Dəriyə qulluq | Maskalar

Normal və qurumağa meyilli dəri üçün:maskalar
1 şirniyyat qaşığı bal və 2 qaşıq qaymağı möhkəm qarışdırıb gözlərinizin ətrafına və üzünüzə vurun. 20 dəqiqə saxladıqdan sonra yuyun.

Qırışlar üçün:
1 çay qaşığı balı, 1/2 hissə kökü, 1 ədəd yumurtanın sarısını və 1 qaşıq badam yağını bir yerdə qarışdırıb üzünüzə vurun və yarım saat gözlədikdən sonra yuyun.

Dərini canlandırmaq üçün:
1 ədəd qaynadılıb əzilmiş kartof, azca təzə süd və 1 ədəd yumurtanın sarısını qarışdırıb püre halına gələnədək ilıq halda üzünüzə sürtün və 20 dəqiqədən sonra yuyun.

Dərinizin əvvəlki gözəlliyini qaytarmaq üçün:
Köklə cəfərini püre halına gələnə qədər blendirdən keçirin. Dəriniz qurudursa bir az badam yağı, azca da bal əlavə edib üzünüzə sürtün. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

Yağlı və yağlanmaya meyilli dəri üçün:
1 ədəd yumurtanın ağını ağaranadək möhkəm qarışdırın və buna 2 çay qaşığı limon şirəsi əlavə edib üzünüzə sürtün, 20 dəqiqədən sonra yuyun.

0 şərh