Рейтинг
+27.14

Sidik-cinsiyyət sistemi

20 üzv, 39 topik

Süzənək yaxud triplit

Cinsi yolla yoluxan və ən çox yayılan xəstəliklərdən (cyyx) biri də qonoreyadır. Bir sıra hallarda xəstə anadan doğuş zamanı dölə, xəstə insanın çirklənmiş hamam-tualet dəsti, paltarları, tibbi alətlər vasitəsilə də sağlam insanlara yoluxan bu xəstəlik çox müxtəlif adlarla (süzənək yaxud triplit) tanınır. Geniş sürətlə yayılması və kifayət qədər ciddi fəsadlara yol açması ilə kişi və qadın sonsuzluğunun səbəbləri arasında çox böyük çəkiyə malikdir. Qonoreyanın törədicisi neysseriya qonorreya adlanan bakteriyadır.

Qonoreyaya daha çox kim yoluxur?
Risk qrupuna reproduktiv yaşda olan tez-tez cinsi partnyorunu dəyişən, daha çox tüfeyli, əxlaqsız həyat tərzi keçirən aktiv cinsi həyat yaşayan savadsız insanlar- fahişələr, narkomanlar, cinsi gigiyenaya əməl etməyən insanlar daxildir. İnfeksiya mənbəyi əksər hallarda özündə xəstəliyin əlamətlərini hiss etməyən və qonoreya xəstəsi olduğunu bilmədən sağlam insanlarla cinsi əlaqədə olanlardır.
Davamı →

Böyrək xəstəliklərinə işarə edən əsas 7 simptom

Böyrək xəstəlikləri uzun müddət ərzində gizli inkişaf edə bilər. Bu çox təhlükəlidir ki, insan uzun müddət ərzində onda inkişaf edən xəstəlikdən məlumatsız olur, xəstəlik isə bu zaman inkişaf edir və nəticədə ağır vəziyyətlərə, böyrək çatışmazlığına gətirib çıxarda bilər.

Bu səbəbdən böyrək xəstəliklərinin əsas simptomlarını bilmək çox vacibdir.
Davamı →

İsti havada böyrəklərinizi belə qoruyun

İsti havada bir çox digər orqan və sistemlər kimi böyrəklər də güclü yükləmələrə məruz qalır. İsti havada qan qatılaşır ki, onu təmizləmək böyrəklərə daha çətin olur. Məhz isti havadan böyrəklərdə daşların əmələ gəlməsi riski da artır.

İsti havada böyrəklərin sağlamlığını qorumaq üçün bu 5 sadə məsləhətə əməl edin:

1. Gün ərzində tez-tez adi təmiz su için. Buna əks-göstərişlər yoxdursa gün ərzində 2 l su için. Susuzlaşmanın ən yaxşı “göstərici”si sidiyin rəngidir. Sidiyin rəngi açıq sarı olmalıdır. Bu o deməkdir ki, orqanizm susuzlaşmadan əziyyət çəkmir. Sidiyin rəngi daim tünddürsə, mayenin qəbulunu artırın.
Davamı →

Böyrəklərdə daş yığan 5 ziyanlı qida

Böyrək daşı xəstəliyi çox yayılmış pozulmadır. Bu xəstəliyin səbəbləri arasında: irsiyyət, azhərəkətli həyat tərzi, susuzlaşma, maddələr mübadiləsinin pozulmaları, bəzi vitaminlərin (xüsusilə A və D) çatışmazlığı, sidik ifrazı sisteminin iltihabları və s.

Həmçinin düzgün olmayan qidalanma, bəzi qidaların həddindən çox qəbulu də böyrək daşı xəstəliyinin inkişafına səbəb ola bilər. Böyrəklərdə daşların əmələ gəlməsinə bu kimi qidalar səbəb ola bilər:

— İspanaq, turşəng
Bu göyərtilər oksalat duzları ilə zəngindir. Oksalatlar böyrəklərdə yığılaraq daşlar əmələ gətirir. Böyrəklərdə yığılan daşların 80%-ni məhz oksalat daşları təşkil edir. Bundan əlavə kələm, çuğundur, krəviz və çiyələk də oksalatlarla zəngindir.
Davamı →

Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir?

Sağlam insan gün ərzində 8 dəfədən çox olmayaraq, gecə isə 1 dəfədən çox olmayaraq sidik ifraz edir.
Bu zaman insan ağrı, narahatçılıq hiss etməməli, sidik sərbəst axmalı, insan sidik ifraz etmək üçün gücənməməlidir.

Sidik ifrazının tezliyi müxtəlif səbəblərdən — mayenin qəbulundan, qidalanmadan, havanın temperaturundan, insanın fərdi xüsusiyyətlərindən və s. asılı ola bilər. Stress, soyuqlama, hamiləlik sidik ifrazının tezliyini artırır.

Qadınlar fizioloji xüsusiyyətlərə görə daha tez-tez sidik ifraz edir. Bəzi xəstəliklər (sistit, böyrək daşı xəstəliyi, piyelonefrit, qadınlarda ginekoloji xəstəliklər, kişilərdə prostat vəzi xəstəlikləri, şəkərli diabet və s.) sidik ifrazının tezliyini artırır. Gecə saatlarında 1 dəfədən artıq sidik ifraz etmək normal sayılmır. Əgər siz gecə saatlarında tez-tez tualetə getmək üçün oyanırsınızsa, mütləq həkimə müraciət edin. Bu ciddi xəstəliyin simptomu ola bilər.
Davamı →

Böyrək sağlamlığı üçün təhlükəli vərdişlər

Tez-tez edilən bəzi səhvlər ümumi sağlamlığa təsir etdiyi kimi, böyrəklərə də təxmin etdiyimizdən çox zərər verir. Böyrəklər bədənin həyati orqanlarından biridir. Əsas funksiyaları bədəndəki tullantıların və toksinlərin sidik vasitəsilə atılmasını təmin etməkdir. Eyni zamanda, kalsium və fosfat kimi mineral səviyyələrini nizamlayır. Buna görə də böyrəklərin düzgün işləməsini dəstəkləmək həyati dərəcədə əhəmiyyət daşıyır. Hər hansı bir formada zərər aldıqları təqdirdə bu simptomlar özünü göstərir: qusma, pis nəfəs qoxusu, sidik rəngində və keyfiyyətində dəyişiklik, baş gicəllənməsi, dəridə qaşınma, nəfəs problemləri, ani aclıq, anemiya, yorğunluq, davamlı üşümə və s.

Bu əlamətlər görüldükdə mütləq həkiminizə müraciət etmək və vəziyyəti nəzarət altına almaq lazımdır. Böyrək problemləri müxtəlif faktorların nəticəsi olaraq ortaya çıxa bilər. Aşağıdakı vərdişlər böyrəklərin zədələnməsinə səbəb ola bilər:
Davamı →

Xroniki böyrək çatışmazlığı zamanı pəhriz

Xroniki böyrək çatışmazlığı xəstələrinə tərtib edilən pəhrizin məqsədi aşağıdakılara xidmət edir:

– xəstələrin həyatının qorunmasına
– iş qabiliyyətinin saxlanılmasına
– böyrək funksiyalarının pisləşməsinin qarşısının alınmasına.

Bu məqsədlərə çatmaq üçün əsas etibarıilə xəstələrə azzülallı, yüksək kalorili, karbohidratlı pəhriz tətbiq edilir. XBŞ xəstələrinin pəhrizi aşağıdakı tələblərə cavab verməlidir:

1. Pəhriz orqanizmdə zülal katabolitlərinin səviyyəsinin aşağı salınmasına xidmət etməklə orqanizmin öz zülallarının parçalanmasına yol verməməlidir. Bu gün ərzində orqanizmə daxil olan zülalların miqdarının, bitki zülalları hesabına, 20-40 qrama qədər azaltmaqla eyni zamanda tərkibində lazımi miqdarda əvəzolunmayan aminturşular olan heyvani zülalların istifadəsi hesabına əldə olunur.
Davamı →

Böyrək xəstəliklərinin profilaktikası

Düzgün qidalanma
Böyrəklər ət və digər zülal mənşəli qidaları, xüsusən də onların daha tez-tez hallarda və çox miqdarda qəbul edilməsini “sevmirlər”. Bütün artıq zülallar və onların parçalanma məhsulları, təbii ki, böyrəklər vasitəsi ilə xaric olunmalıdır ki, bu da onların xeyli dərəcədə yüklənməsinə səbəb olur.

Məhz buna görə hazırda dəbdə olan, lakin heç bir ölçü daxilində balanslaşdırılmamış şəkildə tətbiq edilən zülali pəhrizlər böyrəklər üçün zərərli hesab olunur. Belə pəhrizlər son nəticədə zülal mübadiləsinin pozulmasına da səbəb ola bilər. Xarici tərəfdən hər böyrək xüsusi piyli kapsula ilə əhatə olunmuşdur ki, bu da onun daha isti, daha yumşaq və daha təhlükəsiz şəkildə qorunmasını təmin edir. Bu piy qatı böyrəkləri zərbələrdən, soyuqdan qoruyur, onun təbii vəziyyətinin saxlanmasına kömək edir. Ona görə də kəskin şəkildə arıqlamaq da böyrəklər üçün zərərli hesab olunur. Pəhriz nəticəsində piylər orqanizmdən xaric edilir və bu zaman böyrəklər praktiki olaraq “lüt” və müdafiəsiz qalır.
Ardı →

Böyrək çatışmazlığı zamanı hemodializ

Sağlam böyrəklər orqanizmdə filtr funksiyasını həyata keçirir.

Böyrəklərin əsas vəzifəsi qanı bir sıra zərərli maddələrdən təmizləməkdir. Onlar gün ərzində bizim qanımızı dəfələrlə (1 dəqiqədə təxminən 1 litr olmaqla) öz “süzgəclərindən” keçirərək onun tərkibində olan parçalanma məhsullarını, toksinləri, şlakları, öldürülmüş və ya tam öldürülməmiş mikrobları təmizləyirlər.

Lakin bəzən böyrəklər xəstəlikləri və ya patologiyaları səbəbindən onların funksiyası pozulur və böyrəklər qanı yaxşı təmizləyə bilmir. Nəticədə orqanizmdə ziyanlı maddələrin konsentrasiyası təhlükəli səviyyəyə qalxır. Bu vəziyyət «böyrək çatışmazlığı» adlandırılır. Böyrək çatışmazlığı ona səbəb olan xəstəlikdən asılı olaraq kəskin və ya xroniki ola bilər. Əgər bu vəziyyətdə lazım olan müalicə tədbirləri görülməzsə, insan həlak ola bilər.

Həm kəskin, həm də xroniki böyrək çatışmazlığı zamanı ən geniş istifadə olunan müalicə metodlardan biri hemodializdir. Bu termin iki yunan sözdən əmələ gəlib — «haemo» (qan) və «dialisis» (ayırma). Hemodializ — xüsusi «süni böyrək» apparatın köməyi ilə qanın effektli şəkildə təmizlənməsidir. Hemodializ zamanı xəstənin qanı bütün burada yığılan toksiki maddələrdən, duzlardan, artıq mayedən azad olur.


Ardı →