Göz makiyajı

Gözlər nə rəngdə olursa olsun onlar duyğuları açığa çıxaran pəncərələrdir. Kədəri, sevinci də biruzə verən gözlərdir. Sediyimiz insanların duyğulu anlarını hər zaman onların gözündə görürük. Bir çox gizli saxlanılan nələrisə də həmişə gözlər açıqlayır, gözlərdə görmək olur. Cigi filmlərindən və köhnə bəddi filmlərdən də görmək olur ki, qızlar uzun qara kiprikləri ilə oğlanlara necə göz süzdürüb onları cəlb edirdilər. Gözlərdən bu qədər danışdıqdan sonra indi isə gözləri necə makiyaj etmək barəsində danışaq.
Qüsursuz bir göz makiyaji üçün ilk əvvəl üzün bu makiyaja hazır olunması lazımdır. Bunun üçün ilk əvvəl üzü təmizləmək lazımdır. Yaxşı olardı ki, gözü, ümumiyyətlə üzü makiyaj etməzdən əvvəl üzünüz üçün uyğun olan bir maska edin ki, makiyaj edərkən də üzünüz daha təravətli görünsün.

Cəlbedici göz makiyajı üçün aşağıdakılar lazımdır:
-Qara göz karandaşı, karandaşın ucunun yonulmuş olmasl lazımdır.
-Göz makiyaji üçün fırça. İncə fırça daha yaxşı olar.
-Qaşların altına vurmaq üçün parladıcı, çox parladıcılardan istifadə etmək məsləhət deyil.
-Qaşlarınız üçün qayçı, qaşlarınız üçün qarandaş.
-Kirpiklər üçün qara tuş.
-Gözləriniz üçün lazımı rəngdə olan göz kölgələri.

Gözləri makiyaj edərkən gözlər üçün seçilmiş kosmetikaların istifadəsi və seçimi haqqında bir çox şeyə fikir verək:
Gözlər üçün tuş seçərkən bir çox markaların fərqli xüsusiyyətlərə sahib olması sizin tuş seçiminizdə böyük rol oynayacaqdır. Kirpikləri uzatmasına görə, rənginə, suya davamlılığına görə, kirpikləri sıx etməsinə görə hər bir tuş özünəməxsus xüsusiyyətə malikdir. Tuş seçimi edərkən siz gözlərinizi də nəzərə almalısınız. Seçdiyiniz tuşun gözləriniz üçün nə qədər zərərsiz olduğuna da fikir verməlisiniz. Əgər sizin seçdiyiniz tuş keyfiyyətsizdirsə bu həm sizin kirpikləriniz həm də gözləriniz üçün ziyanlı olacaqdır.
Qara, mavi, qəhvə rəngli tuşlar olduğu halda siz bir neçə rəngdə tuş alıb hər dəfə gözlərinizin fərqli görünməsini əldə edə bilərsiniz. Adətən tuşları 2 dəfə üst-üstə vurmaqla siz cəlbedici bir görünüş əldə edə bilərsiniz. Tuşları vurarkən adətən göz qapağına dəyə bilər, tuş çəkdikdən sonra göz qapaqlarınızı silməyi də unutmayın.

Gözlər üçün qələm seçərkən gözlərinizin diqqət cəlb etməsi üçün göy, qara, mavi, qəhvə rəngli göz qələmlərindən istifadə edə bilərsiniz. Göz qələmini istifadə etmək üçün göz qapaqlarını çölə doğru kənara çəkib uzun şəkildə qələmi çəkə bilərsiniz. Təbii ki, qələmdən istifadəni hər bir xanım istifadə edə bilir. Qələmdən istifadə edərkən gözləriniz quruluşunu da nəzərə almalısınız. Qələmi nə qədər çəkdiyinizə də fikir verməlisiniz. Əgər daha çox gözləriniz cəlbedici olmasını istəyirsinizsə qələmi daha da qalın çəkə bilərsiniz.
Göz kölgələri seçimi də sizin göz makiyajınız üçün çox vacibdir. Göz kölgələrini daha çox geyindiyiniz hər hansı geyimin rənginə uyğunlaşdırmanız daha yaxşı olardı. Ən əsası da sizin istifadə etdiyiniz göz kölgələri sizin üz rənginizlə də uyğunlaşmalıdır.
Hər bir Azərbaycan xanımımız makiyaj etmədən də gözəldir. Amma bunu da unutmayaq ki, baxımsız olmaq da həmişə diqqətdən kənarda qalmağa gətirib çıxarır. Bunun üçün hər zaman lazımı qədər makiyaj etməniz məsləhətli olardı.

 

0 şərh