Nüsrət Kəsəmənli - Dostum

  • Sevgi
Gəl, məni dost kimi dindir, danışdır.
Dost bilsin qıraqdan camaat bizi.
Mən deyim: dostumdur, sən de: tanışdır,
Hamıdan gizlədək sevdiyimizi.

Danışaq, gülüşək, gəzək yan-yana
Onda adımıza söz də deyilməz.
Gizli görüşümüz çıxsa meydana,
Deyək ki, dost dostla görüşə bilməz?

Yalandan bir oğlan şəkili gətir, 
Heç kim bilməsin ki, sevgiliyik biz.
İstəsən arada qoluma da gir,
Burda pis nə var ki, dost deyilik biz?

Zəng elə danışaq dərsdən-filandan,
Anana denən ki, bir yoldaşımdı.
Qoy hamı «dost» bilsin bizi hər zaman,
Denən ki, heç mənim sevən yaşımdı…

Bu yolla gizlədək gəl sevgimizi,
Camaat «dost» bilsin, anansa yoldaş…
«Dost»luğa bükərək həsrətimizi,
Bir azcıq sevinək gəl yavaş-yavaş.

«Dost»luqla böyüsün məhəbbətimiz,
Qoy daha olmasın həsrət, göz yaşı…
Gəl, əvvəl həyatda yoldaş olaq biz,
Sonrasa olarıq həyat yoldaşı…

15 şərh

DiplomatkA
Mənim sevimli şairim, super, təşəkkür Maksimus :)
lili95
Ömürdən bir günü oğurlamışıq,
Qaçıb bölüşürük bu xəlvət yerdə.
Payızda ayrılan köçəri quşuq
Kim bilir,
Bəlkə də görüşdük bir də…


Boşalır ürəyin dolur gözlərin,
Gecikmiş zamanı lənətləyirsən.
Dolaşıb dilində qalır sözlərin
Özün də bilmirsən nə istəyirsən.

Örtür gözlərini yuxu xumarı,
Yuxun saçın kimı qarışıq düşər.
Fikirli keçərsən bu gün yolları,
Ünvanın adımla dolaşıq düşər…

Dəlitək daş atdıq bu sakit gölə,
O daşı geriyə qaytarmaq olmur.
Bizim yalanımız yeriyir hələ
Elə yeriyir ki, izi də qalmır.

Aça da bilmirik sirri heç kimə,
Elə gizli gizli alışırıq biz.
Bəlkə də bir doğru sevgi eşqinə
Min yalan uydurub danışırıq biz…

 


NÜSRET KƏSƏMƏNLİ
Rene
Maximus, Lili təşəkkür ikinizə də…
doYwanka

ehhh...=(((
tewekkurler(

rezerv
Ikinci bendi cox sevdim. Amma men sevdiyimle dost,dostumla da sevgili ola bilmerem.
         Men ki,sen deyilem.
Unutmadi gozlerini gozlerim,
Menim gozum,senin gozun deyil ki.
O yerleri naxislayir zlerim,
Menim izim,senin izin deyl ki.

Yalanlara oyretmedim dilimi,
Menim dilim,senin dilin deyil ki.
Her yetene uzatmadim elimi,
Menim elim senin elin deyil ki.

Ucub getdin,sazaq dusdu konlume.
Menim qelbim,senin qelbin deyil ki.
Sen guluscun yaranibsan,inleme
Menim qelbim,senin qelbin deyil ki.

Sen agartdin,men qaraltdim sacimi,
Menim sacim,senin sacin deyil ki.
Esidenler bagislayir sucumu,
Menim sucum,senin sucun deyil ki.

Yere dusdu, odlu sozum kozerdi,
Menim sozum,senin sozun deyil ki.
Qarsilasdiq,dil susdu,uz qizardi,
Menim uzum,senin uzun deyil ki.

Sen yolunu deyisdirdin bir seher,
Menim yolum,senin yolun eyil ki.
Bu hicrana dozeceyem birteher,
Dozeceyem,hicran olum deyil ki!..

Nusret Kesemenli…
soni_memmedzade
Yüyürüb, yüyürüb dərə boyunca 
Düşüm çəmən üstə qoy üzüqoylu
Öpüm bu torpağı,
öpüm doyunca;
Üzümə üz qoysun bu soyuq daşı,
Qoy şehə qarışsın gözümün yaşı...
Qurumuş bulaqlar içir könlümdən,
Dəli bir ağlamaq keçir könlümdən.

Könlünə dəydiyim,
incitdiyim qız,
Vüqar kölgəsində yatdığım bəsdir,
Odlu yanağından su içdiyim qız,
Bu qədər günaha batdığım bəsdir.
Daha dodaqların titrəməsin qoy,
Mən sənin qarşında titrəyim, əsim,
Səndən dünyaları istəmirəm, yox,
Məni bağışlasan, bəsimdir, bəsim.
Yan desən,
Alışıb yana bilərəm.
Don desən,
Yerimdə dona bilərəm!
İndi bilmişəm ki, ömür-gün gedir,
Ən gözəl hisslərim keçir könlümdən,
Qayıt!
Sən ömrümə təzəlik gətir;
Dəli bir ağlamaq keçir könlümdən.

Çoxdan qəbristana düşməyir yolum,
O tənha məzarı ot basıb bəlkə.
Mənim soyuqluğum laqeydliyim
Onun sinəsinə od basıb bəlkə.
Bir daş var gözümün yaşına həsrət,
Dayanıb o giley heykəli kimi.
Əlim torpağına, daşına həsrət,
Yıxılıb üstünə mən dəli kimi
ağlayam gərək.
O tənha məzarı torpaqdan üzüb
Ovcumun içində saxlayam gərək.
Şöhrətin üstünə yürüdükcə mən
İstəklər, arzular köçür könlümdən.
Sevgi dumanına büründükcə mən
Dəli bir ağlamaq keçir könlümdən.

Küləklər oynayır kənd evimizdə,
Tale baş götürüb aparır məni.
Hörümçək tor qurub pəncərəmizdə,
Həsrətim çırpınır o torda mənim.
Yarasa boylanır uçuq tavandan,
Bükülmüş dirəklər çat-çat olubdur.
Qorxudan divarın bağrı yarılıb
Qapılar çoxalıb dördqat olubdur.
Gedim divarına yalvarım onun,
Gedim qapıların qatı açılsın.
Gedim mən sonuncu dirəyi olum
Tavanlar çiynimə barı uçulsun...
Daşı daş üstünə qoyum təzədən.
Dəlisov küləklər əsir könlümdə!
Elə kövrəlmişəm,
Bilmirəm nədən
Dəli bir ağlamaq keçir könlümdəm.
soni_memmedzade
NÜSRƏT KƏSƏMƏNLİ dünyasının aşiqiyəm
rezerv

Sekil ise cox gozeldir.

soni_memmedzade

2 sevdiyim sənətkar...ELDAR MANSUROV,NÜSRƏT KƏSƏMƏNLİ..

youtu.be/HUgLjSx2MQI

rezerv
Sozlər niyə belə qəlbə dəyirlər?
Ürəksiz sevgidən doymusam daha.
Fillər olümünü duyur deyirlər, 
Mən də ayriligi duymusam daha.
                                       Nüsrət Kəsəmənli
rezerv

Təsəkkürlər)