Sağlam gözəllik üçün məsləhətlər

-Dırnağınızın dərisinin yumşaq olması üçün vanna qəbul etdikdən sonra hər gecə yatmazdan öncə 1 şüşə E vitaminini yağı ilə ayaq və əl dırnaqlarınızın ətrafındakı dəriyə yaxşıca vurun.

-Dərini təmizləməkdən ötrü 1 litr qatıq, 1 qaşıq günəbaxan yağı və 2/3 çay qaşığı limon şirəsini birlikdə qarışdırıb qapalı qabda soyuducuda saxlayın. Həmin qarışıqdan gecə-gündüz 1 çay qaşığı qədər götürüb üzünüzə vurun.

-1 qaşıq buğda toxumunun yağı, 1 qaşıq küncüt yağı, 1 qaşıq yapon gülünün yağı, 1 qaşıq E vitamini yağını qarışdıraraq dərinizin ləkəli nahiyələrinə gündə 2 dəfə vurmaqla istədiyinizə nail ola bilərsiniz.

-Yağlı saçları yumşaltmaq üçün 1 ədəd limon, 1/16 litr alma sirkəsi kifayətdir. Limonu yuyub dilimləyin və çəyirdəyini çıxardıqdan sonra blendrdən keçirib, alma sirkəsi ilə qarışdırın.
Saçınızı şampunlayıb yuduqdan sonra qurudun və həmin qarışığı saçınıza sürtün. 5-10 dəqiqə gözləyib təkrar saçınızı yuyun.

Maya maskası
-Maya maskasından 20 yaşında ayda bir dəfə; 30 yaşında 15 gündən bir; 40 yaşlarda həftədə bir dəfə, 50 yaşda həftədə iki, ya da üç dəfə istifadə etmək lazımdır.
Bunun üçün 2 qaşıq yaş maya, 1 qaşıq ilıq su götürün. Yaş mayanı ilıq su ilə qarışdırın, krem məqamına gələnədək göz və dodaq ətrafı istisna olmaqla dərinizə sürtün. 10 dəqiqə sonra quruyan maskanı nəmli pambığın yardımı ilə təmizləyib əvvəlcə ilıq su, sonra isə soyuq su ilə yuyun. Dərisi quru olanların sadəcə ilıq su ilə yumaları kifayətdir. Sonda üzünüzü yumşaq dəsmalla qurulayın.

P.S: Bu maskanın dəriyə xeyri nədir? Yüksək dozada proteinlə zəngin olan maya dəri toxumalarını yeniləyir, dərinin daha gözəl və qüsursuz görünməsini təmin edir. Protein dərinin oksigen almasına yardımçı olur, toxumalardakı toksinləri xaric edir, dərini tullantı maddələrdən təmizləyir. 

1 şərh

seyidova
Yaxşı melumatlardı.Teşekkürler.Lakin indi men yapon yağını hardan tapım?))