Рейтинг
+138.94

Sevgi

97 üzv, 244 topik

Ayrılıq məktubu

  • Sevgi
Sən getdin. Özündən sonra bir dəhşətli qaranlıq, bir zindan yalnızlığı, ağır bir boşluğu geridə qoydun. Getdin və dönməyəcəksən bir daha. Haqlısan gedişində, bu eşqi bitirməkdə haqlısan. Bir söz belə söyləmədim. Üzünə baxa bilmədim. Qarşında ağlamadım. Əridim, tükəndim, məhv oldum. Sonsuzluqda bir insan necə olar.səsi, nəfəsi necə duyular? Əlvida eşqim. Əlvida sevgilim. Sən özünü heç belə lazımsız, belə dəyərsiz, belə tənha hiss etdinmi? Ayrılıq ölüm qədər acı və soyuqdur. Aynalara baxıram. Aynada gördüyüm mən deyiləm. Gözlərim cəhənnəm atəşi kimidir.dodaqlarım möhürlənib. Əllərim titrəyir. Ürəyim qızğın dəmirlərlə dağlandı. Yoxluğunun qarşılığı çox ağırdır, sevgilim.
Ardı →

Can Yücelin dilində sevgi anlamı...

  • Sevgi

Sənin üçün “qadağa” dedilər.
-qadağalar onu pozmaq üçündür,dedim.


Sənin üçün “imkansız” dedilər.
-önəmli olan imkansızı bacarmaq,dedim.


Sənin üçün “olmaz” dedilər.
-dünyada olmayacaq şey yox,dedim.


Ardı →

Arxaya baxmazdın!..

  • Sevgi

Yaraşıqlı görünüşlü bir oğlan yolda gedirdi.Arxasından gözəl bir qız yaxınlaşdı və:


-Sizi çox sevirəm,nə olar mənə qarşılıq verin.dedi


Gənc oğlan:Məndən sənə yar olmaz.Bax arxamdan qardaşım gəlir,o daha yaraşıqlıdı,həm də səni xoşbəxt edər.dedi.


Ardı →

Sevgi şəhərləri

  • Sevgi
Venesiya elə bir yerdir ki, gənc ər dözə bilməyib, hətta ətrafdakılara gülünc görsənməkdən qorxmayaraq mütləq öz sevgilisi qarşısında serenada oxuyacaq. Fevralın 6-dan 16-na kimi Venesiyada artıq doqquz əsrdir ki, hər il karnaval keçirilir. Orta əsrlərdə karnavala sevgi macəraları üçün tələsirdilər, sevgililər üçün isə belə karnavallar heç bir şahid olmadan görüşmək üçün əsl bəhanə idi. Doj Sarayındakı Tribunal və Yeni dustaqxanaları birləşdirmək üçün 16-cı əsrdə tikilmiş Ah-nalə Körpüsü də çox məşhurdur. Hal-hazırda burada sevgililər gəzməyi çox xoşlayırlar. Amma nə vaxtsa dustaqlar sahili yuyan dəniz səthinə sonuncu nəzərlərini tuşlayıb köks ötürərdilər.
Ardı →

Dahiliyin seksual cazibəsi

  • Sevgi

Ağıllı kişilərdən kimsə deyib ki, «Dahi uzun saç gəzdirib, əlinə keçəni yeyən və özünü camaata güldürən insana deyilir». Amma qadınların əksəriyyəti belə düşünmür və çox vaxt pinti görkəminə baxmayaraq, yanılmadan adi kişini dahidən ayıra bilir.
Mifologiyada, əfsanələrdə, nağıllarda anaların öz qızını qəhrəmanın yanına gətirməyi barədə çox oxuya bilərik. Bircəcik görüşün məqsədi ondan uşaq doğmaqdır. Qəribə səslənir, elə bil ətrafda kişilərin hamısı ölüb?! Markezin «100 il tənhalıqda» əsərinin qəhrəmanı Aureliano Buendia şöhrətin zirvəsini yaşayanda yanına gətirilən qızların sayını itirmişdi. Nəticədə vaxtaşırı ona bənzəyən bir oğlan uşağı doğulurdu və 8 uşaq atası kimi Aureliano adlandırılırdı.
Əlbəttə, səhnəmizdə əcnəbi ulduzların çıxışı zamanı saçını yolan qızların cəhdlərini anlamaq çox çətindir. Amma buna kütləvi psixoz da demək olmaz. Hər şeyin çox sadə izahı var.


Ardı →

Sevgi nədir?!

  • Sevgi
Müəlliməyə Sevgi nədir? dedim
-Hələ o dərsi keçməmişik dedi.
-Sürücüyə Sevgi nədir? dedim
-Hələ o yoldan keçməmişəm dedi.
-Uşağa Sevgi nədir? dedim
-Hələ o oyunu oynamamışam dedi.
-Polisə Sevgi nədir? dedim
-Hələ elə şikayət gəlməyib dedi.
-Dəliyə Sevgi nədir? dedim
-Səncə mən niyə dəliyəm?! dedi…
Davamı →

Məhəbbət düsturu

  • Sevgi

Oxşardır sevginin tarixçələri.
Yatmışdıq yuxudan ayıldıq,əlbət!
Belədir bir eşqin nəticələri
Üstəgəl ayrılıq,çıxaq məhəbbət.


Ardı →

Birisi olacaq...

  • Sevgi

Basqa birisi olacag. Onunla danışanda tez-tez sənin adını çəkəcəm, sonra onu nə qədər incitdiyimin fərqinə varıb üzr istəyəcəm, o isə “anlayıram” deyəcək… Səni misal gətirəcəm hər hadisədə, “o elə edərdi”, “o bunu deyərdi” kimi ifadələrlə… səni unutmadığımı hiss etsə də sözlərimdə, içində boğacaq hisslərini və gülümsəyərək yola verəcək…


Ardı →

Bir dua,bir sevgi

  • Sevgi

Mozes Mendelson çox yaraşıqlı bir adam deyildi.Üstəlik,həm qozbel,həm də qısaboy idi.Bir gün Mendelson Hamburqda yaşayan bir ticarətçiyə qonaq getdi.Bu ticarətçinin,Fromet adlı çox gözəl bir qızı var idi.Mozes bu gözəl qıza elə ilk baxışdan vuruldu.


Ardı →