Рейтинг
+11.45

Sinir sistemi

31 üzv, 58 topik

Nevroz

Nevrozlar – sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir.

Sadə dildə desək, nevroz uzun müddət ərzində davam edən xroniki streslərin nəticəsində inkişaf edir və bu zaman müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən bu vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir. Belə vəziyyətlərə bir neçə misal da çəkmək olar. Məsələn: insana onun hazırkı işi xoş gəlmir, ancaq o, başqa iş tapa bilmədiyi üçün bu işlə məşğul olmağa məcburdur; ailə cütlüyü arasında uzun müddət ümumi qarşılıqlı anlaşma olmasa da, onlar uşaqlarına görə nigahlarını poza bilmirlər və s.

Qadınlar nevrozlara daha çox meylli olurlar ki, bu da onların kişilərə nisbətən daha emosional, həssas olmalarından irəli gəlir.

Nevrozun əsas əlamətləri aşağıdakılardır:
— Həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq; tez bir zamanda, hətta kiçik həcmli işin icarə edilməsi zamanı baş verən yorğunluq, həyat aktivliyinin zəifləməsi, yuxusuzluq, çətinliklə yuxuya getmək və ya yatıb-durduqdan sonra həqiqətən istirahət edə bilməsi hissiyyatının olmaması, güclü işıqlanma və yüksək səsə ağrılı reaksiya verilməsi.
Ardı →

Dejavu nədir

Bəzən bizdə rastlaşdığımız bir hadisəni daha əvvəl də yaşadığımız və ya ilk dəfə getdiyimiz bir yerdə daha əvvəl də olduğumuz kimi hisslər yaranır ki, bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına Dejavu deyilir.

Dejavu daima nevroloqların diqqət mərkəzində olmuş və bu gündə tədqiq edilməktədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır.

Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin yaşlılarda isə beyin pozğunluğunun xəbərçisi ola bilər.

Həyatınızın müəyyən dövrlərində «Bu hadisəni daha əvvəl yaşamışam», «Sanki buranı əvvəllər görmüşəm kimi» kimi cümlələr istifadə etmisinizsə və bunun nə olduğunu təəccübləndirirsinizsə, bu hissin adı dejavudur.
Dejavu fransızca termindir, mənası “əvvəl baş verənlər”dir. Deja vu, insanın qəflətən və gözlənilmədən o anı daha əvvəl yaşamış hiss etməsidir.
Deja vu tez-tez insanın daha əvvəl psixi vəziyyəti və ya yaddaşı yaşadığı hissini yaradır. Bu hiss insanın əslində əvvəllər yaşadığı bir xatirəyə bənzəyir. Deja vu yaşayarkən insan sanki yaddaşın daha əvvəl baş verdiyini xatırlayır.
Dejavu nədir?
 
Dejavu nədir?
Fransız dilində «Déjà vu» düzgün formada Deja vu "(və ya" Dejavu ")" artıq görülüb «mənasını verir. Buna görə də adda gizlədilənlər: bir hadisəni gördüyünüzü və ya yaşadığınızı düşünməyin və hiss etməyin. bu anda gördüyünüz və ya yaşadığınız şeydir. Bunu da yaşamış olmalısınız: „Ah, gözlə, bu anı əvvəllər yaşadığımı xatırlayıram“.

Dejavuya kimlərdə rast gəlinir?
1928 -ci ildən bəri bu mövzuda bir çox fərziyyə söylənilmişdir. Bunlardan ən güclü və ən empiriki yaddaşla əlaqəli hipotezlərdir. Şizofreniya və depressiyadan əziyyət çəkənlərdə tez-tez rast gəlindiyi deyilir. Ancaq dejavunun bu xəstəliklərlə birbaşa əlaqəsi yoxdur. Dejavu ən çox epilepsiya xəstələrində baş verir. Uşaqlıq və gənclik dövrlərində dejavu hadisəsi tez-tez təkrarlanırsa, həkimə müraciət olunmalı, epilepsiyanın olub-olmadığı araşdırılmalıdır. Yetkin insanlarda bu durumun yaşanması stress, yorğunluq və digər səbəblərlə əlaqəlidir.

Dejavunun səbəbləri
İlk dəfə 1876-cı ildə fransız fizik Émile Boirac tərəfindən istifadə olunan dejavu anlayışı elmi ədəbiyyatda 1928-ci ildə Edward Bradford Titchenerin „Bir psixologiya kitabı“ adlı əsərində qeyd olunub. Titchenerə görə beyin təcrübəylə bağlı qəti bir qavrayış yaratmadan əvvəl qismən qavrayış yaradır və bu, dejavu hissinin yaranmasına səbəb olur. Dejavunun elmi açıqlamasında beynin sağ və sol yarımkürələrinin millisaniyədən daha az zaman fərqi ilə işləməsi, buna görə gec qavrayan tərəfin bu olayı daha əvvəl yaşaması hissi öz əksini tapıb. Sinir aksonlarındakı kiçik bir sıçrayışdan qaynaqlanır. Temporal yarımkürə krizləri olmadan əvvəl dejavu yaşana bilər. Dejavunun alzheimer xəstəliyinin ilkin mərhələsində faydalı olduğu iddia edilir. Ancaq bu iddia elmi təsdiq tapmayıb.
Dejavu elm adamları tərəfindən tam izah edilməmiş bir fenomendir. Bununla belə, bəzi tədqiqatçılar dejavunun beyində yaddaşın işlənməsi və geri çağırma mexanizmlərindəki səhv olduğunu düşünürlər. Buna görə də, dejavu tez-tez yaddaş səhvləri ilə əlaqələndirilir.
Deja vu adətən qısamüddətli bir təcrübədir və heç bir müalicə tələb etmir. Bununla belə, bəzi insanlar tez-tez dejavu ilə qarşılaşırlarsa, əsas səbəbləri müəyyən etmək və müalicə etmək üçün bir mütəxəssislə məsləhətləşmək faydalı ola bilər.

Şizofreniya necə xəstəlikdir?
Şizofreniya insanın əvvəlki bacarıqlarını itirməsi və ya bu bacarıqların zəifləməsiylə xarakterizə olunan ruhi pozğunluqdur. Ən ağır psixiatrik pozğunluq məhz şizofreniyadır.


Davamı →

8 mənası olmayan reflektor hərəkətlər

1. Soyuducunu açaraq içərisinə baxır və bağlayır.  
2. Mobil telefonda saata baxır və dərhal da yaddan çıxarır.  
3. Metroda qatarı gözləyərkən tunelə baxır, sanki qatar bu səbəbdən daha tez gələcək.
4. Mağazaya qənd almağa gedir, evə müxtəlif lazımsız məmulatlarla qayıdır.  
5. Çağırış düyməsini basaraq liftin daha tez gəlməsinə çalışır.  
6. «Budilnik»i saat 6-ya quraşdırır, ancaq yerindən gec qalxır.  
7. Kompüteri söndürərkən «windows»un «vida musiqisi»ni eşitməməkdən ötrü səs dinamiklərini daha tez söndürür.  
8. Döngələr zamanı yana əyilir.

 


Davamı →

Bu dəhşətli miqren!

Həyatında heç bir zaman baş ağrısı hiss etməyən adama yəqin ki, rast gəlmək mümkün deyil. Əksər hallarda biz bu ağrıları “miqren” adlandırsaq da, bu heç də belə deyil.  Miqren – ciddi xroniki xəstəlikdir. “Miqren” diaqnozu yalnız həkim tərəfindən müəyyən edilir. Buna baxmayaraq, bəzi əlamətlərə görə də, insan özündə bu xəstəliyin olmasından şübhələnə bilər. Belə şübhələr yaranan kimi isə, tez bir zamanda həkim-nevropatoloqa müraciət etmək lazımdır.

Miqren — güclü və uzun sürən baş ağrılarıdır. Ağrı bir göz və onun ətrafından başlayaraq tez bir zamanda əksər hallarda başın bir yarısına, nadir hallarda isə hər iki yarısına yayılır. Ağrı pulsasiya (nəbz vurğuları kimi) xarakterli olur. Ətraflar soyuyaraq avazımış olur. Parlaq işıq, kəskin yüksək səslər ağrını artırır. Miqren tutması zamanı tez-tez ürəkbulanma və qusma da baş veriri.

Tutma zamanı bəzi hallarda xəstədə görmənin ikiləşməsi, gözlərinin qarşısında yanıb-sönən işıqların, ziqzaq (əyri-üyrü) şəkilli xətlər və ya qığılcımların olması kimi şikayətlər də olur. Miqren tutması zamanı ağrı o qədər güclü olur ki, onların olması səbəbindən insanın işləməsi və ya evdə nə isə bir iş görməsi belə, mümkün olmur. Ağrı sözün əsl mənasında insanı yatağa “zəncirləmiş” olur. Ayağa qalxmaq, otaqda gəzmək, hər hansı bir istənilən işin yerinə yetirilməsinə edilən kiçik bir cəhd ağrını daha da artırır. Miqren tutması zamanı arterial təzyiqin artması adətən müşahidə edilmir.


Ardı →

Sakitləşmənizi təmin edəcək məsləhət

Sakitləşmək, əsəbləri nəzarətdə saxlamaq çətin görünsə də, oxuyacaqınız bu məsləhətlər  duşdüyünz vəziyyətlərin daha pisə hal almasının qarşısını ala bilər və əsəblərinizi biraz sakitləşdirə bilərsiniz.

— Səssiz durun: Beyninizin içindəki bütün düşüncələri demə istəyi hər nə qədər ağır gəlsə də, bu kimi vəziyyətlərdə səssiz qalmaq ən doğru variantdır deyə bilərik.

-Əsəbinizi daha sonra peşman olacağınız sözlərə çevrilməsinə icazə vermək yerinə ağıllıca rəftar edərək səssiz qalın və düşüncələrinizi əks etdirmək üçün daha uyğun bir anı gözləyin.


Ardı →

Depressiya haradan başlayır?

Kanadalı alimlər belə qənaətə gəliblər ki, depressiyaya səbəb bağırsaqlardır. «McMaster» universitetinin araşdırmaçıları bağırsaqlarda yaşayan mikrofloranın beyindəki kimyəvi proseslərə təsir etdiyini və insanın ruhi vəziyyətini dəyişdirdiyini qeyd edirlər.

Bunu müəyyən etmək üçün siçanlar üzərində araşdırma aparılıb. Belə ki, sağlam gəmiriciyə onun bağırsağının fəaliyyətinə təsir edən antibiotik verilib. Nəticədə onların sonradan daha qorxaq və əsəbi olduğu müşahidə edilib.

Bundan əlavə, onların beyinlərinin depressiya bölgəsində də dəyişiklik qeydə alınıb. Düzdür, insanlar və heyvanlar arasında fərq ola, araşdırmalar eyni nəticəni göstərməyə bilər. Ancaq alimlər bağırsaqlara xüsusi diqqət etməyin vacibliyini qeyd edirlər.

 


Davamı →

Əsəb hüceyrələrini bərpa edecek genlər aşkar edilib.

Altsheymer, Parkinson xəstəlikləri və onurğa sütunu zədələnmələri ilə bağlı olan bir sıra genlər aşkar ediblər. Alimlər həmin genlər ilanbalığında aşkar edilib.

Bu, genetiklərə insanda zədələnmələr, yaxud neyrodegenerativ xəstəliyin inkişafı zamanı nasazlığın məhz harada baş verdiyini anlamağa imkan verir. Belə ki, insandan fərqli olaraq, ilanbalığı əsəb sistemini bərpa edə bilir. Məsələn, əgər onurğa beyini zədələnirsə, əsəb hüceyrələri bərpa olur və 10-12 həftədən sonra ilanbalığı artıq normal hərəkət edir.


Ardı →

Sinir sistemi

Canlı orqanizm daim onu əhatə edən mühitdən qıcıqları qəbul edərək, onlara qarşı müvafiq cavab verir. Bu proses sinir sistemi vasitəsilə həyata keçir. Sinir sistemi sinir toxumasından təşkil olunmuşdur. Bu toxuma oyanma və oyanmanı nəqletmə qabiliyyətinə malikdir. Oyanmanın sinir sistemində yayılmasına impuls deyilir. Sinir toxuması neyrondan (sinir hüceyrəsi) və neyroqliyadan təşkil olunmuşdur. Neyronlar arasında anatomik rabitə olmadığından, oyanma bir neyrondan digərinə mediator adlanan xüsusi kimyəvi maddələrin ifraz olunduğu sinapslar vasitəsilə ötürülür. Sinir hüceyrələrinin uzun çıxıntıları olan aksonları sinir liflərini əmələ gətirir. Sinir lifləri toplaşaraq sinir dəstələrini, kiçik sinir dəstələri isə böyük sinir dəstələrini, nəhayət bunlar da siniri təşkil edir.
Vəzifə cəhətdən hissi, hərəki və ara neyronlar ayırd edilir.


Ardı →

Vahimə tutmaları

vahimə tutmaları İndi dünyanın bu və ya digər nöqtəsində baş verən hadisə az sonra o biri başında bilinir. Həticədə hər bir insan buna sürətlə reaksiya verməli olur. Heç də təsadüfi deyil ki, son dövrlər nevrozların və bəzi xəstəliklərin əlaməti olaraq vahimə tutmaları (panik tutmalar) xəstəliyindən əziyyət çəkənlərin sayı artmaqdadır. Panik hücumlar, vahimə tutmaları vegetativ sinir sistemi pozğunluğunun zirvə nöqtəsidir.

Vegetativ sinir sistemi şüura tabe olmayan, insan tərəfindən dərk olunmayan sinir sistemidir: bu, daxili üzvlərimizi, qan-damar, tənəffüs, həzm, tənasül, endokrin sistemi və sairi dirijor kimi tənzimləyir. Bu pozuntular həm anadangəlmə, həm də sonradan qazanılma ola bilər. Bəzi adamlar söz deyəndə qızarır, ağarır, kiçik bir narahatlıq olanda əllərində tərləmələr, ürək döyüntüləri, sifətində həyəcan açıq şəkildə hiss olunur. Ən kiçik emosional və fiziki yüklənməyə qarşı bu cür şəxslər çox davamsız olur. 
   
   Belələri istiylə yanaşı, soyuğu da sevmir, haradasa orta həddə yaşamağı sevirlər. Təbabətdə bu cür şəxslər «vegetativ sinir sisteminin anadangəlmə zəifliyi olan adamlar kimi» xarakterizə olunur.
Ardı →

Ali sinir fəaliyyəti

İnsanın xarici mühit şəraitinə uyğunlaşması onun sinir sisteminin fəaliyyəti ilə bağlıdır. Sinir sisteminin tənzimedici fəaliyyətində iki istiqamət ayırd edilir. Orqanizmin daxili orqanlarının və toxumalarının normal fəaliyyəti tənzim olunur, digər tərəfdən də xarici mühitlə orqanizmin daxili mühiti arasında sabit mütənasiblik saxlanılır. Rus fizioloqu İ.P. Pavlov bu istiqamətlərdən birincisini ibtidai, digərini isə ali sinir fəaliyyəti kimi adlandırmışdır. O, göstərmişdir ki, orqanizmdə orqanların normal fizioloji fəaliyyətin və orqanlar arasında qarşılıqlı funksional əlaqənin yaradılmasını ibtidai sinir fəaliyyəti həyata keçirir. İbtidai sinir fəaliyyətini baş beyninin qabıqaltı şöbələri və onurğa beyin icra edir və bu əsasən şərtsiz vegetativ reflektor reaksiyalar xarakteri daşıyır. Ürəyin fəaliyyətini, müəyyən iş görərkən ürəklə digər orqanların qarşılıqlı əlaqəli fəaliyyətini buna misal göstərə bilərik.


Ardı →