Uzun saçlar

uzun saclarUzun, baxımlı və sağlam saçlar qadınların gözəllik simvoludur. Kişilər də qadınlarda məhz uzun saç modelini daha çox sevir. Yaxşı, kişilərin qadınlarda  çox bəyəndiyi bu saç modeli ən çox hansı üz qruluşuna yaraşır?

Dişiliyin və qadınlığın gücünü təmsil edən uzun saçlar hər zaman klassik və seçilən bir model olaraq qalır. Qısa saçların müasir və çılğın görünüşünü inkan etmək olmaz.  Lakin istədiyimizdə açıq buraxa bildiyimiz, atquyruğu və ya toppuz halına gətirə bildiyimiz uzun saçlar daha üstün hesab olunur.

Saçınızı uzatmağa qərar verməzdən əvvəl bəzi şeyləri bilməlisiniz.

Həyat tərzin necədir?
Sıx iş qrafiki olan qadını və ya hər zaman məşğul  ana uzun saçı bir nemət olaraq qiymətləndirə bilər. Siz, uzun saçları atquyruğu edərək çox rahat istifadə edə bilərsiniz. Lakin uzun saçın baxımı çətindir ( yuyunması, qurudulması, şəklə soxulması zaman alır) və buna zamanınız yoxdursa, kəsdirməyiniz məsləhətdir. Çünki onları baxımsız qoyub pis hala gətirə biləsiniz.

Saç tipiniz nədir?
Buruq və ya dalğalı saçlara sahib olanların saçlarını uzatması daha məqsədə uyğundur.  Çünki onsuz da bu saç tipinin həcmli olması səbəbiylə qısa modellər çox uyğun deyil. Uzun və düz saçların isə baxımlı olması şərtdir!

Üz quruluşunuz necədir?
Mütəxəsislər, uzun saçların oval, yumru, üçbucaq və.s  hər üz quruluşu üçün uyğun olduğunu deyir. Uzun saçların adama yaraşması üz quruluşundan çox kilo, boy və yaşla əlaqəlidir. Bununla birlikdə  üzünüzdə saxlamağı arzu etdiyiniz bir iz və ya yara varsa, uzun saçı seçməlisiniz.

Baxım
Əslində hər saç tipinin və modelinin baxıma ehtiyacı var. Ancaq uzun saçlarda bu ehtiyac bir daha çoxdur. Səbəbi, saç uzandıqca ucları köhnəlir, qırılır. Ya da saç uzun olduğu üçün qırıqlar daha çox gözə batır! Hər zaman lasyonlar və müxtəlif saç  maskarlardan istifadə etməyiniz şərtdir.  Həm də mümkün olduğu qədər saçlarınızı açıq buraxmağa çalışın. Saça zərər verən rezinlərlə yığmaq və sıx topalamaq olmaz. Saçları doğru daraqlarla daramaq da çox əhəmiyyətlidir!

Uzun saçlar hər kəsə yaraşan və gözəl göstərən saç modelidir.  Amma xüsusilə artıq kilosunu gizləmək  və daha gənc görünmək istəyən xanımlar da seçə bilər. Çünki uzun saçlar qadını olduğundan gənc və cazibədar göstərir. Təbii ki, düzgün qulluğu da unutmaq lazım deyil.

2 şərh

Gülnar
«Google»da n sayda belə məqalə var.
rezerv
Əla mövzidir. Mənim uzun saçlı xanımlar üçün ürəyim gedir. Mən də uzun saçlı xanımlardanam və onlara baxmaqdan heç zaman usanmaram. Necə deyərlər; saç xanımın yaraşığıdır.