Sən və Mən

  • Sevgi

Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin.
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.


Bir sən ol, bir də mən, bir də dərdimiz.
Ağlayaq doyunca, gülək doyunca.
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca.


Döysün, qoy açmayaq, yorulsun külək.
Qəmli hicran qalsın qapıda dustaq
Bir an vüsalınla çırpınsın ürək
Sonra...sonra yenə biz ayrılmayaq.

(Rəsul Rza)

4 şərh

Deniz-Xeyale
Bir sen ol bir de men birde derdimiz
Medikamentoz
Sən yanımda olunca xoşbəxt oluram yazılsa idi...Ancaq Rəsul Rza şeirlərini bir o qədər də güclü nümunələr hesab etmirəm.
Nermin Nebibeyli
bu cure gozal wairlerimizi xatirlatdiginiz ucun tewekkur edirem… beli rasul rza esl hissleri saf duygulari sehifelere yazib bizalara oturmuwdur…