Epilepsiya

ABŞ-da 4 milyon, dünyada isə 100 milyondan çox insanın əziyyət çəkdiyi epilepsiya milyon illərdir tibb elmində ən çox yayılan xəstəliklər sırasında birinci yerdədir. Qədim dövrlərdə epilepsiya xəstələrini Allahın nifrət etdiyi bəndə hesab edirdilər. Romalılar isə epilepsiya xəstəliyini Herkules Allahının lənəti olduğunu güman edirdilər.

Epilepsiya nədir?


Epilepsiya baş-beynin xroniki xəstəliklərinə aiddir. Bu zaman beyin daxilində qıcolmalar baş verir. Əsas aparıcı əlaməti tez-tez xəstədə epileptik tutmaların olmasıdır. Epilepsiya iki cür olur: irsi-genetik faktor və sonradan qazanılmış. Sonradan qazanılmış epilepsiyaya doğuş və ya qəza vaxtı zədə almaq daxildir.
Əgər ailədə və ya nəsildə kimdəsə epilepsiya varsa bu, mütləq övlada, nəvəyə keçir.
Bəzən doğuş vaxtı uşaqlar zədə alır. Həmin zədə nəticəsində beyində kista əmələ gəlir. Bu kista 20-25 il sakit qala bilər. Bəzənsə heç özünü göstərməz. Amma hamiləlik dövründə kista daha da böyüyəcək, beyində qıcolmalar başlayacaq.
Epilepsiyaya elə-belə yanaşmaq olmaz. Müalicə vaxtlı-vaxtında aparılmasa xəstəlik güclü gepaksiyaya məruz qalıb, beyindaxili hüceyrələri məhv edib, xəstənin ölümünə səbəb ola bilər.

Epilepsiya sindromuna səbəb olan amillər:
  • İltihabi xəstəliklər
  • Miningit
  • Ensefalit
  • Zəhərli zob
  • Qaraciyər xəstəlikləri
  • Revmatizma
  • Hədsiz insulin qəbulu
  • Kalsium çatışmazlığı

Bütün bunlar epilepsiya sindromu əmələ gətirir. Belə xəstəliklər zamanı qəbul edilən dərmanlara diqqət yetirmək vacibdir. Məsələn: şəkər xəstələri insulini dərəcəsindən çox qəbul edərsə, o, beyini qıcıqlandırar, epilepsiya tutmasına səbəb olar.

Həkim – nevropatoloq Pərvanə Osmanova:
«Hazırda hər 5 insandan üçü epilepsiyadan əziyyət çəkir. Epilepsiya tibb elminin qarşısını ala bilmədiyi bir bəladır. Bu xəstəlik müxtəlif formada olan tutmaları ilə tanınır. Tibb elmində epileptik tutmalar iki yerə bölünür: kiçik və böyük tutmalar. Kiçik və böyük tutmalar bir-birindən çox fərqlənir. İnsanlara sadəcə, böyük tutmaların əlaməti məlumdur. Böyük tutmalar zamanı xəstənin əlləri yumulur, gözü çevrilir, dil qatlanır və  ağızdan köpük gəlir.
Kiçik tutmalarsa özünü müxtəlif yollarla göstərir. Kiçik tutmalar zamanı xəstədə yıxılma, başgicəllənmə, huşu itirmə olmur. Bəzən elə olur ki, insan bilmədən qeyri-adi səs çıxarır. Xəstələr var ki, tutma zamanı möhkəm gülməyə başlayır. Bəzənsə insanın gözünə qəribə varlıqlar görünür. Bəzənsə söhbət zamanı qarşındakı qəfildən huşa gedir, gözü başqa tərəfə baxır, çağıranda cavab vermir. Bu da kiçik tutmanın əlamətləridir. Belə hallarda dərhal həkimə müraciət etmək lazımdır ki, bu böyük tutmalara çevrilməsin.
Epilepsiya xəstələrində qeyri-adi hissiyyat olur. 3 saniyə içində onlarda güclü başağrısı, tərləmə olur, qulağına qəribə səslər gəlir. Bunu anlayan xəstələr rahat bir yerdə uzanmalı, dərhal dərman qəbul etməlidirlər ki, yıxılıb zədə almasınlar.  
Epileptiklər qidalanmalarına da diqqət etməlidirlər. Onlara çox duzlu, istiotlu, yağlı xörəklər yemək olmaz. Onların olduqları otaqda az əşya olmalı, havası daim təmiz saxlanmalıdır. Yatmazdan əvvəl mütləq otağın havasını dəyişməlidirlər.
Epilepsiyanın səhər tutmaları da var. Bu zamaninsan oyanan kimi yataqdan qalxırsa, həmin an tutmalar olur. Belə xəstə ayılanda bir az yerində uzanmalı, tam oyandıqdan sonra ayağa qalxmalıdır.

Fibril qıcolması

Belə halda qızdırma olur. Əgər körpədə yerli-yersiz hərarət qalxırsa, ana bilməlidir ki, bu, epilepsiyanın başlanğıcıdır; körpədə bu xəstəliyə meyil var. Bu cür epilepsiyanı körpə vaxtı müalicə yolu ilə aradan qaldırmaq mümkündür».

Müayinə:


epilepsy
Sadə tutmaları olan xəstələrdə diaqnoz çox çətin olur. Belə halda xəstəliyi yalnız tutmalar vaxtı təyin etmək mümkündür. Müasir dövrdə müayinənin ən yaxşı yolu «nüvə maqnit rezenans» metodudur. Xəstənin endokrin və qan sistemi, daxili orqanları müayinə olunmalıdır. Epilepsiyanın bir növü də var ki, bu, yalnız gecələr baş verir. Gicgah nayihəsi ilə əlaqədir olan bu növ çox təhlükəlidir. Gecə epilepsiyalarını gündüz vaxtı heç cür müəyyən etmək olmur. Gərək həmin xəstəni gecə monitorinqi deyilən üsulla müayinə edəsən.

Müalicə:


Xəstə düzgün müalicə olunmadıqda onda yaddaş pozğunluğu, ağıl kəmliyi iş qabiliyyətinin itirilməsi, mühitə uyğunlaşmamaq, işini icra edə bilməmək kimi hallar başlayır. Elə dərmanlardan istifadə etmək lazımdır ki, o, şüura təsir etməsin. Düzgün aparılmayan müalicə insanın psixikasını poza, ruh sferasını dəyişə bilər.
Xəstəliyin müalicəsi uzun müddətlidir. Təyin olunan dərman 3 il 6 ay ərzində hər gün eyni vaxtda qəbul edilməlidir. Əgər bircə gün dərman qəbulunun vaxtından 1 saat keçdisə, müalicə tamamilə xeyirsiz olur. Xəstə 3 il 6 aylıq müalicəyə yenidən başlamaq məcburiyyətində qalır.

Epilepsiya zamanı ilk yardım:


Eldə epilepsiya zamanı xəstənin üzünə su tökür, sillə vurur, dişlərini qaşıqla aralayırlar. Bu, düzgün yardım deyil.
Əgər yanında kimsə qıcolma keçirərsə, ilk növbədə onu böyür üstə çevirmək lazımdır ki, ağzından gələn köpük nəfəs yolunu tutub, xəstəni boğmasın. Naşatır spirti xəstəni o dəqiqə ayıldır. Bu cür xəstələr mütləq ciblərində öz dərmanlarını saxlamalıdırlar. Dərmanı xəstənin dilinin altına qoymaq lazımdır. Dişlərin arasına taxta qaşıq qoymaq mütləqdir. Sonra həkim çağırın.  

Qadağandır:
  • Çox adamın olduğu avtobusa minmək
  • Qapalı yerdə qalmaq
  • Kompüter və televizor qarşısında çox oturmaq, mobil telefonla çox danışmaq

Epilepsiya xəstələrinə hər dərman məsləhət deyil. Elə dərmanlar var ki, onlar epileptik tutmaları artırır:


  • Ürək dərmanı — Antinol preparatları
  • Allergiya əleyhinə dərmanlar – antigestamin
  • Depressiya əleyhinə dərmanlar
  • Prozerin qrupuna daxil olanlar
  • Yod tərkibli maddələr
  • Diş çəkdirmə zamanı istifadə olunan lidokain iynəsi
Dahi insanların əksəriyyəti epilepsiyadan əziyyət çəkib:  Məhəmməd Peyğəmbər, Sokrat, Platon, Yuli Sezar, imperator V Karl, Napoleon, Nobel

Epilepsiya zamanı bu hərəkətləri et:

  1. Rahat bir yerdə otur, əllərini və ayaqlarını rahat qoy, gözünü yum. Burnunla yavaş-yavaş nəfəs almağa başla (qarnınla yox, sinənlə nəfəs almağa çalış). Sonra dərindən nəfəs al və nəfəsi 2 saniyə saxla. Nəfəsi burax və beynində «yaxşı, yaxşı» deməyə başla. Bu üsulu 5-6 dəfə təkrarla. Sonda yumruqlarını sıx dərindən nəfəs al.
  2. Çiyinlərini əvvəlcə arxaya, sonra yuxarıya doğru hərəkət etdir. Əvvəlki rahat halına qayıt. Çənəni sinənə sıx, əllərinlə çiyinlərini ovuşdur. Sonra üz əzələlərini rahatlaşdır. Bunu 10 saniyə təkrarla.
  3. Çiyinlərini önə tərəf çək ki, gərginlik hiss edəsən. Sonra rahatla. Qarnını içəri çəkib, burax. Ayaqlarını yığ, 3 saniyədən sonra əvvəlki vəziyyətə qayıt. Sonda bud əzələlərini rahatlat.
Bu hərəkətləri ardıcıllıqla 2 gündən bir təkrarlamaq məsləhətdir.

Fakt:
Şərq ölkələrində insanlar epilepsiyadan xilas olmaq üçün pion bitkisinin kökündən istifadə edirlər.
Bunun üçün:
1 çay qaşığı qurudulmuş pion kökünü 3 stəkan qaynar suya töküb, ağzını bağlayıb, yarım saat saxlayın. Gündə 3 dəfə, yeməkdən 10-15 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edin.
Bolqarlar isə bu xəstəliyi aradan qaldırmaq üçün xoruzgülündən istifadə edirlər.
Bunun üçün:
6 qr. xoruzgülü bitkisini 1 stəkan qaynar suya töküb, yarım saat saxlayın. Gündə 3 dəfə, 1 xörək qaşığı qəbul etmək lazımdır.

Vyetnamda yaşayan 30 yaşlı bir qadın ərini və oğlunu epilepsiyadan aşağıdakı üsulla birdəfəlik xilas edib:
Bunun üçün:
Pion otundan 200 qr., melissa otundan– 200 qr., şirquyruğundan – 100 qr. Götürüb, 3 litrlik şüşə qaba tökün.   
Sonra canavargözü giləmeyvəsindən 50 qram götürüb, 1,5 litr suya töküb, vam odda qaynadın. 10 dəqiqədən sonra şüşəyə tökülmüş otların üstünə əlavə edin.
12 yaşa qədər olan uşaqlar gündə 3 dəfə yeməkdən yarım saat əvvəl bu qarışıqdan 1 çay qaşığı, 12 yaşdan sonra olanlar isə 2 çay qaşığı qəbul etsinlər.

Tutmalar dayandıqdan sonra məlhəmin qəbulunu azaltmaq lazımdır.

Mənbə: ATV-Maqazin jurnalı
 

0 şərh