Рейтинг
+15.64

Müasir dövrün tarixi

15 üzv, 54 topik

Ukrayna 1991-2015-ci illərdə

Müstəqil Ukrayna dövlətinin yaranması.1985-ci ilin martında SSRİ dövlətinin sükanı arxasına keçən Sov.İKP-nin 54 yaşlı yeni Baş katibi M.S.Qorbaçov islahatın zəruriliyini başa düşərək sosialist cəmiyyətinin yeniləşməsi vəzifəsini irəli sürdü. Belə ki, elan edilən yenidənqurmanın obyektiv səbəbi sovet cəmiyyətinin yeniləşdirilməsinə olan tələbat idi. Ümumiyyətlə ən böyük Slavyan dövləti olan Rusiyanı üç dəfə yeniləşdirməyə cəhd edilmişdir. Birinci dəfə XX əsrin əvvəllərindəki “mütləqiyyət”, ikinci dəfə əsrin ortalarında “sosialist”, nəhayət üçüncü dəfə əsrin sonlarındakı “yenidənqurma” yeniləşdirilməsi SSRİ-yə daxil olan Ukraynada yenidənqurma siyasətinin öz xüsusiyyətləri var idi.


Davamı →

Rusiya XX əsrin 90-cı - XXI əsrin ilk onilliklərində

1991-ci ilin sonundan dünya xəritəsində tərkibində 89 subyekt, o cümlədən 21 muxtar respublika olan yeni dövlət — Rusiya Federasiyası meydana gəldi. Bu yeni dövlətin yalnız adı idi, qarşıda duran əsas vəzifə dövlətin və cəmiyyətin dəyişdirilməsindən ibarət idi. Əsaslı islahatların birinci mərhələsi yeni dövlətçiliyin formalaşması, sosialist plan iqtisadiyyatının bazar iqtisadiyyatına keçməsindən ibarət olub xronoloji cəhətdən 1992-1993-cü illəri əhatə edir. İqtisadi islahatlarla başlayan birinci mərhələ köhnə dövlət quruluşunun dağılması, sovet respublikalarının demokratik respublikalarla əvəz edilməsilə nəticələndi.


Davamı →

1917-1940-cı illərdə Sovet mədəniyyəti

Savadsızlığın ləğv edilməsi. Məktəb.Oktyabrdan sonrakı illərdə həyata keçirilən dəyişikliyin əsas tərkib hissələrindən birini mədəniyyət sahəsindəki “mədəni inqilab” təşkil edir. Bunlar təhsil, elm, texnika, ədəbiyyat, incəsənəti əhatə etməklə cəmiyyətin bütün mənəvi həyatına nüfuz etmişdir. Mədəniyyət sahəsindəki dəyişikliklərin istiqamət və xarakteri yeni, sosialist bədii mədəniyyətin formalaşdırılması ilə müəyyən olunmuşdur. Ölkənin partiya və dövlət rəhbərliyi bu vəzifənin həyata keçirilməsini sosialist cəmiyyətinin qurulması ilə bağlayırdı.


Davamı →

SSRİ 20-ci illərin ikinci yarısı - 30-cu illərdə

Sənayeləşdirmə siyasəti

20-ci illərin ikinci yarısında aqraq ölkəni sənaye dövlətinə çevirmək, onun iqtisadi müstəqilliyini təmin etmək və müdafiə qabiliyyətini möhkəmlətmək iqtisadi sahədə qarşıda duran əsas vəzifə idi. ÜİK (b) P-nın XIV qurultayı 1925-ci ilin dekabr ayında ümumi cizgilərlə olsa da öz qərarlarında sənayenin inkişaf etdirilməsinin zəruri olmasından bəhs edərək tarixə sənayeləşdimə qurultayı kimi daxil olmuşdur. Xalq təsərrüfatının inkişaf etdirilməsi vəzifəsini irəli sürən qurultayın qərarında qeyd edilirdi ki, “SSRİ-nin iqtisadi müstəqilliyini təmin etmək, SSRİ-ni dünya kapitalist təsərrüfatının əlavəsinə çevrilməkdən qorumaq üçün ölkəni sənayeləşdirmə istiqamətinə yönəltmək, istehsal vasitələri istehsalının inkişafını və iqtisadiyyatda hərəkət etmək məqsədilə ehtiyatların yaradılmasını təşkil etmək vacibdir.” Qurultaydakı müzakirələr göstərdi ki, SSRİ maşın və avadanlıq idxal edən ölkədən onu istehsal edən ölkəyə çevrilməlidir. Texniki cəhətdən yenidən qurulan sosialist sənayesinin yaradılmasına xüsusi diqqət ayrılmışdır.


Davamı →

Sovet dövləti 20-ci illərin birinci yarısında

1920- ci illərin əvvəllərində daxili vəziyyət. Kronşdat qiyamı

20-ci illərin birinci yarısında daxili siyasət sahəsində qarşıda duran əsas vəzifə bolşeviklərin xalqa vəd etdiyi sosializm qurmaq üçün onun maddi-texniki və sosial-mədəni bazasını yaratmaq, dağılmış ölkə təsərrüfatını bərpa etmək idi. Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə ölkəyə böyük ziyan vurmuşdur. Sənaye məhsulu istehsalının səviyyəsi müharibədən əvvəlkinə nisbətən 14 faizə düşmüş, kənd təsərrüfatı demək olar ki, iki dəfə azalmışdır. Hərbi döyüşlərin gedişində, xüsusilə Donbas, Bakının neft rayonları, Ural, Sibirin hövzə və mədənləri daha çox dağıntıya məruz qalmışdır. Yanacaq və xammal olmadığına görə zavodlar işləmirdi. Fəhlələr şəhəri tərk edib kəndə getməyə məcbur oldular. Putilov, Obuxov və başqa müəssisələr dayandığına görə Petroqrad fəhlələrin 60 faizini, Moskva isə 50 faizini itirmişdir. 1921-ci ilin fevralında Pet-roqradın 64 iri müəssisəsi dayanmışdır. 1921-ci ildə Rusiyada sənaye proletariatının sayı cəmi bir milyon nəfər təşkil edirdi. 1921- ci ildə məhsulsuzluq üzündən şəhər və kəndi aclıq bürüdü. Təkcə Orta Volqaboyu rayonlarında aclıqdan ölənlərin sayı 5 milyon nəfər idi. Ölkədə yatalaq, taun, səpmə və s. yoluxucu xəstəliklər tüğyan edirdi. Yatalaqdan ölənlərin sayı 2 milyona çatırdı.


Davamı →

Polşa ilə müharibə. Vətəndaş müharibəsinin Qırmızıların qələbəsi ilə başa çatması

1920-ci ilin yazından Vətəndaş müharibəsinin əsas hadisələrindən olan Sovet-Polşa müharibəsi və Vrangelə qarşı mübarizə dövrü başlayır. Bu Vətəndaş müharibəsi gedişində beşinci, sonuncu mərhələnin başlanğıcı hesab olunur. Bu mərhələdə həm də kəndli üsyanlarının yatırılması, Sovet hakimiyyətinin Cənubi Qafqazda, Uzaq Şərq və Orta Asiyada bərqərar olması diqqəti cəlb edir.

Birinci Dünya müharibəsində Almaniyanın məğlubiyyəti və Rusiyadakı inqilabi hadisələr Polşa dövlətinin yaranmasına səbəb oldu. Müstəqil dövlətçiliyin bərpa edilməsi Polşada sərhədlərin 1772-ci ildə olduğu kimi ((Polşanın parçalanmasına qədər) ) müəyyən etmək, Varşava başda olmaqla Litva, Belarusiya və Qərbi Ukrayna torpaqlarının daxil olduğu federasiya yaratmaq xəyalları ilə milli əhval-ruhiyyəni qızışdırdı. 1919-cu ildə Polşa Litvadan Vilensk vilayətini qoparıb aldı, Şərqi Qalitsiya uğrunda isə Ukrayna Direktoriyası ilə mübarizəyə başladı.


Davamı →

Rusiyada 1918-ci il vətəndaş müharibəsi və xarici hərbi müdaxilənin şiddətlənməsi

1918-ci il noyabrın İldə Almaniyanın təslim olması ilə Birinci Dünya müharibəsi başa çatdı. Alman cəbhəsindəki döyüşlərdən azad olan Antanta ölkələri öz qoşunlarını Qara dəniz sahillərinə çıxararaq Rusiyadakı hadisələrə daha fəal müdaxilə etməyə başladılar. Ağ hərəkatda siyasi rəhbərlik sosialistlərdən generalların əlinə keçdi. Bu, vətəndaş müharibəsinin gedişində üçüncü mərhələnin başlanması demək idi və 1919-cu ilin yazına kimi davam etdi. Antanta dövlətləri Sovet Rusiyasına qarşı müdaxilə təşkil edərək öz qoşunlarını Arxangelsk, Murmansk, Odessa, Vladivostok və b. yerlərə çıxardı.


Davamı →

Müvəqqəti hökumətin daxili və xarici siyasəti

Müvəqqəti hökumət ayrı-ayrı adamların təsadüfi yığıncağı deyildi. Bunlar Rusiyada siyasi hakimiyyəti ələ almaq üçün ayağa qalxan yeni sinfin, kapitalistlər, mülkədarlar və ölkəni iqtisadi cəhətdən idarə edən burjuaziya sinfinin nümayəndələri idi.

Yeni burjua Müvəqqəti hökuməti monorxiyanı xilas etmək uğrunda göstərdiyi nəticəsiz cəhdlərdən sonra II Nikolayın qardaşı Mixail Romanov da martın 3-də taxtdan əl çəkdiyini imzaladı. Romanovların 300 illik hakimiyyəti sona çatdı.Rusiyada mütləqiyyət quruluşu devrildi ki, bu da inqilabın əsas yekunu idi. Müvəqqəti hökumət bir müddət çar II Nikolayı həbsə almadı


Davamı →

Kapitalizmin inkişafı XX əsrin əvvəlində

XIX əsrin sonu üçün qabaqcıl ölkələrin sosial-iqtisadi və siyasi yüksəlişinin başlıca nəticələrindən biri də onların kapitalizmin inkişafının yeni mərhələsinə-inhisarçı kapitalizm mərhələsinə daxil olmaları idi. Bu proses həmin ölkələrdə sənaye çevrilişinin başa çatmasından sonra, 80-90-cı illərdən etibarən başlanmışdı. Qərbin qabaqcıl kapitalist ölkələri arasında kapitalizmin yeni mərhələsinə ən erkən keçən ölkə İngiltərə olmuşdur. Artıq XIX əsrin 70-90-cı illərində İngiltərənin imperializm mərhələsinə keçməsi başa çatmışdı. Rusiya bu mərhələyə XIX əsrin axırlarında qədəm qoymuşdu. Tarixə İngiltərə müstəmləkəçi, Fransa sələmçi və Rusiya hərbi-feodal imperializm kimi daxil olmuşdu.


Ardı →

Avromərkəz dünyasının formalaşmasının başa çatması

Avromərkəz dünyasının formalaşması prosesi hələ XV əsrdə böyük coğrafi kəşflərlə başlanmışdır. Coğrafi kəşflər dünya birliyinin formalaşmasının, bazar iqtisadiyyatının, demokratik durumların, dünyəvi dövlətlərin yaranmasının əsasını qoydu. Avropa dünyaya qabaqcıl elmi fikir və humanizm ideyaları verməyə başladı. «Qərb» adı altında birləşən bir qrup dövlətlərin zəminində (Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, İtaliya, İspaniya, ABŞ və b.) avromərkəz və ya avroamerikan mərkəz dünyası formalaşdırıldı. Habelə coğrafi kəşflər sayəsində Avropanın qabaqcıl dövlətləri (İngiltərə, Fransa, Portuqaliya, İspaniya, İtaliya və b.) Latın Amerikası, Asiya, Afrika, Okeaniya torpaqlarını öz malikanələrinə çevirdilər. Avropalılar yeni ərazilərə, xüsusən Şimali Amerikaya, Avstraliyaya, Yeni Zelandiyaya, habelə Cənubi Amerikaya köçərək yerli əhalini sıxışdırmaq və fiziki cəhətdən məhv etmək yolu ilə onlara yiyələndilər. Həmin yerlərdə bu və ya digər dərəcədə avropasayağı mədəniyyət və cəmiyyət formalaşdırdılar.
Davamı →