Sağlam saçlar

saglam saclar
Gözəl görünməkdə heç də az əhəmiyyət daşımayan saç xüsusi qulluq tələb edir. Lakin saçımıza düzgün qulluq edirikmi? Təəssüf ki, çox vaxt yox! Məsələn, saçları hər gün yumaq, maskalarla ifrat dərəcədə yükləmək onu canlandırmır, əksinə, məhv edir.
Bəs saça necə qulluq etmək lazımdır? Saçı darayarkən diblərindəki təbii yağlar saçın uclarına qədər yayılır və saç qidalanır. Amma saç yaş ikən sərt şəkildə daraqdıqda qırılıb tökülür və saçın köklərindəki təbii yağlar uclara çatmır. Ona görə də darağı saçınıza çox da dərindən vurmayın.

Diqqət!
*Bütün saçlar üçün eyni daraqdan istifadə etmək doğru deyil, daha doğrusu, hər saçın öz darağı olmalıdır. Genişdişli daraq qalın və buruq saçlar üçün məsləhət olsa da, sıxdişli daraq nazik və düz saçlar üçün məsləhətdir.

* Saçları yuyarkən keyfiyyətli şampun və kremdən istifadə etmək lazımdır.

* Saçı yuduqdan sonra dəsmalla sərt şəkildə ovxalamaq doğru deyil. Çünki yaş saç daha həssas olduğu üçün tez qırılır. Ən doğru seçim quruyanadək saçı dəsmala bürüməkdir.

*Nəmli saça çox isti fen tətbiq etmək olmaz.

*Yüksək temperaturlu fenlər və ya saçdüzləşdiricilər saça ziyandır. Bu əməliyyatlar əsnasında saçınızdakı təbii yağları qurutmayacaq xüsusi saç məhsullarından istifadə etməlisiniz.

* Rejimsiz, düzgün qidalanmamaq da saçların zəifləməsinə səbəb olur.

Həmçinin bax:
-Yağlı saçlar
-Saçlara qulluq
-Saçlara necə qulluq etməli
-Saçları necə qorumalı
 

0 şərh