Saçlara necə qulluq etməli?

Son dövrlər insanlar saçlarında olan problemlərdən çox əziyyət çəkir. Saç problemləri isə müxtəlif  növdür. Saçlarda olan müxtəlif problemləri həll etmək üçün aşağıdakı yollardan istifadəni təklif edirik:

Saçlarda sıx kəpək varsa — Mütəxəssislər hesab edir ki, bu amil streslə çox bağlıdır. Stres bədənin digər orqanları ilə yanaşı, baş dərisinə təsir edir və kəpəyə səbəb olur. Bunu aradan aparmaq üçün təbii yollar qeyd olunur. Onunla mübarizədə qeyd edəcəyimiz yol çox effektiv hesab olunur: 250 q 70%-li spirt götürün, içinə 3 çay qaşığı baş soğan qabığını tökün və 6 dənə mixək əlavə еdin. Qarışığı ağzı möhkəm bağlanmış şüşə və ya saxsı qabda 2-3 həftə saxlamaq lazımdır. Sonra qarışığı süzün və hər dəfə başınızı yuyanda, o tərkibi suya əlavə еdin.

Saçlar parlamırsa — Saçların parıltısını artırmaq üçün saça zeytun yağı sürtüb yarım saat saxladıqdan sonra önəmli effekt əldə etmək olar. Bundan başqa, saçlarınıza bir neçə aydan bir əlavə qulluq etməlisiniz. Müxtəlif kosmetik saç maskalarından istifadə edə bilərsiniz. Saç tipinizə ən uyğun olanını seçsəniz, daha yaxşı olar. Ancaq diqqət yetirməniz 1-2 şeylər də var ki, məsələn maskanı saçlarınızı yuduqdan sonra etməyin. Çünki bu, saçın parıltısını daha da azaldır.

Saçlar qırılırsa — Mütləq saçı bir az kəsməlisiniz. Bunun xaricində xüsusi saça qulluq kremləri qırıq ucları təmir edir. Saçlarınızın qırılmasının qarşısını almaq üçün saçınızı çox isti qurutmamalı və dəsmalla nəmini alarkən diqqətli olmalısınız.

Saçlar çox cansız və tökülürsə — Saçların cansız olmasının bir çox səbəbi ola bilər. Ancaq ən böyük səbəbi qeyri-kafi qan dövranın olmasıdır. Bu, eyni zamanda sizin saçlarınızın tökülməsinə də gətirib çıxarır. Bu problemdən qurtulmağın ən faydalı yolu qan dövranını artırmaq üçün gündə iki dəfə saç dərinizə barmaqlarınızla masaj edin. Daramaq da fərqli bir masaj üsuludur.

 

0 şərh