Qara nöqtələrə yox!

maska
Qara nöqtələr yağlı dərilərin ən böyük problemidir və onlarla mübarizə aparmaq üçün bir çox maskalar var. Onlardan ən əffektivini sizlərlə paylaşıram.

Bir kasa qatıqla 1 ədəd limonun şirəsini qarışdırıb gözlərinizə dəyməyəcək şəkildə üzünüzə sürtün və 15 dəqiqəyədək gözlədikdən sonra ilıq su ilə yuyun. Limon şirəsi dərini dezinfeksiya edir, sızanaqları qurudur, qara nöqtələri azaldır, qatıq isə dərini qidalandırır, nəmləndirir, dəridə yağın miqdarını tənzimləyir. 

Yuxarıda göstərilən maskanı həftədə bir dəfə tətbiq edin. İstəsəniz, maskadan sonra üzünüzü içərisinə çobanyastığı çiçəkləri atılmış su buxarına 5 dəqiqəyədək tuta bilərsiniz. Çobanyastığı dərini canlandırır. 

Həmçinin bax:
-Üz üçün maskalar 
-Normal üz dərisi üçün maskalar
-Yağlı dəri üçün maskalar
-Yağlı dəriyə qulluq

2 şərh

Ferbara
Birinci, qara nöqtə nədir, nədən əmələ gəlir onun izahını yazardınız. Limon periks kimi qaranın rəngini açır. Qatıq da üstünü «malalayır». Yəni bu maska təmizləmir, sadəcə görünməz edir. Maska dəri üçün effektiv ola bilər, amma qara nöqtələr üçün deyil.
BaRLeLiTa
Düzgün qidalanmamaqdan,stressdən,hormonal deyişikliklərdən,kosmətik vasitələrdən düzgün istifadə etməyəndə və ya onlar keyfiyyətsiz olanda qara nöqtələr yaranır.(üzü gec-gec yuyan da,üzdə yığılmış toz,çirk makiyaj qalığı qara nöqtələri yaradır).Əğər qara nöqtələrin yaranması yuxarıda sadallanan səbəblərdəndirsə,(bircə stressi çıxmaq şərti ilə ) ev şəraitində də qara nöqtələrin  qarşısını almaq olar.

P.S. Qatıq sadəcə bir neçə saat qara nöqtələri gizlədə bilər,tam olaraq yox olması üçün köməy edəceyinə inanmıram,rəfiqəm tez-tez sınayırdı,yox etmirdi müəyyən müddətlik gizlədirdi.Üzümüzə daha çox diqqət yetirsək,təmiz saxlasaq qara nöqtələr özləri çıxıb gedəcəklər.