XX əsrdə dövlətlərarası münasibətlər
Faşizmə və militarizmə qarşı birgə mübarizə aparan müttəfiq dövlətlər müharibədən sonra əməkdaşlığı davam etdirə bilmədilər. Müharibədən iqtisadi və hərbi-siyasi cəhətdən çox güclü çıxmış ABŞ-ın dünya liderliyi iddiaları daha da artdı. SSRİ də öz növbəsində nüfuz dairəsini genişləndirmək üçün dünya kommunist inqilabı ideyasını həyata keçirmək iddiasında idi. Bu məqsədlə o, güclü təsiri olan Avropa və Asiya ölkələrində sovetpərəst hökumətlərin formalaşmasına yardım etdi. Dünya sosializm cəbhəsi yarandı. Beləliklə, dünyada iki fövqəldövlət (ABŞ və SSRİ), iki ictimai sistem (kapitalizm və sosializm) qarşı-qarşıya durdu. Bir-birinə qarşı duran iki hərbi-siyasi blok – NATO (1949) və Varşava Müqaviləsi Təşkilatı (1955) yarandı. Onların arasında “soyuq müharibə” başlandı. “Soyuq müharibə” ideoloji-siyasi mübarizə və təxribat, sürətlə silahlanma, iqtisadi təzyiq, pozucu kəşfiyyatlar, hərbi-iqtisadi rəqabət-yarış formalarında aparılırdı. Bu, tərəflərin “dinc yolla” bir-birinə qarşı ölüm-dirim mübarizəsi idi. “Soyuq müharibə”yə ilk çağırış U.Çörçillin 1946-cı il martın 5-də ABŞ-ın Fulton şəhərindəki çıxışı oldu.
Ardı →