Çox tərləmə stressə səbəb olur

Çox tərləmə həyatı tətikləyəcək bir vəziyyət olmasa da ciddi qeyri-sağlamlıq halıdır.Bədənimizin ən çox tərləyən hissələri isə ilk növbədə bükülən hissələr (qoltuq altı,qasıq büküşü) ,daha sonra isə üz,əllər,ayaqlar və digərləri olmaqla sıralana bilər. Tərləmə orqanizmin tempratur balansını qorumaq üçün sinir sistemi tərəfindən idarə olunan bir prosesdir.Çox tərləmə isə hiperhidroz adı ilə tibbi xəstəlik olaraq bilinir və bu halda mütləq dəri həkiminə müraciət etməyiniz məsləhət bilinir.Bu adi idman hərəkətləri və ya aktiv həyat tərzi ilə əlaqədar meydana çıxa bilər.Bir çox hallarda isə menapauza,hipertireoid,diabet,böyrəküstü vəzinin müxtəlif xəstəlikləri,infeksiyalar zamanı bu xəstəliklərin simptomatik göstəricisi ola bilər,eyni zamanda psixiatrik hal kimi də büruzə edə bilər.

0 şərh