Sağlam saçlar | Qızıl qaydalar

Bütün qadınlar parlaq, canlı, gözəl saçlara malik olmaq istəyir. Təsadüfü deyil ki, saçlar gözəl göründüyündə qadınlarda özünə inam daha çox olur. Bəs gözəl saçlara malik olmaq üçün nə etmək lazımdır? 
Araşdırmalara görə gözəl saçlara sahib olmağın qızıl qaydaları aşağıdakılardır:
— Saçları şampunla yumaq lazımdır. Sabunlar saçın üzərində şəffaf bir təbəqə meydana gətirir. Bu da saçı matlaşdırır, cansızlaşdırır.
— Ən yaxşı saç şampunu və saç kremini sınayaraq öyrənəndən sonra istifadə edin. Başqasının saçına düşən şampun sizin saçınıza uyğun olmaya bilər. Saçınız asan daranır,şəkil alır və parlayırsa, şampununuzdan əmin ola bilərsiniz. Saçlarınız yağlıdırsa, krem istifadə etməyin. Yağlı saçlara tətbiq olunan krem saçları daha da yapışqan edər.
— Saçları hər dəfə yuduqdan sonra fenlə qurutmayın. Çalışın ki öz –özünə qurusun. Tez-tez fenlə qurudulan saçlar tez cansızlaşır və köhnəlir. Feni mütləq istifadə edəcəksinizsə,başınızı aşağı əyib yuxarıdan uclara doğru qurulayın. Bu halda saçlarınız daha gur görünəcək.
— Saçlarınızı çox möhkəm yığmayın. Davamlı olaraq saçları kip toplamaq saçların qırılıb-tökülməsinə səbəb ola bilər. Saçları zəif şəkildə toplamaq və ya sərbəst buraxmaq lazımdır.
— Jele və köpükdən istifadə etdiyiniz zaman saçları yumadan yatmayın.
— Saçlarınız seyrəksə, tünd rəngli boyalardan istifadə etməyin.
— Iri dişli daraqlardan istifadə edin.
— Saç şəkilləndirici lasyonların içində yumşaldıcı maddələr var. Bunlar saç nəmliykən istifadə edilməlidir. Sürtüldüyündə saçın üzərində incə bir təbəqə əmələ gəlir, bu təbəqə saçı xarici faktorlardan qoruyur. Xüsusilə incə telli, yağlı saçlarda çox faydalı olur. Bu məhsulları yağlı olmadırları üçün saçdan asanca axıb gedərlər.
— Saçlarınızı davamlı olaraq rənglətdiririsinizsə bitki tərkibli boyalardan istifadə edin. Kimyəvi boyalar saçları zamala köhnəldir, qurudur. Təbii boyalar isə saçları parlaqlaşdırır

0 şərh