Qaydasız yuxu əqli qabiliyyəti aşağı salır

Alsheymer xəstəliyi üzrə mütəmadi olaraq müşahidə aparan ÜST nəzdində olan assosiasiyanın gəldiyi son qənaət artimik yuxunun əqli qabiliyyəti azaltdığı və bu xəstəliyin inkişafına səbəb olduğu istiqamətdədir.Vaxtsız və müddət etibarilə kifayət olmayan yuxu beyni daha 2 il tez qocalmağa təhrik edir. Gün ərzində 5 saatdan az və 9 saatdan çox yatanlar 7 saat yatanlara nisbətən daha aşağı əqli qabiliyyətə sahib olurlar ki bud a gələcəkdə Alsheymer xəstəsi olmanıza səbəb olur.Əgər yuxulaya bilmirsinizsə,gecə təkrari olaraq bir neçə dəfə ayılırsınızsa,səhər zamanı isə yuxudan ayıla bilmirsinizsə xroniki yuxusuzluq sindromundan əziyyət çəkirsiniz deməkdir.Bu mütləq şəkildə gələcəkdə yarana biləcək fəsadların qarşısını almaq üçün  müalicə olunmalıdır.Yuxugətiricilər ilkin addım olaraq düşünülsə də mütəxxəsis həkimin sizə individual olaraq müalicə təyin etməli olduğunu unutmayın,çünki,yuxusuzluq sindromu kompleks yanaşmanın nəticəsi olaraq aradan götürülə bilər.
 

0 şərh