Рейтинг
+15.64

Müasir dövrün tarixi

15 üzv, 54 topik

SSRİ və Şərqi Avropa ölkələri

İkinci Dünya müharibəsindən sonra SSRİ-də Stalinin totalitar rejimi daha da gücləndi. Hər cür azadlıqların məhdudlaşdırılması, Kommunist Partiyasının diktaturası, iqtisadiyyat və mədəniyyət üzərində dövlət nəzarəti bu rejimin mahiyyəti idi. 1953-cü ildə Stalinin ölümündən sonra sovet cəmiyyətində tədricən yumşalma prosesi başladı.

Müharibə Sovet İttifaqına böyük iqtisadi zərbə vurmuşdu. Şəhərlər, kəndlər dağıdılmış, sənaye müəssisələri və kənd təsərrüfatı böyük zərər görmüşdü. Dördüncü beşillik planın (1946–1950) məqsədi ölkə iqtisadiyyatının bərpa edilməsi idi.


Davamı →

Almaniya Federativ Respublikası

Müharibədən sonra viran qoyulmuş Almaniyanın mənəvi cəhətdən tamamilə düşkün vəziyyətdə olan əhalisi üçün ən vacib məsələ gündəlik qida və yaşayış yeri ehtiyaclarının təmin edilməsi idi. Ölkənin maliyyə sistemi iflasa uğramışdı. ABŞ siqaretləri qara bazarlarda əsas “valyuta” hesab olunurdu. Qaçqın düşmüş və deportasiya olunmuş almanların sayı 12 mln. nəfərə çatmışdı.


Davamı →

Fransanın ən yeni tarixi

Fransanın işğaldan azad edilməsi mərhələsində fransızların “xilaskar” adlandırdıqları general Şarl de Qollun başçılığı ilə Müvəqqəti hökumət təşkil olundu. Şarl de Qoll Fransanın əvvəlki qüdrətini bərpa etməyə ümid edirdi. O, hökumət dövlət aparatında çalışan satqın məmurlara qarşı irimiqyaslı təmizləmə işləri apardı. Dünyada ən mükəmməl sosial sığorta sistemlərindən biri Fransada yaradıldı. İşğalçılarla əməkdaşlıq etmiş sahibkarların mülkiyyətləri 1944–1946-cı illərdə müsadirə olundu, iqtisadiyyatın bəzi sahələrində isə müəssisələr mülkiyyətçiyə dəyəri ödənilməklə milliləşdirildi.


Davamı →

Böyük Britaniya tarixi. İkinci Dünya müharibəsindən sonra

Milli sərvətinin 25%-ni itirmiş Böyük Britaniya üçün müharibə “zəfər və faciə” (U.Çörçill) ilə nəticələndi. 1945-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn leyboristlər bir sıra müəssisələri dəyəri sahibkarlara ödənilməklə milliləşdirdi. Yeni sosial sığorta sistemi yaradıldı və dövlət əhalini ölkə tarixində ilk dəfə pulsuz tibbi yardımla təmin etdi.

1951-ci ildə parlament seçkilərində qalib gələn mühafizəkarlar leyboristlərin iqtisadi və sosial sahədə həyata keçirdikləri siyasəti qismən dəyişdirdilər.


Davamı →

ABŞ tarixi. İkinci Dünya müharibəsindən sonra

İkinci Dünya müharibəsindən sonra Qərb dövlətləri arasında əsaslı yerdəyişmə baş verdi. Qaliblər sırasında müharibədən yalnız ABŞ iqtisadi və hərbi cəhətdən qüdrətli dövlət kimi çıxmışdı. ABŞ Qərb dünyasını sovet təcavüzündən müdafiə etməyi özünün başlıca missiyası elan etdi və tezliklə lider oldu.

1945-ci ilin aprelində F.Ruzveltin qəfil vəfatından sonra onu bu vəzifədə vitse-prezident Harri Trumen əvəz etdi. “Yeni xətt”i davam etdirən Harri Trumen Konqresə sonralar “Ədalətli xətt” adlandırılan geniş liberal islahatlar proqramını təklif etdi. Müharibədən sonra güclənmiş iri kapital dairələri isə iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi siyasətinə qarşı çıxaraq “prosperiti dövrü”nün qaydalarına qayıdılmasını tələb edirdilər.


Davamı →

Makedoniya

Makedoniya Respublikası Cənubi-Şərqi Avropanın Balkan yarmadasında yerləşir. Ölkə Şimaldan Kosovo Respublikası və Serbiya ilə, qərbdən Albaniya ilə, cənubdan Yunanıstanla, şərqdən isə Bolqarıstanla həmsərhəddir, öədim Makedoniya dövlətinin tarixi vilayəti olan Egey Makedoniyası müasir Yunanıstanın ərazisinə daxil olub tarixi Makedoniyanın 52,4 faiz ərazisini əhatə edir, öədim Makedoniya dövlətinin tarixi ərazisi olan Pirin Makedoniyası 9,6 faiz ərazi ilə Bolqarıstanın topaqlarına daxildi. Müstəqil Makedoniya Respublikası öədim Makedoniya dövlətinin tarixi ərazisinin 35,8 faizinə sahibdir. Ümumən tarixi Makedoniya torpaqlarında yaşayan əhalinin təqribən 40,9 faizi müstəqil Makedoniya ərazisində məskunlaşıb.


Davamı →

Yuqoslaviya Respublika İttifaqı

Serbiya kommunistlərinin başına 1986-cı ildə Slobodan Miloşeviç keçdi. 1987-ci ilin aprelində kommunist lider S.Miloşeviç Kosovo serbləri qarşısında çıxışında bildirdi ki, onların hüququ uğrunda mübarizəni davam etdirməyi özünün vəzifəsi hesab edir. Tezliklə S.Miloşeviç Serbiyanın Yuqoslaviyada mövqeyinin gücləndirilməsi uğrunda mübarizənin ümummilli liderinə çevrildi. 1989-cu ildə S.Miloşeviç və onun tərəfdarları Serbiya, Çernoqoriya və Voyevodinada hakimiyyətə gəldilər. S.Miloşeviçin serbyönlü siyasəti Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Makedoniya ittifaq respublikalarında Qərblə yaxınlaşmaq tərəfdarı olan, iqtisadiyyatın liberallaşması və müstəqillik istəyən qüvvələrin fəallaşması ilə nəticələndi. 1990-cı ildə S.Miloşeviçin Kommunist partiyası Serbiya Sosialist partiyasına çevrildi.


Davamı →

Bosniya və Herseqovina

Bosniya və Herseqovina Respublikası iki bərabərhüquqlu subyektdən-Bosniya və Herseqovina Federasiyasından və Serb Respublikasından, o cümlədən xüsusi statusu olan Brçko vilayətindən ibarət demokratik federativ respublika olub qərb və şimaldan Xorvatiya, şərqdən Serbiya, cənub-şərqdən Çernoqoriya ilə həmsərhəddir, Avropanın cənubi-şərqində, Balkan yarmadasının mərkəzi hissəsində yerləşir.


Davamı →

Xorvatiya

Xorvatiya Respublikası Mərkəzi Avropanın cənubunda, Balkan yarımadasının qərbində yerləşmiş dövlət kimi şimali-qərbədən Sloveniya, şimali-şərqdən Macarıstan və Serbiya, cənubdan Bosniya və Herseqovina və Çernoqoriya ilə həmsərhəddir.

1990- cı ilin aprel və mayında Xorvatiyada iki turdan ibarət çoxpartiyalı sistem əsasında baş tutan seçkilərdə Xorvatiya Demokratik Həmrəylik partiyası səslərin çoxunu qazanaraq hakimiyyətdə olan kommunistləri məğlubiyyətə uğratdılar.


Davamı →

Yuqoslaviya 1940-cı illərin ortaları - 90-cı illərin əvvəllərində

Yuqoslaviya müharibədən sonrakı ilk illərdə. 1945-1950-ci illər. Xalq inqilabı dəyişikliyin başa çatması.İkinci Dünya müharibəsində faşist işğalçılarının özbaşınalığı və qəddarlığı xalqın böyük əksəriyyətinin hitlerçilərə, onların əlaltılarına və casuslarına qarşı dərin nifrət hissinin yaranmasına səbəb oldu. Şərqi və Mərkəzi Avropanın milyonlarla demokratiya və milli müstəqillik tərəfdarı olan əqidəli insanları işğal rejiminə qarşı antifaşist Müqavimət hərəkatında birləşdilər. Şərqi Avropanın antifaşist Müqavimət hərəkatının mərkəzlərindən biri də işğalçılar tərəfindən parçalanan Yuqoslaviya idi. Məhz burada məkrli düşmənlə mübarizə məqsədilə Yuqoslaviya Xalq Azadlıq Ordusu yaradılmış, siyasi orqan Yuqoslaviya Xalq Azadlıq Antifaşist Veçesi təşkil edilmiş, İosip Broz Titonun başçılığı ilə hökumətin səlahiyyətlərini yerinə yetirən Yuqoslaviya Milli Komitəsi meydana gəlmişdir. Bütün bunlar müharibə başa çatdıqdan sonar Yuqoslaviyada xalq demokratik inqilabi mərhələsini sosialist inqilabı kimi qiymətləndirməyə şərait yaratmışdır.


Davamı →