Рейтинг
+15.64

Müasir dövrün tarixi

14 üzv, 53 topik

Yuqoslaviya 1940-cı illərin ortaları - 90-cı illərin əvvəllərində

Yuqoslaviya müharibədən sonrakı ilk illərdə. 1945-1950-ci illər. Xalq inqilabı dəyişikliyin başa çatması.İkinci Dünya müharibəsində faşist işğalçılarının özbaşınalığı və qəddarlığı xalqın böyük əksəriyyətinin hitlerçilərə, onların əlaltılarına və casuslarına qarşı dərin nifrət hissinin yaranmasına səbəb oldu. Şərqi və Mərkəzi Avropanın milyonlarla demokratiya və milli müstəqillik tərəfdarı olan əqidəli insanları işğal rejiminə qarşı antifaşist Müqavimət hərəkatında birləşdilər. Şərqi Avropanın antifaşist Müqavimət hərəkatının mərkəzlərindən biri də işğalçılar tərəfindən parçalanan Yuqoslaviya idi. Məhz burada məkrli düşmənlə mübarizə məqsədilə Yuqoslaviya Xalq Azadlıq Ordusu yaradılmış, siyasi orqan Yuqoslaviya Xalq Azadlıq Antifaşist Veçesi təşkil edilmiş, İosip Broz Titonun başçılığı ilə hökumətin səlahiyyətlərini yerinə yetirən Yuqoslaviya Milli Komitəsi meydana gəlmişdir. Bütün bunlar müharibə başa çatdıqdan sonar Yuqoslaviyada xalq demokratik inqilabi mərhələsini sosialist inqilabı kimi qiymətləndirməyə şərait yaratmışdır.


Davamı →

Yuqoslaviya İkinci Dünya müharibəsi illərində

Yuqoslaviyanın işğal edilməsi və bölüşdürülməsi.Avropada Yuqoslaviyanın əsas müttəfiqi hesab etdiyi Fransa hitler Almaniyası tərəfindən işğal edildikdən sonra Yuqoslaviya hökuməti mürəkkəb daxili və siyasi diplomatik çəkişmə zəminində təcrid olunmaq təhlükəsindən azad olmaq məqsədilə Almaniya ilə SSRİ arasında tərəfdaş seçmək dilemması qarşısında qalmışdır. İtaliyanın Yunanıstana hücumundan, 1941-ci ilin martında Bolqarıstanın Üçlər paktına qoşulmasından sonra Yuqoslaviya hitler Almaniyası və faşist İtaliyasının təhlükəsilə üz-üzə qaldığı üçün Svetkoviç-Maçek hökuməti 1941-ci il martın 25-də Üçlər paktına daxil olmaq haqqında protokola imza atdılar. Bu, Yuqoslaviyada hökumətin faşistpərəst siyasətinə qarşı kütləvi nümayişlərə təkan verdi. İngiltərə və ABŞ-dan kömək alan ordunun ali zabit heyətinin bir hissəsi xalqın kəskin etiraz çıxışlarından istifadə edərək çevriliş təşki etdilər və Duşan Simoviçin başçılığı altında yeni hökumət yaratdılar. 1941-ci il martın 27-də baş verən hadisələrdən xəbər tutan Hitler Yuqoslaviyanı işğal etməyə qərar verdi.


Davamı →

Müvəqqəti hökumətin daxili və xarici siyasəti

Müvəqqəti hökumət ayrı-ayrı adamların təsadüfi yığıncağı deyildi. Bunlar Rusiyada siyasi hakimiyyəti ələ almaq üçün ayağa qalxan yeni sinfin, kapitalistlər, mülkədarlar və ölkəni iqtisadi cəhətdən idarə edən burjuaziya sinfinin nümayəndələri idi.

Yeni burjua Müvəqqəti hökuməti monorxiyanı xilas etmək uğrunda göstərdiyi nəticəsiz cəhdlərdən sonra II Nikolayın qardaşı Mixail Romanov da martın 3-də taxtdan əl çəkdiyini imzaladı. Romanovların 300 illik hakimiyyəti sona çatdı.Rusiyada mütləqiyyət quruluşu devrildi ki, bu da inqilabın əsas yekunu idi. Müvəqqəti hökumət bir müddət çar II Nikolayı həbsə almadı


Davamı →

Bosniya və Herseqovina

Bosniya və Herseqovina Respublikası iki bərabərhüquqlu subyektdən-Bosniya və Herseqovina Federasiyasından və Serb Respublikasından, o cümlədən xüsusi statusu olan Brçko vilayətindən ibarət demokratik federativ respublika olub qərb və şimaldan Xorvatiya, şərqdən Serbiya, cənub-şərqdən Çernoqoriya ilə həmsərhəddir, Avropanın cənubi-şərqində, Balkan yarmadasının mərkəzi hissəsində yerləşir.


Davamı →

Yuqoslaviya Respublika İttifaqı

Serbiya kommunistlərinin başına 1986-cı ildə Slobodan Miloşeviç keçdi. 1987-ci ilin aprelində kommunist lider S.Miloşeviç Kosovo serbləri qarşısında çıxışında bildirdi ki, onların hüququ uğrunda mübarizəni davam etdirməyi özünün vəzifəsi hesab edir. Tezliklə S.Miloşeviç Serbiyanın Yuqoslaviyada mövqeyinin gücləndirilməsi uğrunda mübarizənin ümummilli liderinə çevrildi. 1989-cu ildə S.Miloşeviç və onun tərəfdarları Serbiya, Çernoqoriya və Voyevodinada hakimiyyətə gəldilər. S.Miloşeviçin serbyönlü siyasəti Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Makedoniya ittifaq respublikalarında Qərblə yaxınlaşmaq tərəfdarı olan, iqtisadiyyatın liberallaşması və müstəqillik istəyən qüvvələrin fəallaşması ilə nəticələndi. 1990-cı ildə S.Miloşeviçin Kommunist partiyası Serbiya Sosialist partiyasına çevrildi.


Davamı →

1917-1940-cı illərdə Sovet mədəniyyəti

Savadsızlığın ləğv edilməsi. Məktəb.Oktyabrdan sonrakı illərdə həyata keçirilən dəyişikliyin əsas tərkib hissələrindən birini mədəniyyət sahəsindəki “mədəni inqilab” təşkil edir. Bunlar təhsil, elm, texnika, ədəbiyyat, incəsənəti əhatə etməklə cəmiyyətin bütün mənəvi həyatına nüfuz etmişdir. Mədəniyyət sahəsindəki dəyişikliklərin istiqamət və xarakteri yeni, sosialist bədii mədəniyyətin formalaşdırılması ilə müəyyən olunmuşdur. Ölkənin partiya və dövlət rəhbərliyi bu vəzifənin həyata keçirilməsini sosialist cəmiyyətinin qurulması ilə bağlayırdı.


Davamı →

Damansk: Sovet-Çin qarşıdurması

Ötən əsrin 60-cı illərinin axırlarında Uzaq Şərqdəki SSRİ-Çin sərhədində baş vermiş münaqişə, daha doğrusu, Damansk adası uğrunda silahlı toqquşma barədə bu günkü Azərbaycan oxucusu nə bilir? Sovetlərin həmin döyüşdə tətbiq etdiyi «bütün canlıları külə döndərən» silah nə idi?

Münaqişənin səbəbi


Tarixçilər Damansk münaqişəsinin kökünü 1860-cı ildə imzalanmış Pekin müqaviləsi ilə əlaqələndirirlər. Həmin müqaviləyə görə, Rusiya ilə Çin arasında sərhəd Amur və Ussuri çaylarının sahili üzrə müəyyən edilmişdi. Onda nə çaylar özü, nə də oradakı adaların kimə məxsusuluğu dəqiqləşdirilmişdi. Lakin ötən əsrin 50-ci illərində, xüsusən İ.Stalinin ölümündən sonra sovet rəhbərliyinin apardığı yeni siyasətlə razılaşmayan Çin rəhbərliyi sərhədləri dəqiqləşdirmək qərarına gəlir. Daha doğrusu, Çin Ussuri çayındakı Damansk adasının bu ölkəyə məxsus olduğunu iddia etməyə başlayır.
Davamı →

Avromərkəz dünyasının formalaşmasının başa çatması

Avromərkəz dünyasının formalaşması prosesi hələ XV əsrdə böyük coğrafi kəşflərlə başlanmışdır. Coğrafi kəşflər dünya birliyinin formalaşmasının, bazar iqtisadiyyatının, demokratik durumların, dünyəvi dövlətlərin yaranmasının əsasını qoydu. Avropa dünyaya qabaqcıl elmi fikir və humanizm ideyaları verməyə başladı. «Qərb» adı altında birləşən bir qrup dövlətlərin zəminində (Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, İtaliya, İspaniya, ABŞ və b.) avromərkəz və ya avroamerikan mərkəz dünyası formalaşdırıldı. Habelə coğrafi kəşflər sayəsində Avropanın qabaqcıl dövlətləri (İngiltərə, Fransa, Portuqaliya, İspaniya, İtaliya və b.) Latın Amerikası, Asiya, Afrika, Okeaniya torpaqlarını öz malikanələrinə çevirdilər. Avropalılar yeni ərazilərə, xüsusən Şimali Amerikaya, Avstraliyaya, Yeni Zelandiyaya, habelə Cənubi Amerikaya köçərək yerli əhalini sıxışdırmaq və fiziki cəhətdən məhv etmək yolu ilə onlara yiyələndilər. Həmin yerlərdə bu və ya digər dərəcədə avropasayağı mədəniyyət və cəmiyyət formalaşdırdılar.
Davamı →

Kapitalizmin inkişafı XX əsrin əvvəlində

XIX əsrin sonu üçün qabaqcıl ölkələrin sosial-iqtisadi və siyasi yüksəlişinin başlıca nəticələrindən biri də onların kapitalizmin inkişafının yeni mərhələsinə-inhisarçı kapitalizm mərhələsinə daxil olmaları idi. Bu proses həmin ölkələrdə sənaye çevrilişinin başa çatmasından sonra, 80-90-cı illərdən etibarən başlanmışdı. Qərbin qabaqcıl kapitalist ölkələri arasında kapitalizmin yeni mərhələsinə ən erkən keçən ölkə İngiltərə olmuşdur. Artıq XIX əsrin 70-90-cı illərində İngiltərənin imperializm mərhələsinə keçməsi başa çatmışdı. Rusiya bu mərhələyə XIX əsrin axırlarında qədəm qoymuşdu. Tarixə İngiltərə müstəmləkəçi, Fransa sələmçi və Rusiya hərbi-feodal imperializm kimi daxil olmuşdu.


Ardı →

Dünya sosializm sisteminin dağılması

İflas mərhələsi. DSS-nin dağılması onun əsas dayağı olan SSRİ-də sosializmin aşınması və iflası prosesindən başlamışdı. Bu proses M.Qorbaçovun «yenidənqurma» siyasəti şəraitində başlandı.
80-ci illərin ikinci yarısında SSRİ-də baş verən proseslər Mərkəzi və Cənub-Şərqi Avropanın sosialist ölkələrində də öz əks-sədasını verdi. Hətta Polşada və Macarıstanda bu proseslər SSRİ-dən əvvəl başlamışdı. 1989-cu ildə Polşada kommunistlərin 40 ildən çox sürən hökmranlığına son qoyulmuşdu. 1991-ci ildə ümumi səsvermə yolu ilə «Həmrəylik» təşkilatının liderlərindən biri olan Lex Valensa prezident seçildi. Polşa bazar iqtisadiyyatı yolu ilə inkişaf etməyə başladı.
Ardı →