Рейтинг
+138.94

Sevgi

96 üzv, 228 topik

Ən uzunömürlü hədiyyə

  • Sevgi

Artıq qırx beş yaşı vardı. İllər necə də sürətlə ötüb keçmişdir. Heç xəbəri olmamışdı. Zaman axıb keçir, qalan ancaq xatirələrdir. 

Görüşdükləri o gün. O gün… Dənizin sahili… Mənalı, sözlə dolu baxışlar. Nə qədər baxışmışdılar onda, heç özləri də bilmirdi. Dil susmuşdu, baxışlarsa doymaq bilmirdi sözlərdən, eləcə ürəklərini boşaldırdılar. Birdən astadan o, səsləndi: 


Ardı →

Sənki yoxsan yanımda

  • Sevgi

Yaman acı sızlayır, könlümdəki yaralar.
Bu yaralı könüldə canım, səni haraylar.
Sinəmdəki dərdləri, yalnız sevgin anlayar.
Ağlamayım neyləyim, sənki yoxsan yanımda,
Qəmli gözüm axtarır, səni dərdli anımda.

Gəl üz-üzə duraq biz, bax gözümdə kədərə.
Bircə kəlmə sözünlə, dönər coşan sellərə,
Nə olar gəl əllər çək, qəribsəyən tellərə,
Ağlamayım neyləyim, sənki, yoxsan yanımda,
Qəmli gözüm axtarır, səni dərdli anımda,

Son dəfə görüşəndə, kədərlə ayrılmadıq,
Məncə sevgi yolunda, biz heçdə yanılmadıq,
Ayrılıqda üşüdük, nədəndir anlamadıq,
Ağlamayım neyləyim sənki, yoxsan yanımda,
Qəmli gözüm axtarır, səni dərdli anımda. 

“Səbuhi” nin qəlbini, kimsə yox sən bilirsən.
Bilirsən yaralıyam, elə sual verirsən,
Gözlərin kədərlidir, niyə tez-tez deyirsən?
Gözlər necə gülsün bəs, sənki yoxsan yanımda,
Qəmli gözüm axtarır, səni dərdli anımda.

 


Davamı →

Sən və Mən

  • Sevgi

Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin.
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.


Bir sən ol, bir də mən, bir də dərdimiz.
Ağlayaq doyunca, gülək doyunca.
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca.


Döysün, qoy açmayaq, yorulsun külək.
Qəmli hicran qalsın qapıda dustaq
Bir an vüsalınla çırpınsın ürək
Sonra...sonra yenə biz ayrılmayaq.

(Rəsul Rza)
Davamı →

Səni həmişə sevəcəm

  • Sevgi
Bir-birilərini həddən artıq çox sevən iki gənc maraqlı və unudulmaz səyahətə çıxmağı düşünürdülər..Evliliklərindən iki ay keçirdi.Bəxtiyar hələ də Səbinəni bu müddət ərzində gəzməyə çıxarmadığı üçün belə qərara gəlmişdi.BuBir həftə sonra hazırlaşıb, yola düşdülər.Gəldikləri günün sabahı, cütlük meşəliyə üz tuturlar.Meşə çox sakit idi.Yalnız yüngül mehdən yarpaqların pıçıltısı eşidilirdi.Bir-birini qucaqlayıb, bu sakitlikdən zövq alırdılar.Bir xeyli beləcə gəzdilər.Dağa yaxın olduqları üçün Bəxtiyar yüngül idman köynəyini həyat yoldaşının atdı.Sonra çiyinlərini bərk-bərk qucaqlayıb qulağına pıçıldadı:- “Bilirsən də? Sən məndən qurtula bilməyəcəksən.Canım bədənimdən çıxsa da, ruhum səni sevəcək.Yəni, həmişə mənimsən, yalnız mənim.” Səbinə:-“Sən də onu bil ki, dənizlər nə qədər sonsuz olsa da, mənim sənə olan məhəbbətimdən sonsuz ola bilməz.”
Ardı →

Ən ağlamalı sevgi nağılı

  • Sevgi

Qədim zamanlarda bir birilərini dəli kimi sevən 2 sevgili varmış.Bunlar hər zaman deyərmişlər gülərmişlər. Zaman keçir və bunlar artıq yavaş-yavaş evlənmək barəsində düşünməyə başlayırlar. Amma ondan qabaq hələ oğlanın 5 il müddətinə xaricə getmək məsələsi ortaya çıxır. Oğlan fikirləşir, fikirləşir, axırı sevgilisi ilə görüşür və ona bu sözləri deyir:

'Sevgilim, 5 il bilirsən ki az müddət deyil.Çox şey ola bilər 5 ilə. Bilmirəm, bəlkə sən mənə olan sevgindən vaz geçəcəksən, bəlkə də mən, bəlkə də hər ikimiz. Bəlkə də zaman və məsafə bizim sevgimizə heç təsir etməyəcək, bilmək olmaz.' Bu an qız oğlanın sözünü kəsərək 'Mən səni ömrümün sonunadək sevəcəm'-deyir.Oğlan cavabında 'Gülüm, heç kəs 1 il və ya 5 il sonra nə olacağını əvvəlcədən deyə bilməz. Sən deyirsən 5 il də keçsə sevərəm səni görmədən. Bu, sadəcə olaraq sənin indi üçün olan fikrindi.Mən də indi elə fikirləşirəm, ama həqiqətən də 5 ilə sevgi qalarmı bir birimizi görməsək, onu nə yazıq ki heç birimiz deyə bilmərik. İndi mən sənə söz verim ki 5 il sonra mən yenə də səni sevəcəm və biz evlənəcəyik. Sən də evdəcə otur məni gözlə, hamı da sənin sevgilin olduğunu bilib sənə elçi gəlməsin. Mənimsə 5 il sonra tutalım sənə olan hisslərim bitdi və aydındır ki onda biz evlənməyəcəyik…


Ardı →

Məhəbbətdən küsəndə......

  • Sevgi
Yazırıq sevgiden, yazırıq ancaq,
Ele setirlerde alışırıq biz.
Mehebbet olubdur oyun-oyuncaq,
Hansı mehebbetden danışırıq biz?...

Odlara qalanmaq öteri hissdir,
Kelmeler biçimli, sözler biçimli.
Çoxları diplomsuz mütexessisdir,
Eh, ürek aldatmaq bir su içimi…
Ardı →

Sevgi və nifrət

  • Sevgi
  • İnsan sevərkən hər zaman sevdiyinin yanında olmasını istər,ömür boyu o insanla yaşamaq istər.

  • Həyat çox qısadır,onun üçün də bu həyatı yaşayanda gərək xoşbəxt və mənalı yaşayasan.

  • Sevirsən,sevilirsən amma elə bir zaman olur ki,sevginin acısını çəkirsən.

  • Bəzən düşünmədən addımlar atırsan,bəzənsə düşünərək atdığın addımlar səni uçuruma aparır.Düşünmədən nə isə edəndə onun əziyyətini çəkəndə,fikirləşmədən etdim, cəzamdı çəkirəm deyirsən.

  • Bəs görəsən insan sevərkən düşünüb sevir?Əlbətdə ki,yox…

Ardı →

O Qəlbini Sevdi

  • Sevgi
Kevinin 22 yaşı yenicə tamam olmuşdu. Özündən əmin, çox ağıllı cavan oglan idi. 10 gündən sonra Koreyadakı müharibə zonasına yollanmaq üçün İngiltərədən ayrılacaqdı, heç bir şeydən qorxmurdu, amma ölkəsindən ayrılmaq çətin gəlirdi ona. Ağır addımlarla böyük bir kitabxanın qapısından içəriyə girdi, bir kitab götürüb oturdu və səhifələməyə başladı. Həqiqətən də çox gözəl mövzuları özündə əks etdirən bir kitab idi, amma daha da maraqlı olanı isə kitabı daha əvvəl başqasının da oxumuş olması və bəzi yerlərdə qeydlər götürmüş olması idi. Oxuyanın qeydlər gütürdüyü hissələr Kevinə maraqlı gəldi, qeydləri oxuduqca sarsılırdı. Kim ola bilərdi bu? Dərhal kitabxanaçıya yaxınlaşdı və əvvəl kitabı oxuyan adamın kim olduğunu soruşdu, «Holly adında bir qadındır» deyə cavab verdi kitabxanaçı. Qadının ünvanın kitabxanaçıdan götürdü ve evə çatar çatmaz bir məktub yazdı:
Ardı →

Nüsrət Kəsəmənli - Dostum

  • Sevgi
Gəl, məni dost kimi dindir, danışdır.
Dost bilsin qıraqdan camaat bizi.
Mən deyim: dostumdur, sən de: tanışdır,
Hamıdan gizlədək sevdiyimizi.

Danışaq, gülüşək, gəzək yan-yana
Onda adımıza söz də deyilməz.
Gizli görüşümüz çıxsa meydana,
Deyək ki, dost dostla görüşə bilməz?
Ardı →

Sevgi testi-Siz də edin.

  • Sevgi
Əvvəlcə kağız, qələm hazırlayın və 1-dən 10-a kimi rəqəmləri alt-alta sıralayın.

1. 1 rəqəminin qarşısına ürəyinizdən keçən bir rəqəm yazın
2. 2 və 6-nnı yanında əks cinsdən olan iki adamın adını yazın
3. 3,4,5 rəqəmlərinin qarşısına sizə yaxın olan adamların (dost, ailə üzvü və s.) adlarını yazın
4. 7,8,9 və 10-nun yanında isə sevdiyiniz 3 mahnının adlarını qeyd edin.
Davamı →