Kirpikləri təbii yolla necə uzadaq?

Gözlər qəlbin aynasıdır. Əks cinsin nümayənlərini cəlb etmək üçün mənalı baxışlar vacibdir. Mənalı baxmaq üçünsə, uzun və gözəl kirpiklər lazımdır. 

Nəmləndirin
Dərinizin nəmləndirməyə ehtiyacı olduğu kimi  kirpiklrinizin də nəmə tələbatı var.  Kirpiklərinizin nəmləndirilməsi onların daha çox uzanmasına kömək edir. Fırça ilə vazelin və ya bitki yağları çəkərək onları nəmləndirmək olar. Gözlərinizə dəyməməsinə diqqət edin 

Tuşu doğru seçin 
Tuş kirpiklərinizi çox gözəl göstərə bilər lakin eyni zamanda, zərər də vermiş olur. Kirpiklərinizin tökülməməsi üçün düzgün tuş amlalısınız. Tərkibində mineral və vitaminlər olan tuş alın.  

Ehtiyatlı olun 
Kirpiklərinizlə daim ehtiyatlı olun. Gözləriniz ovmaqdan və kirpikləri qoparmaqdan qaçın. Həm də kirpik burandan çox istifadə etməyin. 

Sağlam qidalanın 
Bütün problemlərin başında səhv qidalanmaq durur. Sağlam qidalanmaq bütün orqanizmə müsbət təsir edir. Buraya kirpikləriniz də daxildir. 

Taxma kirpik istifadə etməyin 
Taxma kirpiklər hər nə qədər gözlərinizə dramatik görüntü qatsa da, yapışqanların tərkibində kimyəvi maddələr  görmə qabiliyyətinizə və göz qapaqlarına zərər verir. Həmçinin süni kirpikləri çıxardan zaman öz kirpikləriniz də qopa bilər. 

Makiyajınızı təmizləyin 
Gecə yatmazdan əvvəl makiyajı mütləq təmizləmək lazımdır. Göz makiyajını təmizləyərkən  xüsusən də gözlər üçün nəzərdə tutulmuş xüsusi təmizləyicidən istifadə  edin. Təmizləyinin tərkibində ağır kimyəvi maddələr və spirt olmamalıdır. Gözünüzü pambıqla təmizləmək daha məqsədə uyğundur. 

Badam yağı 
Qeyd edək ki, badam yağı kirpiklərin uzanmasına kömək edir və sürətləndirir.
 

3 şərh

gulwan
mənim kirpiklərim uzundu))
BaRLeLiTa
Bir kirpiyin ömrü 150-200 gündür. Ən başlıcası kirpiklərin həmçinin də saçların tökülməsinə səbəb düzgün qidalanmamaqdır. Kirpiklərin uzanmasında şirin badam, avokado, zeytun, A və E vitaminlərinin yağları böyük köməkçi ola bilər. Bu yağları tək şəkildə yox hər birini töküb bir flakonun içinə qarışdırıb, hər gecə yatana yaxın kirpiklərə çəkib yatmaq lazımdı. Bu yağlardan istifadə etdiyiniz müddətdə əsla tuşdan istifadə etmək olmaz, kirpiklərin ən böyük düşməni də elə tuşdu, bunu da qeyd edim ki, tuşu 4 aydan çox istifadə etmək olmaz. A və E vitamini bol olan qidalarla qidalansaq, heç bu yağlara ehtiyyac da qalmaz, ( balıq yağı A vitaminiylə zəngindir). Qaşlarınız da tökülürsə əgər sarımsaq yağınnan istifadə etməyi unutmayın.
babayeva_sabina

mənim də kipriklərim uzundu amma hirslənəndə kipriklərimi yonuram:(

neyniyim əl çəkə bilmirəm də bu adətdən)