Sidiyin rəngi nədən xəbər verir?


Normada sidik şəffaf açıq sarı rəngdə olmalıdır. Sidiyin rəngi dəyişildikdə, sidikdə çöküntü, köpük əmələ gəldikdə, mütləq həkimə müraciət edin. Bu ciddi xəstəliklərin simptomu ola bilə.

Çox açıq rəngdə, rəngsiz sidik
Bu həddindən artıq su içən insanlarda və ya şəkərli diabetdən əziyyət çəkənlərdə ola bilər.

Tünd sarı sidik
Bu o deməkdir ki, siz az su içirsiniz və orqanizminizdə susuzlaşma gedir.

Qırmızı sidik
Bu ciddi simptomdur. İnfeksiya, böyrək daşı xəstəliyi, böyrək və ya sidik kisəsi xərçəngi, kişilərdə prostat vəzi xəstəliklərinə işarə edə bilər. Bəzən qırmızı sidiyin səbəbi xəstəlik deyil bəzi qidaların (çuğundur, böyürtkən və s.) həddindən artıq istehlakı, bəzi dərman preparatların qıbulu ola bilər.

Göy sidik
Bunun səbəbi bəzi dərmanlar və nadir irsi xəstəlik olan hiperkalsiyemiya ola bilər.

Qəhvəyi sidik
Ağır qaraciyər (sirroz, qaraciyər xərçəngi), böyrək xəstəlikləri sidiyin qəhvəyi rəngdə olmasına səbəb ola bilər. Həmçinin bunun səbəbi bəzi dərmanların qəbulu da ola bilər.

Bulanıq sidik
Bu infeksiya və ya böyrək daşı xəstəliyinin simptomu ola bilər.

Köpüklü sidik
Bu hal daim təkrarlanırsa, mütləq həkimə müraciət edin. Bu ağır böyrək xəstəliklərinə, şəkərli diabetə, ağır beyin və ürək-damar sistemi xəstəliklərinə, kişilərdə eyakulyasiya problemlərinə işarə edə bilər.

saglamolun.az
 

0 şərh