Baş ağrısı

Baş insana, məlum olduğu kimi, papaq qoymaq, qidanı çeynəmək və ağrı çəkmək üçün verilmişdir. İlk iki funksiya ilə əlaqədar olaraq heç bir problem meydana çıxmadıqda, о zaman baş ağrısı — düşünmək üçün bəhanəyə çevrilə bilər. Onun nə üçün ağrıması məlum deyildir. Bu cür hallarda nə etmək lazımdır? Hansı hallarda özünümüalicə üsulları haq­qında düşünmədən mütəxəssisə müraciət etmək zəruridir?
Baş ağrıdıqda, ilk növbədə həkimə müraciət etmək lazımdır. İnsana əvvəlcə küt və göynədici ağrı əziyyət versə də, o, gözlənilmədən kəskin və iti ağrıya çevrilir. Baş ağrısının təhlükə bildirən növlərinə, bədənin vəziyyətinin dəyişməsindən asılı olan baş ağrılarını da şamil etmək mümkündür. Məsələn, insan ayaq üstə durduqda ağrıyır, uzandıqda isə sakitləşir. 50 yaşından sonra meydana çıxan və adətən bir yarısında əmələ gələn və əsəbi ağrı ilə müşayiət olunan baş ağrısı qusma ilə davam edirsə, həkimə mütləq qaydada müraciət olunmalıdır. Buraya hər bir ilkin ağrını da aid etmək mümkündür. Lakin bu qisim ağrılar, təcrübədən göründüyü kimi, əsəb həkiminin sahəsinə aid olur. Akademik Veyn baş ağrısından əziyyət çəkən xəstələri təsadüfən «tibbi yetimlər» adlandırmamışdır. Onlar bu problem ilə məşğul olan əsəb həkiminə müraciət etmək əvəzinə, müxtəlif həkimlərin qəbuluna düşürlər.
Baş ağrısı hər zaman yüksək qan təzyiqi ilə müşayiət olunmur. Bu cür mühakimələri yalnız xəstələr yürüdürlər. Baş ağrısına, heç də həmişə, indikator kimi əsaslanmaq olmaz. Həkim qan təzyiqinin səhər və axşam ölçülməsini tövsiyə etdiyi təqdirdə, onun məsləhətinə əməl edin.
Baş, papağın kiçik ölçülü olması və yaxud üzgüçülük eynəyinin sıxması nəticəsində də ağrıya bilər. Baş ağrısı soyuqda, öskürmə zamanı da meydana çıxa bilər. Əksər hallarda, cinsi əlaqə zamanı kişilər baş ağrısından əziyyət çəkirlər. Baş ağrısı orqazm zamanı daha güclü şəkil alır...
Baş ağrısından əziyyət çəkən xəstənin il­kin müayinəsi elə də çox vaxt aparmır. Bu zaman kəsiyi ərzində ağrının xüsusiyyətini, onun davamiyyətini, tezliyini, mtensivliyini, nə ilə əlaqədar olduğunu, irsi baxımdan təzahür edib-etməməsini ayırd etmək və ətraflı müayinə etmək mümkündür...
Baş ağrısından əziyyət çəkən insan, heç olmasa bir dəfə, maqnitli-rezonanslı tomoqrafiyadan keçməlidir. Məsuliyyətli həkim, hər bir halda, bu üsulu xəstəyə təklif edəcəkdir. Həkim xəstəni baş beyin damarlarının doppleroqrafiyasına göndərməyə borcludur. Bu gün bu proseduru bir çox klinikalarda həyata keçirirlər. Çox vaxt, xəstənin müayinə olunması, göz oyuğunun damarlarını nəzərdən keçirən oftolmoloq ilə məsləhətləşmələrdən də ibarət olur. Tibbi müəssisənin səviyyəsinin kafi göstəricisi elektroensefaloqrafiyaya göndəriş də ola bilər.
Baş ağrısının daha da nadir növləri mövcuddur. Buna iradəsizlik nəticəsində yaranan baş ağrıları da misal ola bilər. Gərginlik nəticəsində meydana çıxan baş ağrıları başı tamamilə əhatə edir. O, kifayət qədər yeknəsək, uzunmüddətli və tutmaşəkilli olur. Bu cür baş ağrısı, insana adət etdiyi həyat tərzi sürməyə ımkan verməməklə yanaşı, həyat keyfiyyətini də azaldır.
Əsəbi ağrıların əsas əlamətitutma, nəbz şəkilli olmasıdır. O, bır çox hallarda başın yarısını əhatə edir. Bu zaman ağrı nahiyəsi ya sağ, ya da sol tərəfə dəyişə bilər. Bulqakovun qəhrəmanı Ponti Platın nə cürə əziyyət çəkdiyini xatırlayın: «bəli, şübhə yoxdur! Bu yenə də odur. Bu yenə də məğlubedilməz, dəhşətli baş ağrısıdır. О başın yarısını əhatə edir. Ondan xilas yolu, xilas vasitəsi yoxdur. Çalış ki, başını tərpətməyəsen».
Çox təəssüflər olsun ki, əsəbi ağrılar müalicə olunmadıqda, gərginlik nəticəsində meydana çıxan baş ağrısına çevrilərək, həkimlərin işini artıra bilər...
Bu gün bir çox vasitələr mövcuddur. Bu vasitələrə ağrıkəsici dərmanlar ilə psixoterapiya metodları da daxildir.
Baş ağrısının ilk tutmaları zamanı analitik, yoxsa spazmolitik həblərin qəbul olunması məsləhət görülür? Analitik vasitələrdən başlamaq məsləhətdir. Bu­rada ən sadə dərman vasitəsindən istifadə olunmalıdır. Tərkibi cüzi komponentlərden ibarət olan dərman vasitəsinin təsiri güclü olur. Lakin müasir preparatların bir çoxu, kompleksli olub analitiklər ilə spazmolitiklərin qarışığından ibarətdirlər. Yalnız çox aludə olmayın. Bu mübarizənin səbəbə qarşı de­yil, nəticənin əleyhinə yönəldiyini unutmayın! İradəsizlik nəticəsində yaranmış baş ağrısı ağrıkəsici vasitələrin nəzarətsiz üsulu ilə şərtləşdirilmiş ən mürəkkəb baş ağrısıdır. Onu uzun müddət müalicə edirlər. Bu isə, öz növbəsində, külli miqdarda vəsait tələb edir.
Bəs nə zaman xəstə xroniki baş ağrılarından əziyyət çəkən pasient hesab olunur? Bu cür hallar ayda 15 dəfə təkrarlandıqda, ağrıları xroniki hesab etmək olar. Bu müddət ərzində isə, çox az halda insanlar həkimə müraciət etmirlər. Çünki belə hallarda həkimin məsləhəti olmadan, adi həyat rejiminə qayıtmaq qeyri-mümkündür.
 

0 şərh