Alsqeymer xəstəliyi

Qocalar üçün ən dəhşətli xəstəliklərdən biri Alsqeymer xəstəliyidir. Beyinin və əsəb sisteminin ciddi zədələnməsi ilə bağlı olan bu xəstəlik, təkcə yaşlı adamlar üçün deyil, həmçinin onun yaxınları üçün də problemlər və narahatlıqlar mənbəyidir. Qocalıqda bu xəstəliyə tutulmamaq üçün nə etmək lazımdır? 
Təbii ki, yaşla əlaqədar olaraq əqli zəiflikdən tamamilə sığorta olunmaq mümkün deyil. Lakin Alsqeymer xəstəliyinin qurbanına çevrilməmək üçün onun şanslarını aşağı salmaq olar.
1.Tibbi preparatlar.
Təəssüf ki, bu gün Alsqeymer xəstəliyinə qarşı mövcud olan dərmanların hamısı yalnız müvəqqəti effekt göstərə bilir. Hal-hazırda İsveçdəki Karolina İnstitutundan olan tədqiqatçılar bu xəstəliyə səbəb olan anomal zülalı məhv edən vaksinlərin kliniki sınaqlarını aparırlar.
Lakin yeni preparat xəstəliyin inkişafını yalnız uzun müddətə ləngidə bilir. O, artıq dağılmış toxumaları bərpa etmək qabiliyyətində deyil, eləcə də profilaktik vasitə kimi çıxış edə bilmir. Ümumiyyətlə, həkimlərin sözlərinə görə, tədricən bu texnologiya əsasında Alsqeymer xəstəliyinə irsi meyilliyi olan adamların da vaksinasiyasını keçirəcəklər.

2.Yemək və içmək.
Alsheymer xəstəliyiTəəssüf ki, inkişaf etmiş ölkələrin böyük əksəriyyəti tərkibində yüksək yağlar olan ərzaqlara üstünlük verirlər. Bu isə Alsqeymer xəstəliyinin inkişaf riskinin əsas amilidir: piylər beyin neyronlarına məhvedici təsir göstərir.
Kanadalı həkimlər təklif edirlər ki, ət-süd məmulatlarını və şirniyyatın qəbulunu kəskin şəkildə məhdudlaşdırmaq və mütləq gündəlik yemək rasionuna balıq daxil etmək lazımdır. Balığın tərkibində əsəb toxumalarının məhv olmasının qarşısını alan «omeqa -3» maddəsi vardır.
Bununla belə qəribə də olsa, qəhvə yaşla bağlı əqli zəifliyin profilaktikasına səbəb olur. Bu nəticəyə Kuopio Universitetindən (Finlandiya) və Stokholmdakı Karolina İnstitutundan olan alimlər gəlmişlər. Statistika məlumatlarına əsasən, bu içki, ola bilsin ki, tərkibində olan antioksidanlar sayəsində Alsqeymer xəstəliyinin inkişaf riskini 60-65% azaldır. Doğrudur, əgər siz onu orta yaşda və normal miqdarda — gündə 3-5 fincan qəbul etsəniz. Əgər siz daha çox qəhvə içir və ya yaşlısınızsa, bu, sadəcə olaraq ürək üçün ziyandır.

3.Əqli fəaliyyət.
Məlum olduğu kimi, çoxlu sayda elm və yaradıcılıq xadimləri ahıl vaxtlarına qədər aydın ağıla malik olurlar. Milandakı San-Raffael Universitetindən və Milli Nevrologiya İnstitutundan olan tədqiqatçıların fikrincə, insanın təhsil və intellekt səviyyəsi nə qədər yüksək olarsa, onda yaşla bağlı əqli zəifliyə şans bir o qədər az olacaq.
İtaliyalılar tərəfindən aparılan tədqiqatda 242 nəfər Alsqeymer xəstəliyndən, 72 nəfər orta əqli qabiliyyət pozğunluğundan əziyyət çəkən və 144 nəfər sağlam hesab edilən adam iştirak etmişlər. Eksperimentin təşkilatçıları onların intellektual qabiliyyətlərini, yaddaşlarını, təhsil almaq potensialını və s. testdən keçirmişlər. 14 ay ərzində ikinci qrupdan olan adamlardan 21-də Alsqeymer xəstəliyi inkişaf etmişdir, lakin eyni zamanda məlum olmuşdur ki, beynin eyni dərəcədə üzvü zədələnməsi zamanı yüksək təhsil səviyyəsinə malik olan və intellektual işlə məşğul olan adamlarda əqli qabiliyyət daha az zədələnməyə məruz qalmışdır. Tədqiqatın müəllifi Valentina Qarrivotto bu fenomeni belə izah edir: "İntellektual gərginlik beynin üzvü zədələnməsini müəyyən qədər kompensasiya edir. Onun təzahür mexanizmi kifayət qədər öyrənilməmişdir".
 

0 şərh