Saç tökülməsi

Kişilər niyə keçəlləşir? Qadınlar niyə əsəbi olur? Saçlarımızda  əmələ gələn kəpəyin əsl səbəbi nədir?

Kişilərdəki hormonal pozğunluqlar…

Aparılan araşdırma nəticəsində bəlli olub ki, kişilərin keçəlləşməsi heç də bəzi qadınların dediyi kimi “balıncı dəyişmək”dən yaranmır. Saç tökülməsinin əsas səbəbi genetik problem və əksər hallarda kişi orqanizmində yaranan hormonal dəyişikliklə bağlı olur. Ekspertlər bildirir ki, əgər əvvəllər kişilərdə keçəlləşmə prosesi 35-40 yaşdan sonra başlayırdısa, bu bu gün bu  xəstəlik cavanlaşıb. İndi 18-19 yaşında gənc oğlanlarda saç tökülməsi xəstəlik halına gəlib çıxıb.
Həkimlərin sözlərinə görə, hormonal dəyişikliklə bağlı başlayan saç tökülməsinin qarşısını almaq mümkündür. Ancaq bir şərtlə ki, müalicəyə vaxtında başlanılsın. Əks halda keçəlləşmiş başda yenidən tük əmələ gətirmək mümkün deyil.

Qadınlarda əsəb gərginliyi…

Qadınlarda “Diffuz Alopesiya” deyilən xəstəlik son zamanlar çoxalıb. Beləki, aparılan araşdırma nəticəsində bəlli olub ki, qadınlarda xəstəlik formasında tökülən saçların səbəb əsasəni əsəblə bağlıdır. Kişilərdən fərqli olaraq qadınların saçı, uzun müddət davam edən xəstəliklərdən də tökülə bilər.
Ancaq unutmayın! Əgər saçlarınızın tökülməsi 1 aydan artıq davam edirsə və bu tökülmə mövsümlə əlaqədar deyilsə, o zaman siz mütləq həkimə müraciət etməlisiniz.

Kəpək nədən yaranır?

Saçlarda kəpəyin əmələ gəlmə səbəbi müxtəlifdir. Əgər siz saçınızı kimyəvi məhlulla yumusunuzsa bu zaman mütləq saçınızda kəpək əmələ gələcək. Uzun müddət saxlanılan “dəbli pəhrizlər” və mədəaltı vəzində yaranan problemlər saçda kəpək yarada bilən amillərdəndir.

Saçımızın sağlam olduğunu haradan bilək?

Saçlarımızın həqiqətən sağlam olduğunu bilmək üçün mütəmadi olaraq həkimə getməyimiz vacibdir. Saçın sağlamlığını trixoqramma deyilən aparat vasitəsi ilə müəyyən edirlər.
Həkimlərin sözlərinə görə, saç tökülməsindən və stressdən azad olmağın ən yaxşı üsullarından biri saçları kəsdirməkdir. Saçlarınız formasını dəyişmək və onlara yeni görkəm vermək insanda ruh yüksəkliyi yaradır ki, bu da saçların tökülməsinin qarşısını alır.
İndi saç tökülməsindən şikayətlənənlər çoxdur. Tökülmənin də səbəbi əsasən havanın çirkli olması, ekoloji faktorlar, stress, rejimsiz qidalanma, istifadə edilən bəzi dərmanlar, yorğunluq, hormonal dəyişiklik və s. ilə bağlıdır.
Saç tökülmələrinə xüsusilə yaza keçid zamanı — mart və aprel aylarında daha çox rast gəlinir. Bu dövrlərdə saç tökülməsinin qarşısı alınmadıqda ümumi saç görünüşü pozulur. Bunun üçün bitki mənşəli reseptlərdən istifadə edilməlidir.
Düzgün seçilməyən şampunlar da dəriyə ziyan vurmaqla yanaşı, saçın tökülməsinə, cansız görünməsinə səbəb olur. Ona görə də sintetik  deyil, bitki mənşəli şampunlardan istifadə etmək daha effektlidir.

Aynur Hüseynova
Mənbə: Mərkəz qəzeti

3 şərh

asel
QADINLARDA SAÇLARIN SIX YIĞILMASI DA TÖKÜLMƏYƏ SƏBƏB AMİLDİR.
BaRLeLiTa
Kişilərdə artıq saç tökülməsi adi hall alıb,dəmək hormonal dəyişikliklə bağlı imiş,tək qadınlar yox elə kişilərdə saçlarına hər zaman qulluq etsələr yaxşı olar.Əsəbnən bağlı sac tökülməsi isə tamamiylə doğrudur,çox az bir müddətdə o qədər saç itkisi görürsən bəzən qarşısını belə ala bilmiyəcəyini düşünürsən.Həkimə müraciət etmək mütləqdi,çünki hər zaman evdə özümüzün etdiyi maskalar köməyə çatmır.Kəpəyə gəlincə isə onu ele bələ də öz üsüllarımızla yox edə bilərik.Əmməyə hörmət və təşəkkürlər.
Medikamentoz
İrsi deyilsə qarşısı asanlıqla alına bilər,sadəcə biz daha çox kosmetoloqla məsləhtləşirik nəinki mütəxəssis həkimlə.