Sənki yoxsan yanımda

  • Sevgi

Yaman acı sızlayır, könlümdəki yaralar.
Bu yaralı könüldə canım, səni haraylar.
Sinəmdəki dərdləri, yalnız sevgin anlayar.
Ağlamayım neyləyim, sənki yoxsan yanımda,
Qəmli gözüm axtarır, səni dərdli anımda.

Gəl üz-üzə duraq biz, bax gözümdə kədərə.
Bircə kəlmə sözünlə, dönər coşan sellərə,
Nə olar gəl əllər çək, qəribsəyən tellərə,
Ağlamayım neyləyim, sənki, yoxsan yanımda,
Qəmli gözüm axtarır, səni dərdli anımda,

Son dəfə görüşəndə, kədərlə ayrılmadıq,
Məncə sevgi yolunda, biz heçdə yanılmadıq,
Ayrılıqda üşüdük, nədəndir anlamadıq,
Ağlamayım neyləyim sənki, yoxsan yanımda,
Qəmli gözüm axtarır, səni dərdli anımda. 

“Səbuhi” nin qəlbini, kimsə yox sən bilirsən.
Bilirsən yaralıyam, elə sual verirsən,
Gözlərin kədərlidir, niyə tez-tez deyirsən?
Gözlər necə gülsün bəs, sənki yoxsan yanımda,
Qəmli gözüm axtarır, səni dərdli anımda.

 

10 şərh

natiq_nikou
Çox gözəl şerdir.TƏŞƏKÜRLƏR...Həyat rahat və anlayışlı insanlarla, və həyat layiq olduğu kimi yaşandığında gözəldi..Və unutma eyni dili danışanlar deyil, eyni duyğunu paylaşanlar bir-birilərini anlayır…
Blue

Tamamən doğrudur

 

soni_memmedzade
bəzən insanları bu həyatda əsl dost çevirən də məhz ortaq duyğulara sahib olmalarıdır.nə gözəl o insana ki,onu başa düşən dərd ortağı olur.Maks,şerə görə təşəkkürlər.əladır.
MaksiMuS
Bəyəndiyinizə sevindim.Bir çoxlarının sarı siminə toxunmuşam demək ki :)
kentavr
Sebuhi,Allah sene derd vermesin,sene aiddirse bu qadin qoy hemise yaninda olsun.Ela serdir,cox sag ol!
MaksiMuS
MƏmnun oldum.Şeirin müəllifi mən deyiləm.ama özümküləşdirmişəm :)
Rene

Mən də axrıncı bənddə Səbuhi adını oxuyub deyəcəkdim ki, sağ ol Maximus, beş barmaqda beş mərifətin varmış :) Həvəskar şairdi, hiss olunur. Məsələn 2-ci bənddə «Nə olar gəl əllər çək,» bir az yersiz çıxıb məncə :) «Gəl əlin çək» daha yaxşı olardı. Amma pis şeir deyil.

Deniz-Xeyale
Ela minnetdaram superdi
Medikamentoz
Yazı səliqəsiz yerləşdirilib.