Sidik-cinsiyyət sisteminin neoplazmaları

Sidik-cinsiyyət sisteminin neoplazmaları hər iki cinsdə və hər yaşda rast gəlinə bilər. Onkoloji xəstəliklər içərisində kişilərdə 30%, qadınlarda isə 4% hallarda rast gəlinir. Böyrəklərin karsinoması dedikdə rast gəlinən neoplazmaların 2.5%-ni böyrəklərin adenoması başa düşülür. Qeyd etmək lazımdır ki, kişilərdə bu xəstəlik iki dəfə daha çox rast gəlinir. Adenokarsinomanın əmələ gəlməsinin səbəbləri: siqaret çəkmə, piylənmə, hipertoniya, böyrək sistaları.

İlk əlamətlərdən biri hematuriyadır (sidikdə qan) və bu minimal dərəcədən maksimal dərəcəyə qədər ola bilər. Daha sonra beldə ağrı, bir neçə həftə ərzində günün ikinci yarısından sonra bədən temperaturunun 38-39 dərəcəyə qədər yüksəlməsi müşahidə olunur.

Bəzən böyrək nahiyəsində kütlə palpasiya olunur, sağ tərəfli varikosele də müşahidə oluna bilər, bu isə öz növbəsində şişin venoz damarlara sirayət etməsini göstərir.

Diaqnoz USM, MRT, KT, venadaxili və retroqrad pieloqrafiya slektiv böyrək angioqrafiyası, aortaqrafiya vasitəsilə qoyulur. Xəstəliyin nə dərəcədə yayılması isə sümüklərin və böyrəklərin radioizotop skanlaşdırılması, ağciyərlərin rentgenoqrafiya və ssintiqrafiyası ilə yoxlanılır.

Metastaz ən çox hallarda ağciyər və sümüklərə verir.

Böyrək karsinomasının müalicəsi cərrahi yolladır, nefrektomiya aparılır, metastazlar olduqda belə nefrektmoya əməliyyatı aparılır, burada məqsəd xəstənin vəziyyətinin yüngülləşdirilməsi, hematuriya, ağrılardan azad olmasıdır.

İsrail həkimləri həmişə olduğu kimi, belə xəstələrə yardım məqsədilə yeni metodlar hazırlayırlar. Hazırda Şiba klinikasında metastazdan əziyyət çəkən xəstələr üçün üç yeni preparatla müalicə aparılır və bu xəstələrin ömrünün uzanmasına, vəziyyətinin yüngülləşməsinə gətirib çıxarır.

Böyrək və sidik axarlarının xərçəngi

Böyrək xərçəngi histoloji olaraq böyrək parenximasından ( hüceyrəli xərçəng) hipernefroma və ya böyrək ləyənlərinin epitelindən (adenokarsinoma) inkişaf edir. Əsas simptomlar böyrək kolikası və hematuriyadır.

Diaqnoz venadaxili uroqrafiya və retroqrad pieloqrafiya, KT, sitologiya, uretroskopiya, nefroskopiya vasitəsilə qoyulur.

Müalicəsi adətən, sidik kisəsinin manjeti də daxil olmaqla radikal nefrouretroktomiya əməliyyatıdır.

Sidik kisəsinin xərçəngi

Xərçəng xəstəlikləri arasında 3% təşkil edir, kişilər qadınlara nisbətən 3 dəfə daha çox bu xəstəliyə tutulurlar. Risk qrupuna kauçuk və tütün məhsulları fabriklərində, kimyəvi kombinatlarda aromatik aminlərlə işləyənlər və o cümlədən, xroniki sistitdən əziyyət çəkən insanlar daxildir. Sidik kisəsinin xroniki olaraq şistos-parazitlər və daşlarla qıcıqlanması da xərçəngin yaranmasına gətirib çıxara bilər.

  1. Keçid-hüceyrələri xərçəng ən çox rast gəlinəndir.

Əsas simptomlara hematuriya, piuriya (sidikdə irin), dizuriya (sidiyə getmənin pozulması), tez-tez sidiyə getmə və yanğı hissi, iltihabi ağırlaşmalar ( sistit, pielonefrit), hidronefroz, palpasiya zamanı kütlənin olması daxildir.

Sidik kisəsi xərçənginin diaqnostika və müalicəsi

Diaqnostika biopsiya ilə sistoskopiya, ekskretor uroqrafiya, KT, USM, MRT müayinələri ilə qoyulur.

Müalicəyə müxtəlif cərrahi müdaxilələr, radio və kimyəvi terapiya daxildir. Əməliyyatın növü xərçəngin növündən və xəstəliyin mərhələsindən asılıdır. Sistektomiya hissəvi, total və radikal ola bilər.

Prostat vəzin xərçəngi

  1. Rastgəlmə tezliyinə görə prostat vəzin xərçəngi 50 yaşdan yuxarı kişilərdə ən çox rast gəlinən xərçəng növüdür. Simptomlarına tez-tez sidiyə getmə (xüsusilə də gecələr), sidiyə getmənin çətin olması, sidikdə qan və ağrı daxildir.

Hər şey xəstəliyin mərhələsindən asılıdır. Başlanğıc mərhələlərdə heç bir əlamət olmur.

Prostat vəz xərçənginin diaqnoz və müalicəsi

Diaqnoz biopsiya, rektal müayinə zamanı vəzinin palpasiyası, USM, PSA markerlərinin artması əsasında qoyulur. Metastazlar çanaq və qarın boşluğu limfa düyünlərində aşkarlanır. Uzaq metastazlar isə sümüklərdə, ilk növbədə çanaq sümüklərində, qabırğa, onurğa aşkarlanır və çox güclü ağrılara səbəb olur.

Müalicə cərrahi olub xayaların çıxarılması da mümkündür. Bundan başqa, radio və kimya terapiyası tətbiq edilir. Yeni metodlardan biri braxioterapiyadır. Braxioterapiya implant vasitəsilə vəzin lokal şüalanmasıdır. Effektivliyi çox yüksəkdir. Hər individual vəziyyətə uyğun olaraq müalicə növü seçilməlidir.

Uretra və penisin karsinoması

Bu şişlərə nadir halda rast gəlinir. Uretranın karsinoması kişilərdə olduğu kimi qadınlarda da rast gəlinir. Xəstəlik özünü hematuriya, sidiyə getmənin pozulması və palpasiya olunan kütlə ilə göstərir.

Müalicə cərrahidir.

Penisin karsinomasına isə ən çox gigiyenik normala əməl etməyən kişilərdə rast gəlinir. Bu zaman penisin dərisi üzərində dəyişikliklər aşkarlanır. Müalicə plastika da daxil olmaqla cərrahidir.

Xayaların xərçəngi

Xayaların xərçəngi kişilərdə rast gəlinən şişlərin 1%-ni təşkil edir. Ən çox 30 yaşa qədər kişilərdə rast gəlinir. Şişin yaranma səbəbi kimi kriptorxizm göstərilir ( xayanın aşağı düşməməsi). Mənşəyindən asılı olaraq şişin bir neçə növü vardır. Xəstəlik özünü xayalıqda əmələ gələn kütlə ilə göstərir. Palpasiya olunan kütlə sərt olub, az hallarda ağrılı ola bilər. Əsas klinikanı limfa düyünlərinə metastaz verildikdən sonrakı bel və ağciyərlərdə yaranan ağrılar təşkil edir. Bundan başqa, metastazlar qanhayxırma və öskürək ilə də özünü göstərir. Bəzən ginekomastiya müşahidə olunur-süd vəzilərinin böyüməsi.

Diaqnoz və müalicə

Diaqnoz USM, baxış, KT, döş qəfəsinin rentgenoqrammı, angioqrammaya əsasən qoyulur. Qanın markerlərə görə yoxlanılması şişi differensasiya etməyə kömək edir. Xayanın xorionepitelioması zamanı sidikdə xorion qonadotropinin səviyyəsi artmış olur.

Müalicə şişin növündən və metastazlardan asılı olaraq dəyişir. Histoloji olaraq şişin növü müəyyənləşdirildikdən sonra müalicə taktikası müxtəlif ola bilər. Müalicəyə həm cərrahi, radio və həm də kimyəvi terapiya daxil ola bilər.

Sidik-cinsiyyət sisteminin neoplazmaları göründüyü kimi az rast gəlinən deyil. Mütəxəssislərin nəzarət altında vaxtaşırı müayinə olunaraq, xəstəliyin erkən mərhələlərdə aşkarlanması müalicənin daha effektiv olmasına gətirib çıxarır.

 

0 şərh