Рейтинг
+138.94

Sevgi

97 üzv, 210 topik

Nüsrət Kəsəmənli - Dostum

  • Sevgi
Gəl, məni dost kimi dindir, danışdır.
Dost bilsin qıraqdan camaat bizi.
Mən deyim: dostumdur, sən de: tanışdır,
Hamıdan gizlədək sevdiyimizi.

Danışaq, gülüşək, gəzək yan-yana
Onda adımıza söz də deyilməz.
Gizli görüşümüz çıxsa meydana,
Deyək ki, dost dostla görüşə bilməz?
Ardı →

Sevgi testi-Siz də edin.

  • Sevgi
Əvvəlcə kağız, qələm hazırlayın və 1-dən 10-a kimi rəqəmləri alt-alta sıralayın.

1. 1 rəqəminin qarşısına ürəyinizdən keçən bir rəqəm yazın
2. 2 və 6-nnı yanında əks cinsdən olan iki adamın adını yazın
3. 3,4,5 rəqəmlərinin qarşısına sizə yaxın olan adamların (dost, ailə üzvü və s.) adlarını yazın
4. 7,8,9 və 10-nun yanında isə sevdiyiniz 3 mahnının adlarını qeyd edin.
Davamı →

Sevgi rəvayəti

  • Sevgi

Rahib qəbiristanlıqdakı işini bitirmək üzrə idi. O anda əlli illik arvadını itirən 78 yaşındakı kişi: " Onu nə qədər çox sevdim ." deyərək qışqıra qışqıra ağlamaya başladı. Yaşlı adamın yaşlı səsi mərasimin səssizliyini pozmuşdu. Məzar başındakı digər ailə fərdləri və dostlar çox təəccüblənmişdilər, kişinin bu hərəkətinə görə utanırdılar. Uşaqları atalarını sakitləşdirməyə çalışırdılar: «Yaxşı, ata. Səni anlayırıq.» Yaşlı adam qazılan məzara yavaş yavaş enən tabuta baxırdı…


Ardı →

Sevgi etirafı

  • Sevgi
Çoxdan idi Tənhalıq adlı qalasına çəkilmişdi, tikilini sanki ruhunun qəsrinə döndərmişdi, hətta ətrafında da şöhrət, yaradıcılıq, İnternet kimi maneələr yaratmışdı ki, heç kim, bir insan da ora daxil olub könlünü əsir edə bilməsin...

Qoca müdrik ömrünün çox hissəsini ömrünü də, ruhunu da, duyğularını da, zaman və sevgisini-sevincini də məhz o Tənhalıq qəsrində əsir kimi saxlayırdı, həyatdan əsir götürmüşdü sanki varlığını və gizləmişdi Yalqızlığında...

Təkcə Azadlığı və intellekti yaxına buraxmışdı: onlarla danışır, duyğularını bu iki nəsnəyə tabe edir, birini dost, digərini isə sevgilisi kimi bəsləyir, ruhunu onların xidmətçisinə çevirmişdi…
Ardı →

Sürpriz məktub

  • Sevgi
Həyəcanlıydı… Yata bilmirdi… Bütün gecəni yerində uzanıb gözlərini tavana zilləmişdi. Verdiyi qərarı düşünürdü. Anası onun Fəridə qoşulub qaçdığını biləndə nə edəcəkdi?.. Yəqin ki, ağlayacaqdı. Başqa əlindən nə gəlirdi ki… Qardaşı əsəbləşəcək, evdə hər şeyi bir-birinə qatacaq, siqareti siqaretə calayıb anasının üstünə cumacaq, «Sən qudurtdun qızını, sənə neçə dəfə dedim ki, ona nəzarət elə… Mən səhər gedib axşam gəlirəm, xəbərim olmur, bəs sən hara baxırdın? Papağımızı soxdu yerə! Öl ay Tərlan öl, bacın qoşulub qaçdı...» deyəcək. Anası da heç nə demədən elə hey susaraq ağlayacaq… Arada da «Allah məni öldürsün, bu nə gün idi mən düşdüm, ay Allah, mənim günahım nə idi ki, bu qız belə tərbiyəsiz oldu» — deyib ağlayacaq…
Ardı →

Sevgi

  • Sevgi
Döndü gözlərimdə, yaşa bu sevgi.
Getmədi sonacan, başa bu sevgi.
Mən öldüm desə də, yaşa bu sevgi.
Yollar, aramiza hasar çəkdilər.
Ardı →

Frida Kahlo-İmtina etdim

  • Sevgi

Pis günümdə yanımda olmadığın zaman imtina etdim.
Kədərini  mənimlə paylaşmadığını,  düşüncələrini pis olsam da açıq söyləmədiyini  anladığım zaman imtina etdim.
Mənə yalan söylədiyini hiss etdiyim zaman  imtina etdim.


Ardı →

Oğlan və Qızın düşüncələri

  • Sevgi
Mən bir oğlanam ;

Əvvəl səninlə mələk kimi davranaram. Qızlara əhəmiyyət verdiyimi deyərəm. Sonra yaxın dost olarıq, görüşərik. Sən mənə aşiq olarsan mənsiz yaşaya bilməzsən, mən səni «sən fərqlisən» deyə aldadaram. Sən hər kəsə məni izah edərsən «aşiq oldum» deyə. Məndə hər kəsə səni izah edərəm «istifadə edirəm» deyə. Artıq mənə a......şiq olarsan. Məndən ayrılınca mırta gözəl söz söyləyərəm. Bağışlayarsan. Mənə dəhşət öyrəşərsən, bağlanarsan. Bir gün səninlə dəhşət mübahisə edərəm, heç gözləmədiyin bir mübahisə. Sonra əlaqəni qırıb bu dəfə özüm ayrılaram səndən. Səhər axşam darıxarsan mənimçün, peşman olarsan və mənə yalvararsan.
Ardı →

Milyon ədəd qızılgül

  • Sevgi
Niko və anası kasıb bir daxmada yaşayırlarmış. Hər səhər Niko fırça, boya və kətan götürüb təbiətin qoynuna gedər, gözəl rəsmlər çəkərmiş. Onun getdiyi cığır knyazın evinin yanından keçərmiş. Knyazın ay parçası kimi bir qızı varmış. Eyvandakı qızılgüllərə qulluq edərmiş. Hər səhər onların baxışları toqquşardı. Aralarında dilsiz-ağızsız məhəbbət yaranmışdı… Bir gün Nikonun qoca anası şikayətləndi:
— Ay oğul, ürəyimə damıb ki, ölümüm yaxınlaşır. Bir halal süd əmmiş al, toyunuzda iştirak edim, sonra rahatca köç edə bilərəm…
Ardı →

45 saniyəyə aşiq olmaq

  • Sevgi
Doğrudanmı,ilk baxışdan aşıq olmaq mümkündür? Bu barədə çox yazılar vardır.İngilis psixoloqlarının rəyi bir qədər fərqlidir.
Onlar hesab edir ki, qadınlar birinci deyil,altıncı baxışdan vurulurlar.Bu mürəkkəb və ürəkləri sarsıdan hadisə belə baş verir:
Birinci baxış: (5 saniyə) — gözün rəngini müəyyən edir və onların ağıllı olub-olmadığını aydınlaşdırır.
İkinci baxış: (10 saniyə)- kişinin geyimini müəyyən edir.Barmağında nişan üzüyünün olub-olmamasına diqqət edir.
Üçüncü baxış:(5 saniyə)- saç düzümünə qiymət verir.
Dördüncü baxış: (5 saniyə)-əllərə baxılır.
Beşinci baxış: (5 saniyə)- ayaqqabılara baxılır.
Altıncı baxış: (15 saniyə)- duruş,yeriş,jestlər qiymətləndirilir.
Camisi 45 saniyə və 6 baxışla qadın kişini bəyənib-bəyənmədiyini müəyyən edir.
Davamı →