Jennifer Anistonun gözəl saçlarının sirri

Jennifer Aniston
Saçların qırılması tez-tez rast gəldiyimiz problemlərdən biridir. Jenifer Eniston 2-3 gündən bir saçının ucunu kəsdiyini və beləcə saç qırıqları ilə mübarizə apardığını deyib. 

Saç qırıqlarının əsas səbəbi bədənin susuz qalması və saçların yetərli nəmi qəbul etməməsidir. Bundan xilas olmaq üçün bol su için. Qırıqların azaldığının şahidi olacaqsınız. 

Həddindən artıq şampun istifadə etmək də saç qırılmasına gətirib çıxarır. Şampun saçın təbii yağını qurudur və beləcə qırılmasına gətirib çıxarır. Saçlarınızı hər gün yox, 3 gündən bir yuyun. 
Saçlarınızı qurudarkən saatlarla vaxt sərf etməyin. Saçları heç vaxt ütüləmyin.  Əks halda saçlarınız nazikləşəcək və töküləcək. Bunu bərpa etmək isə çətindir. 

Bilirsən ki, bədəndə “A” vitamini çatışmadıqda dəri quru və kobud olur, elastikliyini itirir, əllərin və ayaqların dərisi yarılır? Qida rasionuna mütləq “A” vitamini ilə zəngin olan məhsullar: yerkökü, pomidor, qovun, ispanaq, yumurta, qaraciyər, kəsmik və s. daxil etməyə çalış.

4 şərh

BaRLeLiTa
Bu problemlə bir zamanlar məndə üzləşmişdim. Saçlarımın uzun olmasıyla əlaqədar, saçlarımın ucları qırılırdı, bəlli məsələdi ki, bu qırıqlar çox xoşagəlməz görünüş verirdi saçlarıma. Deyim ki, qırıqlar təzə-təzə əmələ gələnən, saçlarımın üstünə düşdüm, nələrsə etməyə başladım, çox təəsüf ki, xeyr. Heç buna fikir də vermirdim, adi bir şey kimi yanaşırdım. Getdikcə qırıqların çoxalması məni bu barədə düşünməyə  vadar etdi. Salonda tez-tez saçlarımın uclarını kəsdirməyi, və ya tamamən qısaldmağı məsləhət görürdülər, hər-halda ucları bərbad vəziyyətdə olan uzun saçlara sahib olmaqdansa, qısa sağlam, qırıqsız saçlara malik olmaq daha yaxşı olar. Bələliklə saçlarımın uzunluğunu kəsdirdim, işin təkcə bununla bitmədiyini bilsəydim kəsdirməzdim, amma artıq iş işdən keçdiyinə görə, başqa üsullar axtarmağa başladım. Saçı çox qaynar su ilə yumaq olmazmış, ilıq sunan yuduqdan sonra, sonda soyuq su ilə yaxalamaq lazım olduğunu öyrəndim. Və dahası da, hər bir aptekdə satılır badam yağını (və ya репейное масло),  hər saçınızı yuduqdan sonra saçların ucuna vurmalı, uclarını bu yağ vasitəsiylə nəmləndirməlisiniz, Amandı saçım yağlı görsənəcək, etmərəm bunu deməyin, bu barədə qorxunuz olmasın, heç bir yağlılıq olmuyacaq. Ən azından mənə kömək olub. Ən əsası isə, saçınızda qırıqların olmamasını istəyirsinizsə, fenlərdən, və bu kimi başaq saç yandırıcı alətlərdən heç olmasa bir müddət uzaq durmağa çalışın. Hələki bunları edin kömək edəcək, birdə saçlarımızın uclarını vaxtı vaxtında kəsdirməyi unutmasaq, mükəmməl görünüşlü saçların sahibəsi olacağıq. (Reklamlar bitdi :) ).
BaRLeLiTa
Badam yağını,  репейное масло yağıyla əvəz edə bilərsiz. Adını tam dəqiq azərbaycan dilində bilmədyim üçün rus dilində yazdım :)
asel
Qız, nə gözəl məsləhət vermisən. Düzu, məndə saçın uclarında qırıqlar yoxdu. Amma badam yağını sınayacam.
Ferbara
Mənim uzun saçlarımda heç vaxt saçqıran olmayıb. Saçqıranı yaradan əsas amil saçları düzgün daramamaqdan irəli gəlir. Düzgün daramaq üçün saçın dolaşığını ucdan başlayaraq, hissə-hissə açmaq lazımdı. Amma qızların çoxu bunu bilmir və darağı ilk addımda saçın dibindən keçirib zorla, yola-yola aşağıya doğru çəkirlər. Ona görə də dolaşıqlıq saçların ucunda toplanır və uclarına daha çox güc düşür.