Sevimli aksesuar- Şərflər

şərflərBütün qadınların sevimli aksessuarı olan-qadınlarımızı qışın soyuğundan qoruyan, müxtəlif formalı, görünüşlü şərflər bu günümüzə XIX əsrdən gəlmişdir.
İlk olaraq artistlər və rəssamlar anladılar ki, şərflər istənilən fəsildə onların istifadə edə biləcəyi ən gözəl aksessuar ola bilər. Ümumiyyətlə şərflər nəinki qadınların,eləcədə uşaqların və hətta kişilərin də istifadə etdiyi sevimli aksessuardır.
Müxtəlif üslubda olan sadə şərf və yaxud da yaylıq sizin geyindiyiniz paltara bir başqa görünüş verə bilər. Misal üçün, sizin sadə bir paltonuz var. Bu palto ilə uyğunlaşdırdığınız hər hansı şərf sizin paltonuza bir başqa görünüş verəcəkdir. Sanki paltonun modeli dəyişiləcəkdir.
Şərflər hər kəsin zövqünə uyğun olaraq müxtəlif formalarda taxılır. Kimisi şərfi başına bağlayır. Hətta bir çox xanımlarımızı sadə yaylıq formasında olan şərfləri öz çantalarının formasını dəyişmək üçün çantaya da taxırlar.

Amma bu aksesuarın ən maraqlı bağlanması onu boyundan bağlamaqdır.
Kvadrat formasında olan-eni 53, uzunluğu 90 sm olan şərfləri boyundan və eləcədə başa bağlamaq daha məsləhətli olar. Şərfləri eləcə də çiyinə atmaq və yaxud da sadəcə geyindiyiniz paltara gözəl görünüş verməsi üçün paltarınızın üzərindən də əlavə edə bilərsiniz. Təbii ki, geyindiyiniz paltarın üzərindən əlavə etdiyiniz şərf elə də böyük ölçüdə olmamalıdır. Çünki çox böyük ölçüdə olan şərf sizin paltarınıza gözəl görünüş vermək əvəzinə paltarın formasını da korlaya bilər.
Ümumiyyətlə şərf bütün ölkələrdə istifadə edilən bir aksessuardır. İsti yerlərdə başı və saçları qorumaq üçün,soyuq yerlərdə isə şaxtadan və küləkdən qorunmaq üçün istifadə edilir. Qışda şərf alarkən onun rənginə də çox fikir verin. Əsasən əlvan rənglər alın ki, şərfin istiliyi qədər eyni zamanda rəngi də sizin əhvalınıza da təsir etsin. Əlvan rənglər insanın əhval-ruhiyyəsinə çox zaman müsbət təsir edir.
Şərflər hər bir gözəl qadının qarderobunda əsas aksessuarlardan biri kimi yer tutur. Müxtəlif rəngli və yaxud da eyni rəngli, əldə toxunma, əl işləmələri olan şərflər xanımların hər zaman istifadə edəcəyi bir aksessuardır ki, bu aksessuarda demək olar ki,hər zaman dəbdə olan və dəbdən düşməyən aksessuar olaraq qalır.

0 şərh