Bayılma irsi xəstəlikdir

Müasir tədqiqatlar sübut etmişdir ki,bayılma və ya ürəkkeçməsi geetik olaraq əlaqəli olan xəstəliklər qrupuna aiddir.Belə ki,genetik bağlı insanlar (qohumlar) digərlərinə nisbət eitbarilə daha çox bayılma halları ilə üzləşə bilər.İdentik olan və olmayan əkizlər üzərində tədqiqat aparan amerikalı mütəxəssislər bayılmanı düşündüyümüzdən daha yüksək bir şəkildə genetik əlaqəli olduğunu iddia edirlər.Bayılma insanın öz huşunu hər hansı bir emosional stressə cavab olaraq ani şəkildə itirməsi ilə baş verir.İnsanların bəziləri daha tez,digərləri ara-sıra bu halı yaşasa belə başqa bir qrup insana bayılma ümumiyyətlə yad bir termindir.

  Melburn univeristetindən olan alimlərin tədqiqatları bayılmanı genetik və sosial faktorlardan ibarət kompleks bir asılılıq göstəricilərini bildirməklə yanaşı burada genetikanın rolunun kifayət qədər yüksək olduğunu bildirmişlər.51 cüt əkiz üzərində aparılan sınaqlardan alınan nəticələr göstərdi ki,qeyri-identik əkizlər arasında bayılma digər qrupa nisbətən iki dəfə az baş verir.İdetik əkizlər bu hal ilə daha çox rastlaşır.Ümumiyyətlə əkiz olmayan bacı-qardaşlar arasında olan bayılma hallarının sayı da eynilə genetik uzaq fərdlərə nisbətən də eynilə artıqdır. Genetik  bağlı olmayan insanlarda isə bu hal nadirən rast gəlinir və ümumiyyətlə yad bir proses olduğunu bildirmək olar.  Genetik bağlılığı olsa belə prosesin olma tezliyi mühit faktorlarından birbaşa aiddir.Bura sosiumun və ekologiyanın təsirləri daha çox şamil edilir.

 

0 şərh