Leykoareoz yeniyetmə insanlarda beynin funksiyasını dəyişir

Qərb mütəxəssislərinin orqanizmin ən sirli hissələrindən biri olan beyin üzərində tədqiqatları davam etməkdədir.Belə ki,universitet alimlərinin son açıqlamasına görə leykoareoz adlandırılan kifayət qədər geniş yayılmış bir vəziyyət sadəcə olaraq MRI vasitəsilə belə mmüşahidə aparılan zaman beyinin oksigensizləşməsini göstərən sadə qocalıq əlaməti deyil,tam və ayrıca bir xəstəlik halıdır. Leykoareozun əsas təhlükəsi isə yeniyetmələrdə beynin funksional qabiliyyətini dəyişməsi ilə izah olunur.Ona sadəcə ağ saçlar və qırışlar kimi sadə yaşlanma əlamətləri kimi baxmaq olmaz.Belə ki,skan olunma zamanı beyində oksigensizləşmənin nəticəsi olaraq tədqiq olunan,əslində kiçik damarların beynin ağ maddəsində formalaşdırdığı işemiyanın “”izləri” olaraq müşahidə olunan obyekt kimi yanaşılmalı olduğu bildirilir.Beynin bu şəkildə zədələnmələri əslində 60 yaş üzəri insanlara xas olsa da müasir kliniki nəticələrin dəqiq təhlili onların kifayət qədər  “cavanlaşdığını” ortaya qoyur.Belə ki,insanlar arasında xəstəliyin yayılma tezliyi və yaşı haaqında birmənalı danışmaq olmaz.Əlbəttə ki,yaşlanma ilə əlaqədar orqanizmdə formalaşan degenerativ dəyişikliklər,eyni zamanda yüksək təzyi belə leykoareozun tətikləyicisidir.Mütəxəssislər ona ciddi patoloji dağınıqlarla müşahidə olunan ayrıca xəstəlik vahidi kimi baxılmasının və bu şəkildə müayinə və müalicə olunmasının tərəfdarıdırlar.

0 şərh