təşəkkürlər
məryam
Onun dadını dadmasan, heyatı qavraya bilmezsen. Onnansa, bu hissi en gözel şekilde dadsın demek lazımdı.