Qarın kişiləri kişilikdən uzaqlaşdırır

İri  qarına sahib olan kişilər sidikxaricetmə və ereksiya ilə bağlı ciddi problemlər yaşayırlar.Problemlərin özünü tam şəkildə büruzə etməsi isə artıq kişi çanağının həcminin 100  sm-ə çatması ilə başlayır. 40-90 yaşarası sidikxaricetmə və ereksiya ilə bağlı orta və şiddətli dərəcədə problemləri olan 490 kişi arasında aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki,onların demək olar ki üçdən biri məhz bu kritik ölçüyə sahibdirlər.Müəyyən olunmuşdur ki,çanağın böyüklüyü tez-tez sidikçağırmaya səbəb olur,belə ki,müşahidə olunanların 56% gün ərzində bu problemi yaşayırsa,digər 44% insan gecə bundan əziyyət çəkmiş olur.Onların 75% ereksiya problemi yaşayırsa,65% vaxtindan əvvəl eyakulyasiya problemi ilə üz-üzədir.Bu eyni zamanda daha qorxulu bir nəticəni aşkarlamağa imkan vermişdir,belə ki,onların 39% prostatın xərçəngi ehtimalının yüksək dərəcəsi ilə yaşayırlar.Belə ki,  “pivə qarın” sidik-cinsiyyət sistemi orqanlarının patoloji vəziyyətinin xəbərdarçısıdır.Xatırlatmaq lazımdır ki,bu nahiyyədə toplanan artıq miqdar piyin hipertoniya,şəkərli diabet və ürək-damar sistemi xəstəliklərinin formalaşmasına səbəb olması artıq çoxdan müəyyən olunmuşdur.
 

0 şərh