Sevgi rəvayəti

  • Sevgi

Rahib qəbiristanlıqdakı işini bitirmək üzrə idi. O anda əlli illik arvadını itirən 78 yaşındakı kişi: " Onu nə qədər çox sevdim ." deyərək qışqıra qışqıra ağlamaya başladı. Yaşlı adamın yaşlı səsi mərasimin səssizliyini pozmuşdu. Məzar başındakı digər ailə fərdləri və dostlar çox təəccüblənmişdilər, kişinin bu hərəkətinə görə utanırdılar. Uşaqları atalarını sakitləşdirməyə çalışırdılar : "Yaxşı , ata. Səni anlayırıq." Yaşlı adam qazılan məzara yavaş yavaş enən tabuta baxırdı ...Rahib mərasimə davam etdi. Mərasimin sonunda, ailə fərdlərini ölüm mərasiminin bağlanışı olaraq tabutun üstünə torpaq atmağa çağırdı. Yaşlı adam xaricində hamısı sırayla torpaq atdılar. Yaşlı adam hələ də: "Onu nə qədər çox sevdim" deyə danışırdı. Qızı və iki oğlu yaşlı kişi susdurmaq istədilər, amma o davam etdi, "Onu sevmişdim !"

İzdiham qəbiristanlığı tərk etməyə hazırlaşarkən, yaşlı adam getməmək üçün müqavimət göstərirdi. Gözlərini məzara dikib baxırdı. Rahib yaxınlaşdı: "Özünüzü necə hiss etdiyinizi bilirəm, amma artiq getmək vaxtıdı. Buradan ayrılmalı və özümüzü həyatın axışına buraxmalıyıq ." dedi . Yaşlı adam çarəsizlik içində bir dəfə daha "Onu nə qədər çox sevdim ."dedi "Məni anlamırsınız ," dedi rahibə "amma mən bunu ona yalnız bir dəfə söyləyə bildim ."

Zəng çalmadığı müddətcə zəng deyil .
Mahnı oxunulmadığı müddətcə mahnı deyil .
Sevgi könülümüzdə məhbus olsun deyə yaradılmamışdır .
Sevgi insanlara verdiyimiz müddətcə sevgidir ...

9 şərh

Aysel218
tesekkurler Diplomatka:) bele hekayelerden cox yerlesdir...maraqli idi
DiplomatkA
Hec olar ki siz istəyəsiniz mən yerləşdirməyim?!:)İmkan olduqca sevindirəcəm sizi:))
MaksiMuS
Ibretvericidi.Cox teessuf ki Qurur ve diqqetsizlik sonraki pewmanciligin sebebkari olur.Emeye hormet twk.
asel
zamanında bir-birimizin qədrini bilək
Ramil
Tərifəlayiq bir sevgidir, amma daldan atılan daş topuğa dəyər.
tarixci1919
Təşəkkürlər. Maraqlıdır. Bu sözdən çox xoşum gəlir:«Qürur hissini qırmırsan, amma bilmirsən ki, bir gün sevgini qürur qıracaq». Bəzən isə qarşımızdakının həmin sevgiyə layiq olmaması da sevgini könlümüzdə məhbus etməyə vadar edir. Axı tək sevmək kifayət etmir. Kaş ki, bu qədər sadə olsaydı…