Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri XX əsrin ikinci yarısında

1944-1946-cı illəri əhatə edən bu dövr həmin ölkələrin tarixinə “xalq demokratiyası” mərhələsi kimi daxil olmuşdur. Hakimiyyət başında qalan kommunist partiyaları 1948-1949-cu illərdə Mərkəzi və Cənub-Şərqi Avropada sosializm qurmaq xəttini həyata keçirməyə başladılar. Nümunə üçün isə SSRİ əsas götürüldü. Macarıstan, Rumınıya, Yuqoslaviya və Albaniyada çoxpartiyalılıq ləğv olundu. ADR, Polşa, Çexoslovakiya, Bolqarıstanda isə partiyalar kommunistlərin başçılıq etdiyi koalisiya və cəbhələrin bir hissəsinə çevrilərək siyasi müstəqilliklərini itirdilər. Bazar iqtisadiyyatı Mərkəzləşmiş planlı iqtisadiyyatla əvəz edilirdi. Xüsusi mülkiyyət sürətlə ləğv olunur, sahibkarlar və fərdi kəndlilər sıradan çıxarılırdı. Sosialist yenidənqurmaları nəticəsində bu ölkələrdə totalitar siyasi rejim, totalitar sosializm cəmiyyəti təşəkkül tapdı. Buna görə də həmin dövlətlər totalitar sosializm ölkələri adlandırılırdılar.

Sovet modelli rejimə qarşı 1956-cı ilin oktyabrında Macarıstanda kütləvi nümayişlər başladı. Onlar partiyanın siyasi xəttinin dəyişdirilməsi, İmre Nad başda olmaqla yeni hökumət yaradılması, Macarıstanla SSRİ arasında bərabərhüquqlu münasibətlərin qurulmasıtələblərini irəli sürürdülər. İ.Nad hökumət başçısı seçildi. SSRİ hökumətinin yaydığı bəyanatda Macarıstandakı erməni suverenlik uğrunda başlanmış xalq hərəkatı “əksinqilabi qiyam” kimi qiymətləndirildi. Buna cavab olaraq İ.Nad noyabrın 1-də Macarıstanın Varşava Müqaviləsi Təşkilatından çıxdığınıelan etdi. Noyabrın 4-də sovet tankları Budapeşt şəhərinə daxil oldu. İ.Nad dövlətə xəyanətdə ittiham olunaraq edam edildi.
Mərkəzləşdirilmiş planlı iqtisadiyyat sisteminin nöqsanları özünü regionun inkişaf etmiş ölkələrindən biri olan Çexoslovakiyada daha qabarıq göstərdi. 1968-1969-cu illərdə burada “Praqa baharı” adını almış hadisələr baş verdi. 1968-ci ildə Çexoslovakiya KP MK-nın birinci katibi Aleksandr Dubçekin hazırladığı “Fəaliyyət proqramı”nda yeni, demokratik Çexoslovakiyanın şəraitinə uyğun sosialist cəmiyyəti modelinə keçmək niyyəti ifadə olunur, partiyanın rəhbər rolu haqqında müddəadan imtina edilirdi. 1968-ci il avqustun 21-də Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələrdən SSRİ, Polşa, ADR, Macarıstan və Bolqarıstanın qoşunları Çexoslovakiya ərazisinə təcavüz etdilər. Sovet qoşunlarının ölkədə olmasına arxalanan islahat əleyhdarları hücuma keçdilər. 1969-cu ilin aprelində Dubçek vəzifəsindən götürülərək Qustav Qusakla əvəz olundu. Yeni rəhbərlik əvvəlki qərarları qeyri-qanuni elan etdi. Çexoslovakiya hadisələrindən sonra Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin siyasi quruluşundakı totalitar cizgilər xeyli sərtləşdirildi. İqtisadi vəziyyət ağırlaşdı. İşsizlik yarandı, inflyasiya pulu dəyərdən saldı, ərzaq təminatı pisləşdi. Belə şəraitdə Polşadakı narazılıq tətil hərəkatına çevrildi. 1980-ci ildə tətillərin gedişində Lex Valensanın başçılıq etdiyi “Həmrəylik” (“Solidarnost”)adlı müstəqil həmkarlar ittifaqı yarandı. 1988-1989-cu ilərdə radikal islahat xətti tərəfdarları qələbə çaldılar. Nəticədə “Həmrəylik” təşkilatı leqallaşdırıldı, prezident vəzifəsi təsis edildi. V.Yaruzelski Polşanın ilk prezidenti seçildi.

Nəticədə kommunist diktaturası süqut etdi. Polşa sosializm sistemindən qopan ilk dövlət oldu. 1989-cu ildə Macarıstanda çoxpartiyalı parlament sisteminə əsaslanan quruluşa keçmək qərara alındı. 1990-cı il parlament seçkilərində Macarıstan Demokratik Forumu qələbə çaldı. Belə demokratik proseslər Mərkəzi və Cənub-Şərqi Avropadakı digər ölkələrdə də gedirdi. Siyasi proseslərin gözlənilən nəticəsi olaraq, Almaniyada Berlin hasarı dağıdıldı. ADR və AFR arasında sərhəd açıldı. 1990-cı il iyulun 1-də ADR və AFR arasında hər iki ölkənin parlamentləri tərəfindən bəyənilmiş valyuta, iqtisadi və sosial ittifaq haqqında dövlət müqaviləsi qüvvəyə mindi. 1989-cu ilin noyabrında Çexoslovakiyada “məxməri inqilab” baş verdi. “Praqa baharı” hərəkatının liderlərindən biri olan Vatslav Havel prezident seçildi. 1993-cü il yanvarın 1-dən Çexoslovakiya dinc yolla 2 dövlətə — Çexiya və Slovakiyaya parçalandı. Havel Çexiya Respublikasının, O.Klaus isə Slovakiya Respublikasının prezidenti seçildilər. Bolqarıstanda 1989-cu ilin noyabrında bir sıra partiya və təşkilatlar Demokratik Qüvvələr İttifaqında birləşdilər. Bolqarıstanın bazar iqtisadiyyatına keçməsi ağrısız olmamışdır. Bolqarıstan keçmiş Avropa sosialist ölkələri arasında birinci olaraq Avropa İttifaqının üzvü olmuşdur. Rumıniyada Çauşeskunun diktaturası 1989-cu ilin dekabrında Timişoar hadisələri nəticəsində başlanmış ümumxalq üsyanı ilə devrildi. Dünya sosializm sisteminin dağılması nəticəsində Yuqoslaviya da ayrı-ayrı müstəqil dövlətlərə parçalandı.

Serb millətçiləri 1992-ci ilin martında yaradılmış Bosniya-Hersoqovina Respublikasına təcavüz etdilər. Misilsiz “müsəlman soyqırımı” beynəlxalq aləmdə çox böyük əks-səda doğurdu. ABŞ-ın fəal müdaxiləsi ilə bu bölgədə sabitliyin və sülhün bərqərar olması üçün 1995-ci ilin dekabrında Deyton sülh müqaviləsi bağlandı. Serbiyada 1996-cı ildə keçirilmiş parlament və yerli özünüidarə seçkiləri vəziyyəti daha da kəskinləşdirdi. Hakimiyyətdə olan neokommunist sosialist partiyası və onun lideri S.Miloşeviç seçkilərin nəticələrini saxtalaşdırdı. Miloşeviçin birbaşa göstərişi və rəhbərliyi ilə serblər Kosovo albanlarına qarşı soyqırım törətdilər. 1999-cu ildə NATO Yuqoslaviyaya qarşı hərbi güc işlətdi və Kosovada öz qoşunlarını yerləşdirdi. Qərb dövlətlərinin və müxalifətin təzyiqi ilə Miloşeviç əsrin sonlarında istefa verməyə məcbur oldu və Kosovo albanlarının soyqırımının əsas təşkilatçısı kimi Beynəlxalq Haaqa Məhkəməsinə verildi.

0 şərh